Əli bəyin Əli müəllimlərlə olan dərdi...– Deputatdan sərt yazı

Əli bəyin Əli müəllimlərlə olan dərdi...– Deputatdan sərt yazı

Təxminən 2000-ci illər idi. Bir gün jurnalist fəaliyyəti ilə məşğul olan çox qatı müxalifətçidən – o, həm də tələbə yoldaşım idi – soruşdum, ən rahat kimin haqqında tənqidi yazı yazmaq mümkündür? Qayıtdı ki, "Rəhbərlik... Üst qanad...”

- Məsələn, nazir, Prezident Aparatında şöbə müdiri və s...

- Niyə?

- Çünki onlar mənim kimi uşaq-muşağa baş qoşmurlar...

Bax, elə indi də yəqin oxşar səbəbdəndir ki, AXCP sədri Əli bəyin, onun özünə oxşayan bəylərin, bəycığazların, zatı qırıq keçmiş səfirin, gülçatayların, ya da bir zamanlar hakimiyyətlə əməkdaşlıq üçün sıyahı göndərib, həmin sıyahıda aylıq puldan "Prado”ya qədər hər şeyi ayırd-ayırd yazan, sonucda isə rədd cavabı alan yalquzaq hüquqşünasın səsi  belə ucadan və rahat gəlir. Sərt ton, hücum, ittiham ritorikası ona  görə növbəlidir - hakimiyyətin, iqtidarın ən dəyərli insanlarına qarşı...

Çünki gözəl bilirlər ki, hüquqi problem olmayacaq. Məhz hüquqi... İndiyə qədər gördünüzmü ki, Əli Əhmədov kimisə məhkəməyə versin? Yox, verməz. Əsla verməz. Məlumdur ki, verməz.

Картинки по запросу əli kərimli
Əli Kərimli

Adam kəsərli sözünü deyir, ən önəmli debatlarda rəqib düşərgənin "özündəndeyənlərini” siyasi nakautla 5 illik komastoz vəziyyətinə salır, yetər də. Vəssalam da. Yoxsa gedib, "Azadlıq”ın göydə gəzənlərinə, "Meydan TV”-nin aşıqlarına, şeypur çalanlarına, sosial şəbəkənin "qlazok”dan baxanlarına bir-bir cavab verəsi deyil ki...

Ya da olsun, Əli Həsənov... Hansısa cüvəllağı siyasətçiyə və ya özünü "xalq aşiqi” adlandıran, əslində isə hamının aşığı (bütün sinonimlər üzərindən) olan birinə baş qoşarmı? Onunla müzakirə, polemika apararmı? Yenə əsla...

Uzağı bir yazı yazar, bənd-bənd, arqumentlərlə, tarixi faktlarla hansısa məsələyə münasibət bildirib, qarşısındakını yerində oturdar, onu zəkası ilə çökdürər və dayanar. Adam tanıyıram, müəllimin sosial şəbəkədəki bütün səhifələrinə sanki "radar” qoşub. Tam səmimi deyirəm. Əli Həsənovun "facebook” statusunu az qala onun özündən əvvəl oxuyur. Sonra da çıxarır, müzakirəyə...

Bütün həyat kredosu Əli Həsənovu güdməkdən, onun həyat və yaradıcılığını izləməkdən ibarətdir. Mövzu üzərindən dissertasiya işi götürsə, çoxdan yekuna varmışdı. Hələ imkanı olsa, gedib Prezident Admnistrasiyasının qarşısında asfalta uzanar, Əli müəllimin ayaqqabısının markasına, rənginə, ölçüsünə baxar, onu da təftiş edər. Bax bu qədər bekardır. Üstəlik, gözəl də bilir ki, özü kimi gədəyə, ixtisası əvəzinə "əkil-bəkil”liklə məşğul olan birinə kimsə və KIMSƏ baş qoşmaz. Hələm-hələm Əli Həsənov...

Amma belə də olmur, axı. Təhqir təhqir dalınca, pafos, xitab, rabitəsiz gicəllənmələr ard-arda... Yiyəsini axtarırsan ki, tapıb söhbət edəsən, alınmır - bicdir. Adı belə, dublikatdır. Siyasi şəcərəsini incələyirsən ki, özündə fikir formalaşdırasan, gedib əsas ideoloquna çıxasan, yenə error – adam hamının "quyruq bulayanı” olub. Hərləyirsən ki, qarşına çıxsın, üzünə tüpürəsən, ağzındakı tüpürcək dilə gəlib deyir ki, etmə-eləmə, hayıfdı, dəyməz. Yaxşı, bəs beləsi ilə neyləyəsən? Eynən iri və sırtıq ağcaqanad obrazıdır: üzündə vursan üzün batacaq, oboy üstündə ilişdirsən divar ləkələnəcək, qovsan o biri otağa keçəcək. Gəl, indi çarə tap, görüm necə tapırsan...

