Bənzərsiz Şuşa: Bizi tarixlə bütövləşdirən müqəddəs şəhərimiz
13 Sentyabr 2021, 22:48
13 Sentyabr
2021
22:48
854
Şuşanı daha əvvəl heç vaxt görməsəm də, bu müqəddəs şəhərimiz barədə eşitdiklərim söhbətlərdən, həmçinin televiziyalarda gördüyüm müxtəlif kadrlardan xəyalımda heç vaxt pozulmayan təəssüratlar yaranmışdı. Ancaq işğal altında olduğu üçün Şuşa xəyalımda hər zaman başı üstündə çəkilib-seyrəlməyən qara dumanlarla çanlanırdı. Çox şükürlər olsun ki, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və Azərbaycan əsgərinin misilsiz şücaəti sayəsində Şuşamız erməni işğalından azad edildi. Bununla həm gerçək Şuşanın, həm də xəyallarımdakı Şuşanın başı üzərindəki qara duman birdəfəlik itdi.
İlk dəfə ayaq basdığım Şuşada olmağın, tərtəmiz havası ilə nəfəs almağın, hər daşında tarixi yaşadan küçələrində hərəkət etməyin təəssüratı, yaratdığı emosiya inanılmazdır, bənzərsizdir. Əcdadlarımızın əlçatmaz, sıldırım qayalıqlarda saldıqları bu şəhərin inşası, böyüyüb genişlənməsi, oarada baş verən tarixi döyüşlər gözlərimin önündən keçir. İnsan o hisslərin təsiri altında, həqiqətən, özündən qopur, amma gördüyü mənzərənin doğurduğu xoş duyğuların təkanı ilə təkrar toparlanaraq reallığa dönür. Şuşanın gözəlliyini ən mahir qələm də tam olaraq təsvir edə bilməz. Oranı görmək, hiss etmək lazımdır ki, Şuşanın əhəmiyyətini, dəyərini anlayasan. Həm də bir zamanlar Qafqazın mədəniyyət mərkəzi olmuş Şuşa tək buradakı bizlər üçün deyil, dünya azərbaycanlıları üçün deyil, bütövlükdə Türk dünyası üçün müstəsna əhəmiyyət daşıyan rəmzə çevrilib. Şuşa hər bir azərbaycanlının Məkkəsidir, desək, mübaliğəyə yol vermərik.
Şuşa bütövlükdə olduğu kimi, həm də özünün müxtəlif məkanları, qiymətli tarixi abidələri ilə məşhurdur. Cıdır düzü və İsa bulağı Şuşamızın "vizit kartı” olaraq, hər kəsin baş çəkməyi arzuladığı yerlər olub. Eyni zamanda, Qala divarları, Xan sarayı, Gövhər Ağa məscidi, Gəncə qapısı və başqa abidələr milli özünəməxsusluğu ifadə edən qiymətli abidələrdir. Amma nə qədər acınacaqlı olsa da, uşaq, qadın, qoca demədən dinc soydaşlarımızı vəhşicəsinə qətlə yetirən, Xocalı Soyqlrımı kimi bəşəri cinayəti törədən ermənilər Şuşadakı tarixi abidələrimizə də divan tutublar. Tarixi olmayan, mənşəyi bilinməyən, yalnız uydurma tarişxlə yaşayan bir toplumdan fərqli davranış gözləməyə də dəyməzdi.
Çünki tarixi olan toplum başqa xalqların dini-mədəni abidələrinə qarşı vandal hərəkətlərə yol verməz. Ermənilər Şuşanın işğal dönəmində abidələrimizi dağıtmaqla, məscidlərimizdə donuz saxlamaqla kifayətlənməyərək, təbiəti də viran qoyublar. Bu gün Topxana meşəsi də özündə erməni vəhşiliyinin izlərini daşımaqdadır.
Şuşda gördüyümüz ən ürəkaçan mənzərə şəhərin nəhəng inşaat meydançasını xatırlatmasıdır. Bəli, Şuşa yenidən tikilir. Həm də öz tarixi əzəmətini qoruyaraq… Qeyd etmək lazımdır ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Şuşanın yenidən qurulmasına xüsusi diqqət və qayğı göstərir. Şuşada inşaat işlərinin həyata keçirilməsində Heydər Əliyev Fondunun yaxından iştirakı şəhərin hər bir küçəsində hiss olunur.
Şuşa erməni işğalından azad edildikdən sonra artıq çox mühüm görüşlərin və sənədlərin "ünvan”ına çevrilə bilib. Bu ilin iyununda Azərbaycan prezidenti İlham Əliyevlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinin ən yüksək səviyyəyə çatdırılmasında hüquqi baza rolunu oynayan çox mühüm sənəddir.
Bir sözlə, işğaldan azad olunan Şuşa bütün mənalarda yenidən bizimdir. Azərbaycan prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin demək olar, hər ay ailə üzvləri ilə birlikdə Şuşaya səfər etməsi şəhərin bizim üçün daşıdığı müstəsna əhəmiyyəti bütün dünyaya sərgiləyir.
Şuşaya bir günlük səfərimiz çərçivəsində yuxarıda adlarını vurğuladığım tarixi yerləri ziyarət etdik, tariximizlə bütövləşməyin həyəcanını yaşadıq, Azərbaycan xalqına qələbə sevinci bəxş edən Şəhidlərimizin xatirəsini hörmətlə andıq. Bizə bu imkanı yaratdığına görə Müzəffər Ali Baş Komandanımıza, Azərbaycan Respublikası Gənclər Fondunun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, səfərin gedişində bizi yorulmadan müşayiət edən, qayğımıza qalan Şuşa Şəhəri Dövlət qoruğunun rəhbərliyinə və kollektivinə, Azrbaycan prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimova təşəkkür edirəm.
Şuşaya səfər etmiş heyətə daxil olan müxtəlif təşkilatların nümayəndələri Prezident İlham Əliyevin Cıdır düzündə xalqa müraciəti zamanı söylədiyi "Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq” sözlərini xatırlayaraq, ölkə gənclərinin hər zaman dövlət başçısının ətrafında sıx birləşdiyini, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar. Buna heç kəsin şübhəsi yoxdur.
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!