Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi (FOTO)

Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələdi (FOTO)
Ermənistan parlamentinin əməkdaşı Lilit Gozalyan Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, deputat Tural Gəncəliyevi ölümlə hədələyib.

7NEWS.az-ın məlumatına görə, Tural Gəncəliyev öz "Twitter" hesabında paylaşım edərək etnik mənşəyindən asılı olmayaraq hər kəsə yaxşı xidmət etmək üçün Xankəndi şəhərində yeni ofis binası üçün mümkün yerləri nəzərdən keçirdiyini yazmışdı.

Onun bu elanına Ermənistan parlamentinin mütəxəssisi L.Gozalyan "Biz həbsxanada sənin başını kəsəcəyik”, - rəyini verib.

Millət vəkili bildirib ki, Ermənistanın nifrət danışığına son qoymaq öhdəliyi var: "Ermənistanın uzun illərdir yaratdığı Azərbaycanofobia və etnik nifrətin bariz nümunəsi olan davranışa görə Lilit Gozalyanın tutduğu vəzifəsindən ən qısa müddətdə kənarlaşdırılması labüddür”.

Xəbər lenti