Картинки по запросу Əli Əhmədov
Əli Əhmədov

İqtidar tərəfdə Əli adında kim varsa, ümumən radikal müxalifətin göz dağıdır və səbəbi şəxsən mənə məlum deyil. İnanmırsız  sosial şəbəkələri, müxalif medianı açın və incələyin. Bütün başlıqlar həmin adlara xitab edilir: Əli Həsənov elə getdi, Əli Əhmədov belə gəldi. Əli Hüseynli feşman oldu. Başqa mövzu yoxdur. 

Əsas da bu adlar Əli Kərimlinin agzından düşmür. Keçən dəfə marağa saymışam, AXCP-nin mətbuat xidməti olan (sitat İlqar Məmmədova məxsusdur) Sevinc Osmanqızının verilişində Kərimlinin dilindən düz 237 dəfə Əli adı keçdi. Bilmirəm, məlum təsbit uğursuz Əlinin öz uğurlu adaşlarına qarşı qıcığıdırmı, kompleksidirmi, yoxsa nədir, amma eynən dediyim kimidir. Dildən düşmür ki, düşmür.

Adi bir misal... Demək, iki gün öncə Əli Əhmədov "uşaq pulu" ilə bağlı qısa açıqlama verib. Həmin radikallar Əli müəllimin fikrini kontekstdən çıxarıb, bəzəyib-düzəyib, yönəldiblər manşetlərə... Təbii ki, Kərimlinin birbaşa tapşırığı ilə... "Azadlıq” susmur. "Azad söz” bağırır, "Sancaq” özünü deşik-deşik edib qurtarıb. 

Öz də yeni metod tapıblar. Yazını verib, ardınca belə bir ironik yarımbaşlıq qoyurlar: "Hörmətli, izləyicilər, sizin filan fikrə münasibətiniz necədir?” Yəni, təhqirə varmısınız, yoxmusunuz? Sonra da kənardan trollara "Haydı Kərimlinin dəliləri” əmri verilir və bir baxırsan, nə qədər anasından-atasından küsən varsa, tökülüb ortalığa... İşdimi bu? Müxalifətçilikdirmi bu?

Həmin Əli Əhmədov bir dəfə də adını xatırlamadığım hansısa rayonda görüş zamanı YAP üzvlərinə belə bir müraciətdə bulunmuşdu: "Sosial şəbəkələrdə aktiv olun, dövləti, dövlətçiliyi həm də bu məkanda qoruyun, sözünüzü deyin, mövqeyinizi bildirin”. Və ardınca dərhal "facebook”da "səlib yürüşü” başlandı. Yenə qolçomaq Kərimlinin qıpçaqları lələklərini taxıb, tozanaq qaldırdılar. Arxa ayaqları ilə yer qazıyan təpəgözlər haradansa peydahlandılar. Demə, bəs Əli Əhmədov bunların üzərinə ordu yeridirmiş. Ayrıca, radikal cəbhədə bir nəfər ağıllı, bir nəfər normal düşünən biri tapılmadı ki, çıxıb desin, ay balalar, ay nağılpərəstlər, ay nostaljistlər, partiya yetkilisinin öz silahdaşına ünvanlaya biləcəyi ən məntiqli səslənişdir, bu...

Ortada əlahiddə xüsusat yoxdur. Söhbət dövlətdən, dövlətçilikdən gedir. Əli Əhmədov müraciəti sizin kimi "Soros”a, Qərbdəki, Avropadakı himayədarlara, erməni lobbisinə deyil, öz vətəndaşına, öz həmfikirlərinə edir. Əli Əhmədov "mövqe sərgiləyin" deyərkən Əli Kərimlinin mövqe anlayışını ehmal etmir, AXCP sədrinin "Bir kişi 50 qız adı ilə səhifə açıb, rəqibə hücum eləsin” fəlsəfəsini, ideoloji xəttini nəzərdə tutmur, sətiraltı heç nə söyləmir, demir. Özünüzə əl qatmayın, bəylər!

