"Azərbaycanın ərazi bütövlüyünü tanıyanlar Ermənistanın işğalçı olduğunu təsdiqləmiş olur"
05 Avqust 2020, 13:10
05 Avqust
2020
13:10
1505
"Əvvəla, Azərbaycanın işğal olunmuş ərazisində hüquqi baxımdan, faktiki heç bir respublika fəaliyyət göstərmir. Yəni o qondarma rejimi - mən onu "qeyri-hökumət təşkilatı” adlandırıram - nəinki dünya birliyi, heç Ermənistanın özü tanımır. Ona görə də onların işğal olunmuş Azərbaycan torpaqlarına özlərinin status verməsi heç bir hüquqi gücə malik deyil".
Bunu "MediaPost"a açıqlamasında hərbi jurnalist, informasiya təhlükəsizliyi mütəxəssisi İbrahim Rüstəmli deyib.
O bildirib ki, başda Türkiyə, Rusiya, Avropanın bir çox dövlətləri olmaqla, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar bu gün ermənilərin bəhs etdiyi əraziləri işğal edilmiş Azərbaycan torpaqları kimi qəbul edirlər:
"İşğal edilmiş torpaqlarda xalqların öz müqəddəratını həll etməsi məsələsi ilə bağlı Ermənistanın irəli sürdüyü iddiaların heç bir hüquq əsası yoxdur. Azərbaycan vətəndaşları öz tarixi torpaqlarından, xüsusilə Qarabağdan (buna qədər də Göyçədən, Zəngəzurdan deportasiyalara məruz qalıblar) uzaq düşüblər, qovulublar. Onlara qarşı təkcə hərbi yox, eləcə də mənəvi, psixoloji təcavüz olunub. Nəticədə də dinc, əli silahsız adamlar öz ev-eşiklərindən qaçmağa məcbur olublar. Bizim insanlarımızın hüququ yalnız Qarabağda deyil, elə Zəngəzurda da pozulub, Göyçədə də. Qarabağda isə ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü pozulub və oranın dədə-baba sakinlərinə qarşı hərbi, siyasi, mənəvi, psixoloji, sosial təcavüz olunub. Xocalıda uşaqlı, qadınlı yüzlərlə insan öldürülməyibmi? Bu soyqırımı faktında Ermənistanın birbaşa iştirakı tarixi sənədlərlə sübuta yetirilib. Serj Sarqsyan da müsahibəsində xüsusi vurğulamışdı ki, azərbaycanlılar Xocalı hadisələrinə kimi elə düşünürdülər ki, ermənilər dinc əhaliyə qarşı silah qaldırmaz. Bu, həm siyasi sənədlərdə, həm hüquqi bəyanatlarda öz təsdiqini tapmış məsələdir".
İ. Rüstəmli bildirib ki, Dağlıq Qarabağ və yeddi rayon Azərbaycanın ayrılmaz parçasıdır. Tarixən burada yaşayan insanların böyük hissəsi azərbaycanlılar olub: "Əgər Ermənistan xalqların öz müqəddəratını sərbəst şəkildə müəyyən etmək aktını qəbul edirsə, birinci Göyçədə, Zəngəzurda yaşayan azərbaycanlıların müqəddəratı məsələsini müzakirə etməliyik. Erməni Azərbaycan ərazisini işğal edir, dünya birliyi işğal faktını tanıyır, ancaq Ermənistan qondarma rejim haqqında danışır. Tutaq ki, ABŞ Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyırsa, deməli o, həm də Ermənistanı işğalçı ölkə kimi tanıyır. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıram deyirsə, bu, o demək deyil ki, məsələ sadəcə Azərbaycan torpağını tanımaqla bitir. Xeyr! Bu, həm də Ermənistanı işğalçı ölkə kimi tanımaq deməkdir. Bu gün bunu Rusiya da deyir, istisnasız olaraq Avropa ölkələri də. Əvvəlcə, Ermənistan işğal olunmuş tarixi Azərbaycan torpaqları ilə bağlı məsələyə münasibət bildirsin, sonra xalqların öz müqəddəratı haqqında danışsın. Azərbaycan torpaqları işğal olunubsa, həmin ərazilərdə Azərbaycan hüquqlarından söhbət gedə bilər. Qarabağdakı "qeyri-hökumət təşkilatını” özləri də daxil olmaqla, heç bir dövlət tanımır. Son hadisələr göstərdi ki, erməni xalqı da bilir ki, bu torpaqlar onlara məxsus deyil. Ona görə kiçik bir hadisə olan kimi İrəvana doğru qaçırlar. Yaşadıqları torpaqlarda dinc insanların qanının axıdıldığını bildiklərinə görə, burada yaşamağın mümkünsüzlüyünü anlayırlar. Mən Ermənistan hökumətinin və qondarma rejimin siyasi fiqurlarının bəyanatlarını növbəti informasiya təxribatı adlandırıram. Onların bu istiqamətdə iddialı bəyanatları əsassızdır. Etdikləri hərbi təcavüzə cavab verməlidirlər. Onların qaldırdığı məsələnin müzakirəsinə qədər danışmalı olduqları yüzlərlə məsələ var. Müzakirə obyekti olacaq təklif yalnız Azərbaycan tərəfdən irəli sürülməlidir".
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”