Agentlik sədri: Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir

Erməniçilik, dəfələrlə qeyd etdiyimiz kimi, mif yaradıcılığına, mifomaniyaya çox meyllidir.
Trend-in məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan, "Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü"” münasibəti ilə "Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfransda deyib.
K.İmanov bildirib ki, bu uydurmalar "böyük torpaqlar” mifini qonşulara ərazi iddiaları və onların mədəni irsinin mənimsənilməsi ilə bir-birinə bağlayır: "Əqli mülkiyyətimizi, Azərbaycan mədəni ənənələrini özününküləşdirilməklə erməni ənənəsinə” çevirən oğurluq üsulları çoxdan sirr deyil. Rəvayətlərimizi mənimsəmək üçün milləti erməni olanın söyləməsi, bayatılarımızı oğurlamaq üçün erməni aşıqları – husanların ifa etməsi, dastanlarımızı özününküləşdirmək üçün türk adlarının və coğrafi adların erməniləşdirilməsi, atalar sözlərimizin və məsəllərimizin ermənilərə məxsus edilməsi üçün erməni dilinə, sonra isə digər dillərə tərcümə edilməsi, musiqimizi haylaşdırmaq üçün not şəklinə çevirib, nəşr etmək və yaxud erməni müğənnisi tərəfindən ifa edilməsi. Mətbəximizi oğurlamaq üçün "pitidən bozbaşa, dolmadan lavaşa” reseptlərimizin məruz qalması, "orijinallıq” naminə okeanın digər tərəfindən "yeniliklərlə” bəzədilməsi, xalçalarımızın özününküləşdirilməsində naxış və düyünlərimizə gülməli izahat verilməsi. Azərbaycanda, İsraildə, Hindistanda və digər ölkələrdə tanınan narın, erməni katolikosunun qərarı ilə müqəddəsləşdirilməsi, hay-erməni rifahı və çiçəklənməsi milli rəmzinə çevrilməsi və s. Artıq "hayların dünyaya yaydığı qəhvədən”, "erməni qaysısından”, "ən qədim çaxır düzəldən ölkədən” və s. danışmağa ehtiyac duymuram. Söylədiklərim nə qədər gülməli olsa da, erməni tarixi "kəşflərinin” qarşısında aciz görünür. Belə ki, guya Ermənistan sivilizasiya beşiyidir və hind-avropalıların köküdür, qədim misirlilər biliklərini ermənilərdən əldə ediblər və piramidaların tikintisini onlara ermənilər öyrədiblər. Guya vikinqlər erməni soyköklüdürlər, bunlar Britaniya adalarına qədər irəliləmişlər, Yerevan Romadan qədimdir, Xorvatiya, Bosniya, Belçika, Amerika, Kanada, Soçi, Suxumi, Odessa adları – hay-erməni yaradıcılığıdır və sairə, saysız-hesabsız hay-erməni uydurmaları. Bunlara ciddi yanaşmaq da düzgün deyil. Lakin Yerevanda yerləşən Ermənistanın milli tarixi muzeyində hay-ermənilərin 500 min il yaşının olduğu nümayiş etdirilir”.
Agentlik rəhbəri bildirib ki, konfransda Armi / Erme / Arminiya termininin turan mənşəli "Ərsak”, "Sisian / Sisakan” sözlərinin hay-ermənilərə aidiyyatının olmaması, "köçəri” sözünün türklərə məxsus olması qədim mətnlər və klassik mənbələr əsasında aydınlıqla göstəriləcək:
"Bununla yanaşı, YUNESKO-nun Qeyri-maddi mədəni irs Siyahısına ermənilərin kimdənsə öyrəndiklərinə, mənimsəyib özününküləşdirdiklərinə, riyakar, aqressiv fitnələrə sipər çəkmək yolları müəyyən ediləcək. Deyirlər ki, kimlərsə digərlərini aldatmaq üçün yalan səpir, digərləri isə aldadılmış olduğuna görə yalanı yayır. Odur ki, vicdanımızın qulu, iradəmizin sahibi olmaqla, aldadılmışların sayını azaltmaq məqsədilə gücümüzü əsirgəməyəcəyik”.
Xəbər lenti
-
19:31Sumqayıtda şəhid ailələrinə baş çəkilib - FOTOLAR
-
15:31Komitə insan alverinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirir - VİDEO
-
15:00VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub - FOTOLAR
-
11:00Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
-
10:32Paşinyandan revanşistlərə Şuşa mesajı - VİDEO
-
10:00Ermənilərin ərazilərimizdə basdırdıqları minalar, patronlar aşkarlandı - FOTO
-
11:00“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:30Suraxanıda şəhid ailələri ziyarət edilir - FOTOLAR
-
10:03Ermənilərin Şuşaya "İskəndər" atmaq planı - Paşinyan xalqı necə aldadıb?
-
18:04Naqif Həmzəyev: "Nizami Gəncəvi ilində mərkəz Gəncə şəhəri olacaq"
-
11:00Cəbhəyanı ərazilərdə ermənilərin basdırdıqları minalar zərərsizləşdirilib - FOTO/VİDEO
-
10:30Azərbaycanda karantin rejimi yumşaldıldı
-
10:09Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
-
10:30Lavrov Qarabağdakı sülhməramlılara status istəyir
-
10:00Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
-
17:22Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
-
16:32Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
12:16Şuşada yeni yarımstansiya tikilir - VİDEO
-
11:00“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video
-
10:30Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı - FOTO
-
10:00Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Şou-aksiya
-
17:03Şuşada hündür televiziya qülləsi tikilə bilər
-
15:38YAŞATmağa davam!
-
11:00Qarlı havaya görə Bakının bəzi yollarında sürət həddi endirildi - FOTO
-
10:30Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
-
10:00Ayvazyanla Paşinyanın Şuşa üstündə davası
-
19:0220 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib
-
12:14İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
11:00"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
-
10:48Мехрибан Алиева сделала публикацию в связи с 31-й годовщиной трагедии "Черного Января" - ФОТО
-
10:30Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
10:00Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO
-
00:0620 Yanvar hadisələrindən 31 il ötür
-
00:01İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
-
13:08Soydaşlarımızın Qanlı Yanvar harayı
-
11:00Qarabağa qayıdan ermənilərin sayı 50 mini keçdi
-
10:30Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
-
10:00Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
-
12:05Şuşada ilk çörək bişirən Azərbaycanlı aşpaz əsgər - FOTOLAR
-
11:30"Şuşaya "İsgəndər" atmışdıq"- İrəvanda sensasiyalı etiraf - VİDEO - FOTO