Картинки по запросу Əli Həsənov
Əli Həsənov

O gün bir yazı vermişəm, mediaya... Kiçik bir yazı... Hörmətli Əli Həsənov da onu sosial şəbəkədə istinadla paylaşıb. Və bir baxdım, müxalifətçi radikallar az qalıblar qurğuşunla özlərini əritsinlər.  Yenə qavallarını əllərinə götürüb gəliblər. Təbii, müəllimin paylaşımı ayrı bir effekt yaradır, yaramazların cızdağını çıxarır, yazıda adı keçənlərin nəfəsini kəsir. Amma və böyük amma... Məlum yazıdan dolayı Əli Kərimli, onun trolları + yuxarıda, ən üst abzasda haqqında danışdığım və ixtisası ilə "əkil-bəkilliyi” səhv salan hülqumşünas niyə yazının əsl müəllifini deyil, məhz Əli Həsənovu  hədəfə aldılar? Bax, bunu anlamadım...

Yoxsa, ayıb bir işdir, bir millət vəkilinin yazısını paylaşmaq? Əli Kərimli, sualım sırf şəxsinə ünvanlanıb: Sən Arif kimi sauna aşiqinin, satqının, bir mandata görə mövqe dəyişən gülçatayların, zamanında nəfsi ilə mübarizədə aciz qalan, parlamentə gəlmək üçün partiyasının qərarını heçə sayan, bir xanım - Lalə Şövkət qədər belə, ola bilməyən və nəhayət, öz lideri Kərimliyə, yəni sənə dirsək göstərən Cəmilin yazılarını paylaşanda ayıb olmur, ölkənin sayılıb-seçilən məmuru bir deputatın yazısını paylaşanda ayıb, qəbahət olur? Niyə bu qədər bəsitsiniz, niyə bu qədər bəsirətsizsiniz? Sözünüz varsa, üzümə deyin. 50 dəfə dəvət göndərmişəm - cəsarətiniz varsa, canlı yayına çıxıb, xalqın qarşısında müzakirə aparaq. Kininiz, nifrətiniz varsa, açıq ifadə edin. Amma köstəbək kimi gizlənməyin, oğrun-oğrun atmaca atmayın, mənim yazım üzərindən kiminləsə olan siyasi qıcığın haqq-hesabını çəkməyin!   

Ayrıca, olanı söyləmişəm mən. Oxumayanlar da agah olsun. Demişəm ki, "Azadlıq”da korrektədən redaktəyə qədər hər işlə məşğul olan yeganə işçi Əli Kərimlidir və əgər, bu media orqanında "Əli Kərimli iqtidara qarşı amansız davrandı”, "Əli Kərimlidən iqtidara möhtəşəm dərs” və s. bənzər başlıqlı yazılar tirajlanırsa, artıq həkimə müraciət etmək lazımdır. Çünki, anormal təzahüratdır. Adam özü-özünə bu qədər vurğun olmaz, adam özü-özünü bu qədər şitliklə tərifləməz, adam öz yazısına belə başlıqlar qoymaz.

Hə, bir də "sauna aşiqi” Arifin "Hamı Əli Kərimlinin ətrafında birləşsin” mesajına qısa bir cavab vermişdim ki, hələ üzə çıxan variantınız  Qənimətdir, Gülçataydır, ay Arif, sənin özün kimi günəmuzdlardır. Yəni ortadakıların üçdə ikisi bizim heç "ikinci əl” satışa belə, buraxmadıqlarımız, havayı verdiklərimizdir. Sizlərin yanında naftalin iyi vermək üçünmü Əli Kərimlinin yanında olaq? 

Əli Həsənov bu sətirləri ha paylaşdı, ha paylaşmadı – gerçəklik dəyişirmi?

Hərçənd hardasa anlayıram. Daha doğrusu, bir illah edib, anlamağa çalışıram. Nədə olmasa, Əli Kərimlinin öz adaşları qarşısında düz 26 illik bir məğlubiyyəti var.

Estafet isə davam edir. Güman ki, uzun illər də davam edəcək. 26 il aşağıdan yuxarı baxmaq  gerçəkdən ağır məsələdir, başgicəlləndirən, beyin aparan haldır, hətta deyərdim, qəbirin belə, düzəldə bilməyəcəyi qozbelliyin (tibb dilində "kifoz”un) yaranma səbəbidir. Kim olsa, bu günə qalar.

Əli Kərimlinin gününə....

Elşən Musayev,
Milli Məclisin deputatı

Elşən Musayev millət vəkili ile ilgili görsel sonucu

Xəbər lenti