“Cənab Prezident Füzulidə çox ciddi mesajlar verdi” – Elşən Musayev

“Cənab Prezident  Füzulidə çox ciddi mesajlar verdi” – Elşən Musayev
Sentyabrın 27-də, Füzulidə möhtərəm Prezident, cənab İlham Əliyevin söylədiyi nitq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından çox böyük əhəmiyyət  kəsb edir. Bu çıxış həm də strateji yol xəritəsidir. Dövlət başçısı ciddi mesajlar verdi və Azərbaycan dövlətinin planlarını, düşüncələrini bir daha bəyan etdi” –7news.az xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, millət vəkili Elşən Musayev bildirib.

"Cənab Prezident çox doğru vurğuladı ki, biz xoşbəxt nəsilik. Gerçəkdən də belədir. Bu günləri görmək, bu qələbənin sevincini yaşamaq bizlərə nəsib olubsa, həqiqətən həmin xoşbəxtliyin qədrini, qiymətini bilməliyik.

44 günlük müharibədə düşmən məhv oldu, qaçdı, rəzil günə qaldı. Azərbaycanın qəhrəman oğulları Şuşanı işğaldan azad etdikdən sonra Paşinyan anladı ki, məğlubiyyətlə barışmaqdan başqa çarə yoxdur və ona görə də üçtərəfli razılaşmanı imzaladı, uduzduğunu etiraf etdi.

Dünən isə müharibədən düz 2 il keçdi. Həmin 2 ildə dövlətimiz işğaldan azad olunan torpaqlarda böyük quruculuq işləri görüb. Qarabağ yenidən dirçəlir, Qarabağ yenidən rahat nəfəs alır.

Cənab Prezident bu tarixi gündə də müqəddəs Qarabağ torpağında – Füzulidə idi. O, yenə də hər zamankı əzmlə, qürurla bəyan etdi ki, biz hər zaman güclü olacayıq və  əzəli torpaqlarımız günü- gündən dirçələcək.

Bizim gücümüzün isə əsas səbəbi heç şübhəsiz ki, Xalq və Lider arasında olan birlikdir. Həmin birlik bizləri hələ çox və daha böyük qələbələrə aparacaq. Buna hər birimiz əminik”- deyə Partiya sədri fikirlərinə davam edib.

Xəbər lenti