Adil Əliyev: Ermənistan öz təcavüzkar, avantürist siyasətindən əl çəkməlidir
22 Sentyabr 2020, 16:52
22 Sentyabr
2020
16:52
914
Ermənistan tərəfinin yenidən cəbhənin Tovuz rayonu istiqamətində təxribat törətməsi nəticəsində Azərbaycan Ordusu bir şəhid verdi. Bu, bizim üçün olduqca ağrılıdır, çünki hər bir şəhid torpağa tapşırılarkən həmin ağrı-acını xalq olaraq hamımız hiss edirik.
Düşmənin son aylar ərzində cəbhədə yenidən fəallaşması bizi bir daha əmin edir ki, Ermənistan hakimiyyəti heç vaxt öz işğalçılıq siyasətindən geri durmayacaq.
7News.Az xəbər verir ki, bu fikirləri Milli Məclis Sədrinin müavini Adil Əliyev bildirib.
Adil Əliyev deyib: "Münaqişənin tarixinə nəzər salsaq, görərik ki, Ermənistan tərəfi torpaqlarımızın işğalını XX əsrdən etibarən daha ciddi cəhdlə həyata keçirməyə başlamışdı. Lakin ulu öndər Heydər Əliyev sovet hakimiyyəti dövründə rəhbər vəzifələrdə olduğu müddətdə Azərbaycanın ərazi bütövlüyünü müdafiə edərək düşmənin işğalçı siyasətinin qarşısının alınmasını təmin etmişdi. Heç də təsadüfi deyil ki, Ulu Öndər Siyasi Bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər yenidən mənfur siyasət yürüdərək öz ərazi iddialarını irəli sürdülər.
Əli Azərbaycan xalqının qanına batmış Qorbaçov eyni xislətdə olduğu Ermənistan tərəfinin mövqeyini müdafiə edərək, Dağlıq Qarabağda xüsusi komitənin yaradılmasını təmin etdi və öz köməkçisi, sonralar erməni lobbisinin maraqlarına xidmət edən Arkadi Volskini həmin komitəyə rəhbər təyin etdi.
A.Volskinin dövründən etibarən əvvəlcə Xankəndi, sonra Azərbaycanın digər ərazilərində xalqımıza qarşı etnik təmizləmə siyasətinə başlanıldı, azərbaycanlılar öz əzəli və əbədi torpaqlarını tərk etməyə məcbur qaldı. Sonradan isə Ermənistan tərəfinin 366-cı motoatıcı briqadanın iştirakı ilə törətdiyi soyqırımları, insanlarımızın kütləvi şəkildə öz dədə-baba yurdlarını tərk etmələri, dinc sakinlərimizin, xüsusilə qadın, uşaq və qocaların ağır əzab və iztirablarla öldürülməsi faktı hamımıza məlumdur.
Mürəkkəb hadisələrin baş verdiyi həmin dövrdə o vaxtkı Azərbaycan hakimiyyətinin bu ağır vəziyyətdən çıxış yolunu tapmaq əvəzinə, dövlətə qarşı xəyanəti, ayrı-ayrı xarici ölkələrin maraqlarına xidmət edərək xalqı öz taleyinə buraxması, həqiqətən də onların qəlbində dövlətimizə, xalqımıza qarşı sədaqət, Vətənə məhəbbət hissinin olmadığını bir daha sübut edir.
Ermənistan tərəfinin apardığı təcavüzkar siyasət yalnız Köçəryan-Sarkisyan cütlüyünün hakimiyyəti dövrünə təsadüf etmir. Bu gün ölkənin baş naziri Paşinyan da öz sələflərinin yolunu davam etdirir və onların işğalçılıq siyasətini həyata keçirir. Bu isə bizə belə qənaətə gəlməyə əsas verir ki, Ermənistanda hakimiyyətdə kimin olmasının heç bir əhəmiyyəti yoxdur, bütün hakimiyyət bir qisim şəxslər tərəfindən idarə olunur. Bugünkü Ermənistan hakimiyyəti Soros rejiminin məhsuludur və təbii ki, Sorosun siyasi diktəsini həyata keçirir, təkcə ona görə yox ki, hakimiyyət komandasının bütün üzvləri ya Soros Fonduna, ya "Transperensy”yə, ya da ki, digər insan hüquqları təşkilatlarına bağlıdırlar. Təbii ki, siyasi sifarişləri yerinə yetirən bu təşkilatlar öz sadiq qullarının iradəsinə uyğun davranırlar.
