ABŞ-dakı diasporumuzun pandemiya dövründəki fəaliyyəti müzakirə edilib
13 İyul 2020, 16:19
13 İyul
2020
16:19
1132
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə "ABŞ-da pandemiya və post-pandemiya dövründə icma quruculuğu və diaspor fəaliyyətinin gücləndirilməsi” mövzusunda videokonfrans keçirilib. Virtual tədbirdə ABŞ-ın müxtəlif ştatlarından 20-dən çox diaspor təşkilatının rəhbərləri və fəalları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov soydaşlarımızı salamlayıb. O, dövlətimizin diaspor siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə istifadəyə verilmiş Azərbaycan Evləri və "Qarabağ” məktəblərinin, eləcə də Koordinasiya Şuralarının son dönəmdəki fəaliyyəti haqqında danışıb. Pandemiya dövründə soydaşlarımızın əsl birlik nümayiş etdirməsi, bir-birlərinə dəstək olmaları, diaspor təşkilatlarının fəaliyyət göstərdikləri ölkələrdəki Azərbaycan səfirlikləri ilə əlaqəli şəkildə çalışmaları, Dövlət Komitəsinin müvəqqəti çətinliklərlə üzləşmiş 6 mindən çox soydaşımıza yardım etməsi və sair məsələlər nəzərə çatdırılıb. 24 saat fasiləsiz fəaliyyət göstərən Koordinasiya Şuralarının, soydaşlarımızım sığınacaq yerinə çevrilmiş Azərbaycan Evlərinin fəaliyyəti müsbət qiymətləndirilib.
Sonra Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Həmid Əhmədi, Nyu-York Azərbaycan–Amerika Qadın Cəmiyyətinin rəhbəri Münəvvər Vahabova, "My Way Development Center”in rəhbəri Alyona Bədəlova, Azərbaycan Nyu-York Assosiasiyasının rəhbəri Ercan Yerdələnli, Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin prezidenti Fərid Məmmədov və icraçı direktoru Mehriban Məmmədova, İllinoys Azərbaycan–Amerika Cəmiyyətinin rəhbəri Əhməd Obalı, Florida Azərbaycan icmasının rəhbəri Esmira Bayramova, Florida Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri Töhfə Eminova və mədəniyyət məsələləri üzrə direktoru Pərvin Muradova Dilbazi, Azərbaycan–Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova, "Amerikanın Səsi” radiosunun sabiq əməkdaşı Həbib Azərsina, İllinoys–Azərbaycan Xeyriyyə Təşkilatının rəhbəri Teymur Mehmandarov, Meyn–Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədov, Nyu-Yorkdakı diaspor fəalı Aqil Hüseynov, AZAL-ın ABŞ-dakı nümayəndəsi Elnur Ələkbərov, Şimali Kaliforniyada iş adamı Cavid Rəsulov, "New England” Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Rauf İsmayılov, piano ifaçısı Təranə Teylor, Amerika–Azərbaycan Mədəniyyət Assosiasiyasının rəhbəri İslam Rizvanoğlu çıxış ediblər. Çıxışlar zamanı Komitənin fəaliyyətində yeni dövrün başlanması, müxtəlif maraqlı proqram və layihələrin həyata keçirilməsi, azərbaycanlıların birliyi və təşkilatlanması isiqamətində atılan addımlar yüksək qiymətləndirilib.
Soydaşlarımız arasında koordinasiyanın təmin edilməsinin zəruriliyini, Azərbaycan Evlərinin fəaliyyətinin böyük əhəmiyyətə malik olduğunu vurğulayan tədbir iştirakçıları pandemiya dövründə Dövlət Komitəsinin həmvətənlərimizə göstərdiyi həssas münasibəti, diqqət və qayğını təqdir ediblər, gələcəkdə ABŞ-da Azərbaycan Evinin yaradılmasının məqsədəuyğun olduğunu bildiriblər.
Xəbər lenti
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
İlham Əliyev Münhendə Entoni Blinkenlə görüşdü (FOTO)
-
MANŞET, SİYASƏT
İlham Əliyev və oğlu Heydər Əliyev hərbi obyektlərdə olub (YENİLƏNİB/VİDEO)
-
MANŞET
Prezident bu gənclər üçün mükafat ayırdı (SİYAHI)
-
MANŞET, SİYASƏT
Azərbaycan Prezidenti AŞPA-ya xəbərdarlıq edib
-
MANŞET
“Azərsığorta” ləğv edildi –FƏRMAN
-
MANŞET
Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib
-
MANŞET, SİYASƏT
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
AZƏRBAYCAN, MANŞET, DİASPORAMIZ DÜNYADA
Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
MANŞET, SİYASƏT
Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı