Bu günləri keçmiş xatirə kimi danışmaq üçün bu günlər keçməlidir
10 Avqust 2020, 15:45
10 Avqust
2020
15:45
1356
Məqalə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi çərçivəsində yazılıb.
Bu günləri keçmiş xatirə kimi danışmaq üçün bu günlər keçməlidir.
Sərt karantin rejiminin nə demək olduğunu mən ilk dəfə "Uzaq sahillərdə” filmindən öyrənmişdim. Alman ordusu əskərlərinin partizan əskərlərinə "Məgər siz bilmirsinizmi dünəndən şəhərdə iki-iki gəzmək qadağandır” deməyi və xüsusi vəsiqəylə icazələrinin olduğunu göstərmələri mənim üçün çox təəccüblü gəlmişdi. Bir çox həmyaşıdlarım kimi, müstəqil ölkənin vətəndaşı olaraq mənə qəribə gəlmişdi ki, necə ola bilər ki insanlar xüsusi icazəylə çölə çıxa bilər? Ağlıma ancaq müharibə gəlirdi. Fikirləşirdim ki, yəqin ancaq müharibə olsa insanlar işlərini dayandırar, evdən icazəylə çıxa bilər, doğmalarından uzaq qala bilər və s.
Hal-hazırda biz tarix yaşayırıq. Necəki 90-cı illərdə çörək növbəsinə duran valideynlərimizin həyat hekayələrini dinləyirik. Eyni ilə biz də öz övladlarımıza "sərt karantin” rejimi haqqında maraqla danışacayıq. Təbii ki, bu günləri keçmiş xatirə kimi danışmaq üçün bu günlər keçməlidir.
Bəs sərt karantin rejimində nələr yaşadıq?
Bəli, maddi çətinliklərimiz oldu, bir çox insan yaxınlarını itirdi, doğmalarımızdan uzaq qaldıq, işimizdən, bağçamızdan, məktəbimizdən uzaqlaşdıq və s. Təbii ki, hər birimiz sağlamlığımızı qorumaq üçün "sərt karantin” rejiminin şərtlərinə sözsüz əməl eləməyə başladıq və düşündük ki, pis günün ömrü ən çox 40 gün çəkər. Amma düşündüyümüz olmadı və bu insanların psixologiyasına daha pis təsir elədi. Çünki insanlar daha çox gözləntiləri qarşılıqsız qaldıqları zaman travma almış olurlar. Gözləyirlər alınmır, yenə gözləyirlər olmur və sonunda təşviş halı yaşamağa başlayırlar, gərgin olurlar, depressiv vəziyyətə düşür və buna bənzər hallar yaşayırlar.
"Sərt karantin rejimi” davam edir və nə vaxta kimi davam edəcək onu da bilmirik.
Bəs bu rejimə necə öyrəşək?
Təbii ki, düşmənimizi yaxşı tanımaqla işə başlamalıyıq. Eynən Mixaylo kimi kəşviyyatçı olmalıyıq. Covid-19 necə bir virusdu? Hansı hallarda yoluxma artır? Qorunma yolları nədir? və s.
Tibbi məlumatlandırmanı ÜST və Azərbaycan Respubliksanın Səhiyyə Nazirliyi bizə bütün incəlikləri ilə başa salır. Biz deyilənlərə əməl edirik, amma yenə də özümüzü güvənsiz hiss edirik, bizə özümüzü güvəndə hiss etməyimiz üçün qalxan gərəklidir. Bütün xəstəliklər kimi ən güvənli qalxanlardan biri və ya birincisi yüksək və pozitiv əhvaldır. Bu günlərdə də bizim dərmanımız ilk olaraq əhvalımızı yüksək tutmağımızdır. İndi eşidirəm çoxunuz deyirsiniz ki, "pulumuz var ki əhvalımız yüksək olsun?”. Onda icazənizlə mən sizin diaqnozunuzu dəyişirəm. Əgər sağlamlığınız yerindədirsə və Sizə əhvalınızın yüksək olması üçün pul lazımdırsa burda sizin üçün yazımı dayandırıram. Çünki, Siz artıq xəstələnmisiniz və özünüzdə olan viruslardan bu tezliklə qurtula bilməyəcəksiniz.
Hə, harda qalmışdıq? Əhvalımızı yüksək tutmağı bacarmalıyıq. Bunun üçün nə etməliyik:
•Bacardığınız qədər erkən qalxın
•Ailə üzvlərinizin üzünü güldürmək üçün kiçik sürprizlər hazırlayın. Misal üçün: Balkonda səhər yeməyi hazırlayın, ev əhalisini pozitiv musiqi sədaları altında oyadın və s.
•Gündəlik iş bölgüsünü mütləq ailə üzvlərinizlə paylaşın
•Ailədə hər kəsin 1 saatlıq şəxsi saatı olsun. Həmin saatda kim nə istəyir o işlə məşğul olsun
•Ailədə 1 saat ortaq fəaliyyət saatı olsun. Mütləq birlikdə vaxt keçirin, oyunlar oynayın
•Uşaqların təlim saatı olsun
•İcazə ilə də olsa, qısa müddətlik çölə çıxın
•Hər gün qohumlar, ailə dostları və s. yaxın insanlarla görüntülü və ya səsli danışın
•Filmə baxın, rəqs edin, birlikdə yeməklər bişirin və s.
•Uşaqlı ailələr uşaqlar yatdıqdan sonra ən az 1 saat baş-başa vaxt keçirin
Bütün bu fəaliyyətləri etmək üçün bəlkədə əvvəllər işlərin çoxluğundan şikayətlənib məsuliyyətlərimizi boynumuzdan atırdıq. Amma indi "sərt karantin rejimi” bizlərə şikayətləndiyimiz amilləri aradan qaldırıb ağ səhifə verdi.
Hə-hə bilirəm, indi çoxunuz deyirsiniz ki, Anara xanım nə vaxta kimi bunları edəcəyik?
Cavabım: Bilmirəm.
Çünki bu silahsız müharibənin nə vaxta kimi davam edəcəyini heç kim bilmir. Müharibələr illər çəkə bilir. Amma heç bir müharibə bizi ailəmizlə vaxt keçirməkdən bezdirməməlidir. Heç bir müharibə tanımadığımız insanlarla iç-içə dolu restoranlarda oturmaqdan, necə yuyulduğu və bizdən əvvəl kimin istifadə etdiyi qablardan yemək yeməkdən, bizdən əvvəl kimin başını daradığı daraqdan və kimin istifadə etdiyi dodaq boyasından istifadə etməkdən , bizdən əvvəl kimin əyninə geyinib çıxardığı paltarları yenidən geyinib yoxlamadan, özgüvənimizi tətmin etmək üçün günümüzün böyük bir qismini şəkil çəkdirmək üçün sərf etdiyimiz boş vaxtlardan ötəri bizə özümüzü pis hiss etdirməməlidir.
Əgər bütün bu sadaladıqlarım Sizlərə ailə ilə keçirilən vaxtdan daha dəyərlidirsə, əgər evdə övladınızla birlikdə bişirib yediyiniz yemək sizlərə restorandakı yeməklərdən daha dadsız gəlirsə, insanlıq adına "sərt karantin rejimi” davam etsin!
Anara Quliyeva- Klinik psixoloq, "Loqos” un baş uşaq psixoloqu
Xəbər lenti
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”
-
SİYASƏT
ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat