Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB + FOTO/VİDEO

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB + FOTO/VİDEO

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

 

00:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldəki NATO sammiti və ikitərəfli görüşlərinin ardından "TC-TUR” təyyarəsilə Azərbaycana yola düşüb.

Bu barədə "Haber Global” məlumat yayıb.

Məlumata əsasən, dövlət başçısını onun həyat yoldaşı Əminə Ərdoğan, müdafiə naziri Hulusi Akar, Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun, həmçinin Administrasiyanın sözcüsü İbrahim Kalın, "Ədalət və İnkişaf Partiyası”nın sözcüsü Ömər Çəlik, habelə partiyanın Rizə millət vəkili və NATO Parlament Assambleyası Türk Qrupunun rəhbəri Osman Aşkın Bak müşayiət edir.

Xəbər lenti