“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir

“Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir
Medianın İnkişafı Agentliyi və "ADA” Universitetinin İxtisasartırma Proqramlarının birgə təşkilatçılığı ilə keçirilən "Mediada islahatlara doğru” mövzusunda silsilə seminarlar davam edir.

Seminarın növbəti günündə Aljazeera Media İnstitutunun nümayəndə heyəti iştirak edib. Seminar çərçivəsində ADA Universiteti ilə Aljazeera Media İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Sonra Aljazeera-nın baş müxbiri Resul Serdar və meneceri Rene Ode  "Xəbərlər şöbəsinin səmərəli idarəedilməsi” , "Gündəmi necə qurmalı: praktiki yanaşmalar” mövzularında məruzə ilə çıxış ediblər.

Xatırladaq ki, seminarların təşkilində məqsəd müasir media mühitinə birgə nəzər salmaq, media sahəsində innovativ təcrübələri araşdırmaq və mövcud media nəzəriyyələrinə uyğun ölkədə media islahatları prosesinə təkan verməkdir. İyunun 14-dən iyulun 10-dək davam edəcək  seminarlarda 75 media qurumunun rəhbər üzvünün iştirakı nəzərdə tutulub. Seminarlar zamanı iştirakçılar qarşısında həm yerli,  həm də xarici, o cümlədən  Al Jazeera və Haber Global-ın  mütəxəssisləri təcrübələri ilə bölüşəcəklər.
7News.Az

Xəbər lenti