AzMİU-da memarlıq təhsilinin 100 illiyinə həsr edilən sərgi açılıb - FOTO+VİDEO
Tədbirdə dövlət və özəl qurumların nümayəndələri, ölkəmizin nüfuzlu universitetlərinin rektorları, partnyor təşkilatların rəhbərləri iştirak ediblər.
7NEWS.az xəbər verir ki, tədbirdə AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova Azərbaycanda memarlıq təhsilinin tarixindən, keçdiyi inkişaf yolundan danışıb. Rektor qeyd edib ki, respublikamızda memarlıq ixtisası üzrə kadr hazırlığı işinə 1920-ci ildən sonra Azərbaycan Dövlət Neft və Kimya İnstitutu adlanan təhsil ocağının İnşaat fakültəsinin memarlıq bölməsində başlanılıb, 1951-ci ildən isə Azərbaycan Politexnik İnstitutunun İnşaat fakültəsinin memarlıq bölməsində davam etdirilib. 1968-ci ildə bu bölmənin əsasında ayrıca Memarlıq fakültəsi yaradılıb. Rektor vurğulayıb ki, 100 ilə yaxın tarixi olan Memarlıq fakültəsi öz ənənələrinə görə həm universitetin digər fakültələri, həm də memarlıq ixtisası tədris olunan digər ali məktəblər arasında həmişə seçilib. Mikayıl Useynov, Ənvər Qasımzadə, Leonid Bretanitski, Qəzənfər Əlizadə, Davud Axundov, Boris Revazov, Həsənağa Məcidov, Eldar Kanukov, Mürsəl Nəcəfov, Fikrət Hüseynov kimi memarlıq üzrə alim və mütəxəssislər uzun illər bu fakültədə pedaqoji fəaliyyətlə məşğul olublar.
G.Məmmədova qeyd edib ki, fakültə memarlıq və dizayn ixtisasları üzrə bakalavr və magistr təhsil pilləsində mütəxəssislər hazırlayır və təhsilin hər iki pilləsində 1100-dən artıq tələbə təhsil alır. Fakültənin professor-müəllim heyətinin böyük qismi memarlıq layihələndirilməsi - şəhərsalma, dizayn, abidələrin bərpası sahəsində respublikanın tanınmış mütəxəssisləri və alimləridir. Hazırda fakültədə AMEA-nın 1 müxbir üzvü, 11 memarlıq doktoru, 17 professor, 33 memarlıq üzrə fəlsəfə doktoru, dosent öz dərin nəzəri və təcrübi biliklərini tələbələrlə paylaşır. Onlardan 1 nəfəri "Şərəf”, 2 nəfəri "Şöhrət” ordeninə, 14 nəfəri "Əməkdar memar”, 1 nəfəri "Əməkdar müəllim”, 1 nəfəri isə Respublika Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülüb.
Rektor vurğulayıb ki, sərgiyə Memarlıq fakültəsinin şəhərsalma, bina və qurğular, dizayn, memarlıq abidələrinin bərpası, landşaft ixtisasları üzrə 30-a yaxın buraxılış işi və 100 kurs işi təqdim olunub. Həmin işlər sırasında bu il Rusiya Federasiyasının Nijniy Novqorod şəhərində keçirilən XXVIII müsabiqənin qalibləri olmuş işlər də nümayiş olunacaq.
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri, professor Elbay Qasımzadə Nijniy Novqorod şəhərində keçirilən müsabiqədə 19 bakalavr işi və 4 magistr dissertasiyasının fəxri diplomlara layiq görülməsi, 14 nəfərin I dərəcəli, 9 nəfərin isə II dərəcəli diplom qazanması münasibətilə universitet və fakültə rəhbərliyini təbrik edib. E.Qasımzadə qeyd edib ki, görülən işlər uğurlu nəticədir və eyni zamanda, tanınmış memarlıq məktəbləri ilə yarışmağa qadir olmağımızın gözəl nümunəsidir.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar. Nijniy Novqorodda keçirilmiş müsabiqədə işləri qalib olan məzunlara diplomlar təqdim edilib.
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
Digər xəbərlər
-
“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
DTX Heydər Əliyevin 100 illiyi ilə bağlı elmi-praktiki konfrans keçirdi
-
“Kristal Abşeron” şirkəti ağacəkmə aksiyasına qoşulub
-
“6 sözlük əhvalat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
-
Kür çayına balıq körpələri buraxılıb
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə”: İstanbulda sənədli filmin təqdimatı keçirildi – FOTO
-
“Vətən müharibəsi: şəhidlər və şahidlər gənclərin gözü ilə” sənədli filminin təqdimatı keçirildi - FOTO
-
İNCİ şirkətlər qrupundan nümunəvi addım: Xüsusi qayğıya ehtiyacı olan uşaqlar belə sevindirildi