44 gündən əvvəlki 4 gün: Aprel döyüşləri müasir tarixdə nəyi dəyişdi – TƏHLİL
03 Aprel 2021, 10:19
03 Aprel
2021
10:19
810
2016-cı ilin aprel ayının 2-də Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində erməni hərbi birləşmələrinin atəşkəs rejimini pozmasına cavab olaraq, Azərbaycanın Hərbi Qüvvələri geniş əks-hücuma keçdi və nəticədə işğal altındakı bir sıra strateji ərazi azad olundu. Tarixə "dörgünlük müharibə” kimi düşən döyüşlər nəticəsində işğal altında olan təxminən 800 ha.-a yaxın ərazi azad edilərək, Azərbaycanın nəzarətinə keçdi.
"Dörgünlük müharibə”nin həmin dövr üçün əsas əhəmiyyəti ondan ibarət idi ki, Dağlıq Qarabağ münaqişəsi "donmuş konflikt” statusunundan çıxaraq, potensial qaynar nöqtə statusu qazandı. Məhz bu döyüşlərdən sonra həm münaqişə tərəfləri, həm vasitəçi ölkələr, həm də ümumiyyətlə, regionda maraqlı olan bütün dövlətlərin problemə yanaşması dəyişməklə yanaşı, məsələ ətrafında apardıqları siyasətə də korrektələr etmələrinə məcbur oldular.
Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, artıq regionda yeni reallıq yaranmışdı və istənilən qüvvə bu reallığa uyğun siyasətini qurmalı idi. Ən əsası, Aprel döyüşləri, Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü, münaqişənin hərbi yolla həllinin Azərbaycan cəmiyyətində kütləvi şəkildə dəstəklənməsi və hakimiyyətin bu sosial sifarişi yerinə yetirmək əzmində və gücündə olduğunu bütün dünya ictimaiyyətinə nümayiş etdirdi.
Məhz Aprel döyüşlərindən sonra Ermənistan hərbi büdcəsini dəyişməli və silah idxalını artırmalı oldu. Stokholm Beynəlxalq Sülh Tədqiqatları İnstitutunun (SIPRI) hesablamalarına görə, 2016-cı ildən etibarən Ermənistan xaricdən silah idxalını 3.5 dəfə artırdı, Moskvanın təqdim etdiyi 3 faizlik güzəştli kredit hesabına isə "Smerç”, "Tor” və s. bu kimi zenit-raket komplekslərini əldə etdi. Məşhur "İskəndər” raketləri və İkinci Qarabağ savaşı ərzində elə Qarabağ səmasında məhv edilən "Su-30” qırıcılarını da Ermənistan 2016-cı ildən sonra aldı. Bu məlumatlar Ermənistanın Dördgünlük müharibədən sonra necə qorxuya düşdüyünü açıq nümayiş etdirirdi.
Tarixin bu gün durduğumuz nöqtəsindən, yəni Vətən Müharibəsindəki zəfərimizdən sonra 2016-cı ilin Aprel döyüşləri və ardınca gələn proseslərə nəzər salanda belə qənaətə gəlmək olar ki, əslində Azərbaycanın öz torpaqları uğrunda savaşı məhz elə həmin vaxt başlayıb və 2 aprel 2016-cı il tarixi ümumilikdə II Qarabağ müharibəsinin başlanğıc nöqtəsi kimi qəbul oluna bilər.
Aprel döyüşlərinin nəticələri Ermənistan cəmiyyətinə təsirsiz ötüşmədi və əhali arasında onsuz da etimadını itirməkdə olan Sarqsyan hakimiyyətinin dayaqları daha da zəiflədi. İllərdir Azərbaycan və Türkiyənin işğala cavab olaraq tətbiq etdikləri blokada, həmçinin, Koçaryan-Sarqsyan rejiminin yarıtmaz idarəçiliyi nəticəsində Ermənistanın düşdüyü acınacaqlı vəziyyətdə hakimiyyətin siyasi reytinqini təmin edən yeganə amil bu klanın qonşu ölkənin torpaqlarını nəzarətdə saxlaması idi. Dördgünlük müharibə Ermənistanın ictimai şüurunda özünə yer eləmiş erməni ordusunun yenilməzliyi mifini darmadağın etdi və Sarqsyanın hakimiyyətini saxlamaq üçün sonuncu tutunacağını əlindən aldı.
Qərb institutları Ermənistanda məğlubiyyət nəticəsində yaranmış inqilabi şəraitdən yararlanma şansını əldən vermədilər və hakimiyyət çevrilişi nəticəsində Nikol Paşinyan baş nazir kürsüsünə yiyələnə bildi. Bununla da, Yerevan əsas hərbi tərəfdaşı olan Rusiyanı itirdi.
Qeyd olunduğu kimi, Aprel döyüşləri regiondakı əsas maraqlı gücün - Rusiyanın da münaqişəyə baxışını dəyişdi. Doğrudur, həmin müharibəni Moskva dayandıra bilmişdi, ancaq eyni zamanda, gələcəkdə müharibənin baş vermə ehtimalları və özü üçün mümkün riskləri üzərində düşünməyə başlamalı oldu. Çünki Qafqazın yenidən qaynar nöqtəyə dönməsi bu ərazini Qərb dövlətləri üçün Rusiya və İrana qarşı potensial hücum mövqeyinə çevirə bilərdi. Bu səbəbdən, regionda mümkün müharibə riskini azaltmaq və Azərbaycanı "cilovlamaq” üçün Rusiya həmsədr ölkələrinin də dəstəklədiyi məlum Kazan prinsipləri əsasında "Lavrov planı”nı irəli sürdü.
Planın əsas mahiyyəti ondan ibarət idi ki, əvvəlcə 5, daha sonra 2 rayon Azərbaycana qaytarılmalı, bu müddətdə ölkələrarası iqtisadi əlaqələr bərpa olunmalı, ardınca Dağlıq Qarabağın statusu müəyyən edilməli idi. Doğrudur, bu plan reallaşdırılmadı və sadəcə, vaxt qazanmaq üçün irəli sürüldüyü aydınlaşdı.
Fəqət bu təşəbbüslər sonrakı mərhələdə Azərbaycana gərəkli idi. Çünki həm 44 günlük müharibə, həm də sülh bəyanatının imzalanması zamanı prezident İlham Əliyev Paşinyanın kömək diləndiyi Minsk Qrupunun həmsədrlərinin irəli sürdüyü bu plana dəfələrlə istinad edəcək və Ağdam, Kəlbəcər və Laçının döyüşsüz Azərbaycana qaytarılmasına nail olacaqdı.
Aprel döyüşləri həm də, Azərbaycanın gələcək müharibəyə hərbi-taktiki baxımdan hazırlığı idi. Bu döyüşlər ölkəmizin gələcək müharibədə uğurlu taktika seçməsi üçün təlim xarakteri daşımaqla yanaşı, real döyüş şəraitində ortaya çıxa biləcək çatışmazlıqların sonrakı mərhələdə aradan qaldırılmasına şərait yaratdı.
Eyni zamanda, Aprel döyüşləri və sonrakı Tovuz qarşıdurmaları düşməndə Azərbaycanın hərbi potensialı və mümkün hərbi taktiki gedişlərilə bağlı yanlış təsəvvür yaradılmasına hesablanmışdı. Ermənilər 2016-cı ildən sonra silahlanmaya səhv istiqamətdə başlayaraq əsasən piyadalar üçün atış silahları, yerüstü ağır silahlar, qırıcı-bombardmançı təyyarələr və hava hücumundan müdafiə sistemləri almaqla yanaşı, Azərbaycanın mümkün hücum istiqamətini də səhv hesabladılar. Bütün bunlar Ermənistanın uğurlu müqavimət göstərə bilməsini təmin etmədi. Nəticədə 44 günlük müharibə ilə Aprel döyüşlərini öz məntiqli sonuna çatdı./Azvision.az
Tofiq Vahid
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”