Ermənistan tərəfinin məzlum imici alması, özlərini dünyaya yazıq xalq olaraq göstərməsi bizi aldatmamalıdır, onlar, sadəcə, öz maraqları üçün hər cildə girməyi bacarırlar. Belə ki, yaxın keçmişə nəzər salsaq görərik ki, Ermənistanda Paşinyan hakimiyyətə gəldikdən sonra rəsmi və qeyri-rəsmi kanallar vasitəsilə sülhün tərəfində olmasını bildirdi və əvvəlkilərdən fərqli olaraq münaqişənin tez bir zamanda həll edilməsi üçün sülh danışıqlarına başlayacağının anonsunu verdi.
Həmin dövrdə Ermənistanla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədrləri də münaqişənin qısa müddət ərzində sülh yolu ilə həll ediləcəyinin proqnozunu verirdi. Hətta baş verənlərin fonunda Ermənistanın əvvəlki rəhbərlərinin həbs edilməsi hakimiyyətin öz simasını dəyişməsini əsaslandırmağa imkan versə də, bu gün görürük ki, heç də belə deyilmiş, düşmən öz təcavüzkar mövqeyini, sadəcə, gizlətməyə cəhd etmişdir.
Paşinyan hakimiyyətə gəldiyi zaman ordumuzun silahlı birləşmələri tərəfindən həyata keçirilən uğurlu Günnüt əməliyyatının çox da qabardılmamasının səbəbi isə təkcə Ermənistan rəhbərliyinə vaxtın verilməsi yox, eyni zamanda, Azərbaycanın daim hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına riayət etməsi, münaqişələrin həlli yolu kimi müharibəni qəbul etməməsi və sülhün tərəfində olmasının əyani sübutu idi.
Lakin Nikol Paşinyan az bir müddətdən sonra siyasətdə böyük dəyişiklik etdi və yalvarıcı diplomatiya dilindən uzaqlaşaraq müharibəyə meyilli siyasət yürütdü. O, özündən əvvəl bu siyasəti həyata keçirənlərin sonlarının necə olduğunu görürdü, lakin belə məlum olur ki, bundan özünə bir nəticə çıxarmamışdır. Əks halda, ordunun silahlandırılmasını həyata keçirmək, habelə qadınları hərbi təlimlərə cəlb etməklə yanaşı, "Müdafiə haqqında” qanuna dəyişiklik etməklə 70 yaşadək olan ahıl insanları belə silahlandırmağa cəhd etməzdi.
Ermənistan tərəfi başa düşür ki, Azərbaycan müharibəni də, diplomatiyanı da beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri ilə yanaşı, öz tarixinə sadiq qalaraq mərdcəsinə həyata keçirir. Belə bir vəziyyətdə güclü Azərbaycan Ordusunun qarşısına onlar ahıl adamları çıxarır. Bu isə o deməkdir ki, insan həyatının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Belə olmasaydı, cəmi 2 ay bundan əvvəl Tovuz rayonunda törətdikləri təxribat zamanı 76 yaşlı vətəndaşımızı qətlə yetirməzdilər. Bu təxribat zamanı üzləşdikləri məğlubiyyəti riyakar hakimiyyət öz millətinə qələbə deyə təqdim edib. Təbii ki, belə olan halda, sual olunur ki, əgər qələbə qazanmısınızsa, niyə gedib Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına yalvarırsınız?
Bu gün Azərbaycanın güclü rəhbəri və ordusu var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ermənistanın həyata keçirdiyi siyasətlə bağlı sərt mövqedədir. Sentyabrın 21-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasda 182 ölkə arasında 6-cı olaraq çıxış edən dövlətimizin başçısı İlham Əliyev bir daha dünyanın diqqətinə çatdırdı ki, "Ermənistanın baş naziri ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların format və mahiyyətini məqsədyönlü şəkildə pozur. Onun "Qarabağ Ermənistandır” bəyanatı danışıqlar prosesinə ciddi zərbədir və o, danışıqlar prosesində əsassız şərtlər irəli sürür. Onun Azərbaycana qarşı irəli sürülmüş qəbuledilməz "yeddi şərti” tərəfimizdən rədd edilmişdir və sülhə nail olunması üçün bizim yeganə şərtimiz var. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş bütün ərazilərindən çıxarılmalıdır! Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır!”.
Ermənistan və onun havadarları bir daha başa düşməlidir ki, Azərbaycanın bütün sahələrdə olduğu kimi, diplomatiya sahəsində də qazandığı uğurlar, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müharibədə də qələbənin əldə edilməsini şərtləndirir. Erməni tərəfi bunu nə qədər tez anlasa, onlar üçün bir o qədər yaxşı olar.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir