Azərbaycan diasporu: Vətən naminə birləşmək hər birimizin borcudur
Vətəni ürəkdən sevən, onun uğrunda hər zaman cəsarətlə mübarizə aparan insanların ürəyində vətən qayəsinin digər düşüncələrin fövqündə dayanması bu günümüzün aktual məsələlərindəndir. Vətən sevgisi ən zəruri məsələləri həll etmək üçün bütün vətəndaşları birləşdirə bilən qüdrətli bir stimuldur.
İndiki tarixi mərhələdə Vətənə məhəbbət hər şeydən əvvəl dövlətin milli maraqlarının qorunmasında fəal iştirakda ifadə olunmalıdır. Vətənpərvərlik insanın öz Vətəninə sevgi və sədaqətindən, doğma Vətənin siyasi, iqtisadi və mədəni tərəqqisi naminə çalışmaqdan və onun müdafiəsinə hər an hazır olmaqdan ibarətdir. Doğma yurda sədaqət həm də mövcud çətinliklərdən qorxmayıb vətəndaşlıq mətanəti göstərmək deməkdir.
Bu gün hər birimizi narahat edən yeganə problem Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu mürəkkəb, ağrılı məsələnin sülh yolu ilə ədalətli həllinə nail olmaq üçün bütün zəruri tədbirlər görülür. Xaricdə yaşayan həmvətənlərimiz milli maraqlarımızın müdafiəsi naminə azərbaycançılıq ideyası ətrafında daha da sıx birləşir, dünyadakı proseslərin nəbzini tutmaqla öz çevikliyini artıraraq, ölkəmiz əleyhinə yönəlmiş təxribatlara qarşı operativ və adekvat addımlar atırlar. Qəlbində Vətən sevgisi olan hər bir soydaşımız bu istiqamətdə öz səyini daha da gücləndirir, problemin mahiyyətini xarici ölkələrin hökumət və ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırmaq üçün daha məqsədyönlü şəkildə fəaliyyət göstərir.
Cənab prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında qeyd etdiyi kimi: "Mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Xüsusilə nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin”.
Dövlətimizin başçısı bu sözlərlə bir daha xaricdə yaşayan soydaşlarımıza birlik mesajını göndərmiş oldu.
Bu gün hər bir azərbaycanlını yalnız bir məqsəd birləşdirir: doğma Vətənin maraqlarının müdafiəsi, ölkəmizlə bağlı həqiqətlərin təbliği. Həm dövlətin, həm də diasporumuzun fəaliyyəti nəticəsində Dağlıq Qarabağ və onun ətrafında cərəyan edən hadisələr barədə həqiqətlər dünyaya çatdırılır və müasir informasiya müharibəsində erməni yalanları artıq öz aktuallığını itirməkdədir.
Ümumimilli maraqlar mövqeyindən, əqidəsindən asılı olmayaraq soydaşlarımızı bir araya gətirir. 23 fevral 2019-cu ildə keçiriləcək Ümumavropa Qarabağ mitinqinin təşkili də elə bu amala xidmət edir. Mitinqin əsas qayəsini Azərbaycan həqiqətlərinin təbliği, Vətənə bağlılıq hissi və ideyaları təşkil edir. Soydaşlarımız bu dəfə də birlik və həmrəylik nümayiş etdirərək milli mənafelərimizin qorunması naminə birləşəcəklər. Bu mitinq həmvətənlərimiz tərəfindən erməni təcavüzünün qurbanlarının haqq səsinin dünyaya çatdırılmasında növbəti mühüm bir addım olmaqla yanaşı, dünya azərbaycanlılarının həmrəyliyi, diasporla iş sahəsində dövlət siyasətinin prioriteti sayılan - ölkəmiz haqqında əsl həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması işinə öz töhfəsini verəcək. Bu mitinq həm də Azərbaycanı gözü götürməyən qüvvələrə bir mesajdır: Qoy hər kəs görsün və bilsin ki, həmvətənlərimiz erməni lobbisinin anti-Azərbaycan siyasətini alt-üst etmək naminə bütün qüvvələrini səfərbər edirlər. Vətən naminə birləşmək hər birimizin borcudur.
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
Digər xəbərlər
-
MANŞET, MƏDƏNİYYƏT
Prezident yeni mədəniyyət naziri təyin etdi
-
MANŞET, MƏDƏNİYYƏT
Azad olunan ərazilərdə abidələrin bərpasına cəlb olunun ölkələrin adları açıqlanıb
-
MANŞET, MƏDƏNİYYƏT, SİYASƏT
Leyla Əliyeva YARAT Müasir İncəsənət Məkanının onillik yubileyində iştirak edib
-
MANŞET, MƏDƏNİYYƏT, SİYASƏT
“Biz xoşbəxtik ki, onunla tanış olmuşuq, ünsiyyət saxlamışıq” - Leyla Əliyeva
-
MANŞET, MƏDƏNİYYƏT
Natiq Məmmədlinin “Sev” romanının imza günü olacaq
-
MANŞET, MƏDƏNİYYƏT
Görkəmli alim Aida İmanquliyeva Azərbaycan şərqşünaslıq elmini dünyada layiqincə təmsil edib
-
MANŞET, MƏDƏNİYYƏT
Şuşada “Xarı bülbül” festivalı başlayır
-
MANŞET, MƏDƏNİYYƏT
Leyla Əliyevanın şəhidlərimizə həsr olunmuş şeirinə mahnı bəstələndi — VİDEO
-
MANŞET, MƏDƏNİYYƏT
Ağstafa Regional Mədəniyyət İdarəsi "Mətbuat Günü" münasibəti ilə videokonfrans keçirdi