Ağstafa Regional Mədəniyyət İdarəsi "Mətbuat Günü" münasibəti ilə videokonfrans keçirdi
21 İyul 2020, 22:54
21 İyul
2020
22:54
1635
Ağstafa Regional Mədəniyyət İdarəsi mətbuat nümayəndələrinin iştirakı ilə Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirdi
Ağstafa Regional Mədəniyyət İdarəsi Milli Mətbuatın yaranmasının 145 illiyinə həsr edilmiş videokonfrans keçirdi. Virtual zəmində keçirilən tədbirdə mətbuat nümayəndələri, idarənin rayonlar üzrə nümayəndələri, mədəniyyət müəssisələrinin rəhbərləri və mədəniyyət işçiləri iştirak etdilər.
100 nəfərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Vüqar Qədirov tədbir iştirakçılarını salamlayaraq ilk öncə mətbuat nümayəndələrini peşə bayramı münasibətilə təbrik etdi. Natiq milli mətbuatın yaranma və inkişaf tarixi haqqında geniş məlumat verərək bildirdi ki, bu gün milli mətbuatın yaranmasından 145 il ötür. Azərbaycan Milli mətbuatının təşəkkül tapmasında əvəzsiz rol oynamış "Əkinçi”qəzetinin 1875- ci iyulun 22- dən işıq üzü görməsi ilə milli mətbuatımızın əsası qoyulmuşdur. Azərbaycan milli mətbuatının yaranmasında Həsən bəy Zərdabinin və onun yaratdığı "Əkinçi” qəzetinin müstəsna rolu və əhəmiyyəti vardır. Milli mətbuatın inkişafı və çiçəklənməsi isə məhz Ulu Öndərin hakimiyyəti dövrünə təsadüf edir. Bu gün də ölkə rəhbərliyi tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkə mətbuatının inkişafı sahəsində "azad söz azad cəmiyyətin təməl daşıdır” prinsipi əsas meyar kimi qəbul edilir. Natiq həmçinin, Ümummilli Lider Heydər Əliyevin senzuranı ləğv etməsini mətbuatın inkişafını sürətləndirməklə yanaşı, bu sahənin sağlam təməllər üzərində dayanması, mətbuatın zəngin və şərəfli tarixinə layiq fəaliyyət göstərməsinə güclü stimul yaratdığını vurğuladı. İdarə rəisi qeyd etdi ki, hazırda müstəqil mətbuatın formalaşması və inkişafına xidmət edən siyasət cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Vüqar Qədirov həmçinin, son günlərdə Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində törətdiyi təxribatından, bu gün yalnız cəbhədə deyil, eyni zamanda sosial şəbəkələrdə gedən informasiya savaşından danışaraq, istər milli mətbuatın, istər gənc mədəniyyət könüllülərinin əsas missiyalarından birisinin də sosial şəbəkələrdə gedən informasiya mübarizəsində fəal və ayıq olması, birinci növbədə ölkəmizə qarşı istər daxildən, istər xaricdən qarayaxma kompaniyası aparan insanlara qarşı ciddi mübarizə aparmağın zəruriliyini vurğuladı.
Tədbirdə çıxış edən mətbuat nümayəndələri – 7NEWS.AZ xəbər saytının baş redaktoru Səbuhi Abbasov, "Türküstan Media Qrupu”nun baş redaktoru Aqil Camal, "Xalq Qəzeti”nin əməkdaşı Əfsanə Bayramqızı, "Kriteri.Az” saytının təsisçisi və baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Aqil Cəfərov və "Mediaxəbərləri.Az” informasiya portalının direktoru Ələddin Qarayev tədbirə dəvət olunduqları üçün idarə rəhbərliyinə təşəkkür edərək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əsas işin mətbuat nümayəndələrinin üzərinə düşdüyünü qeyd etdilər.Jurnalistlər həmçinin Ağstafa Regional Mədəniyyət İdarəsinin hər zaman mətbuata açıq olmasını, mətbuatla sıx əməkdaşlığını təqdir etdiklərini, idarənin keçirdiyi mədəni-kütləvi tədbirlərin təmsil etdikləri medya qurumlarında ictimailəşməsinə dəstək məsələsində hər an hazır olduqlarını bildirdilər.
Tədbirdə həmçinin,Azərbaycan Respublikasının Xalq Artisti Tariyel Qasımov, idarənin rəis müavini Gülgün Kərimov, Tovuz rayonu üzrə nümayəndə Adil Həsənov, Qazax rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Gülnaz Alişanova, idarənin KİV və sosial şəbəkələrlə iş üzrə məsul əməkdaşı, mətbuat katibi Xəyal Nağıyev çıxış edərək mətbuat nümayəndələrinə xoş təbriklərini çatdıraraq onlara bu şərəfli və çətin yolda uğurlar arzuladılar.
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MANŞET, MƏDƏNİYYƏT
Azad olunan ərazilərdə abidələrin bərpasına cəlb olunun ölkələrin adları açıqlanıb
-
MANŞET, MƏDƏNİYYƏT, SİYASƏT
Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanının onillik yubileyində iştirak edib
-
MANŞET, MƏDƏNİYYƏT, SİYASƏT
“Biz xoşbəxtik ki, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq” - Leyla Əliyeva
-
MANŞET, MƏDƏNİYYƏT
Natiq Məmmədlinin “Sev” romanının imza günü olacaq
-
MANŞET, MƏDƏNİYYƏT
Görkəmli alim Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dünyada layiqincə təmsil edib
-
MANŞET, MƏDƏNİYYƏT
Şuşada “Xarı bülbül” festivalı başlayır
-
MANŞET, MƏDƏNİYYƏT
Leyla Əliyevanın şəhidlərimizə həsr olunmuş şeirinə mahnı bəstələndi — VİDEO
-
MANŞET, MƏDƏNİYYƏT
Ağstafa Regional Mədəniyyət İdarəsi "Mətbuat Günü" münasibəti ilə videokonfrans keçirdi