Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat

Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat
Son proseslərdən sonra meydana çıxan mənzərə budur ki, ermənilər nə qədər namərdlik etsələr də, sülh razılaşmasının tələblərinə kölgə salmağa çalışsalar da, Azərbaycan tərəfi yenə öz mərdliyinə, dürüstlüyünə və ləyaqətli davranışına sadiqdir. Elə üç erməninin azad olunması faktının özü də göstərir ki, Azərbaycan dövləti və onun Prezidenti İlham Əliyev son dərəcə humanistdir, alicənabdır və öz siyasətinə yalnız müsbət, xoşməramlı addımlarla davam edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, erməni tərəfi bu addımlardan nəticə çıxarmalı, adekvat davranış, reaksiya göstərməlidir: "Nəzərə almaq lazımdır ki, işğaldan azad olunmuş Qarabağ torpaqlarında minalanmış ərazilərin xəritəsi hələ də Azərbaycana təhvil verilməyib. Halbuki, çoxdan verilməli idi. Daha dəqiqi, həmin xəritəni vermək birbaşa Ermənistanın və onun rəhbərliyinin borcu, öhdəliyidir. Çünki müharibə bitib. Ermənistan uduzub və bunu etiraf edib. Eyni zamanda, uduzduğuna görə sənəd imzalayıb, kapitulyasiya aktına qol çəkib. Üstəlik, o öhdəliyi də götürüb ki, münasibətlərin aqressiya mərhələsindən çıxması üçün cəhd göstərəcək. Belə olan halda, niyə dediklərinə, yazdıqlarına, imzaladığı sənədlərin tələblərinə riayət etmir? Niyə təxribatlarından əl çəkmir? Niyə minalı sahələrin xəritəsini vermir? Niyə yenə neqativ, ümumbəşəri dəyərlərə zidd siyasətinə davam edir? Ermənistan bu sualların cavabını verməlidir. Həm də gecikmədən!

Ermənistan onsuz da çöküb. Yoxdur! Bu dövlət apardığı yanlış siyasətlə uzun illərdir özü-özünü məhvə sürükləyib. Heç olmasa, bundan sonra həmin siyasətə davam eləməsinlər. Anlasınlar ki, bunun axırı yoxdur. Yox, əgər anlamasalar, növbəti dəfə Azərbaycanın "dəmir yumruğunu" öz başları üzərində görəcəklər".
Azərbaycan üç ermənini azad etməklə növbəti dəfə humanistliyini göstərdi - Deputat - Gallery Image

Xəbər lenti