Əhməd Davudoğlu AKP-dən istefa verdi

Əhməd Davudoğlu AKP-dən istefa verdi
Türkiyənin sabiq Baş naziri Əhməd Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) istefa verib.

LOBBİ.Az xəbər verir ki, daha əvvəl partiyadan xaric olunması tələb edilən Davudoğlu mətbuat qarşısında istefasını açıqlayacaq. Mətbuat konfransının bu gün baş tutacağı gözlənilir.

Məlumata görə, sabiq baş nazirin komandasının üzvləri bölgə və əyalət rəhbərlərinə zəng edərək onların dəstəyini istəyib. AKP rəsmiləri bu faktdan sonra Davudoğlunun partiyadan xaric edilməsini gündəmə gətirib.

Qeyd edək ki, son dövrlərdə Prezident Rəcəb Tayyib Ərdoğanı tənqid etməsi ilə gündəmə gələn Ə.Davudoğlunun yeni partiya yaradacağı barədə fikirlər mövcuddur. 

LOBBİ.Az

Xəbər lenti