Fransalı ekspert: "Paşinyanın Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir"

Fransalı ekspert:
"Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa ziddir".

Bu fikirləri "Report"un Fransa bürosuna Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib. 

"Məsələnin hüquqi tərəfinə gəldikdə, bu səfər sözsüz ki, beynəlxalq hüquqa ziddir. Dağlıq Qarabağ işğal olunmuş ərazidir. Bunu artıq hamı bilir", - ekspert deyib.

"Paşinyan Azərbaycan Prezidenti ilə danışıqlar zamanı qaldırılan məsələlərin reallaşdırılması üçün öz qətiyyətini sözdə deyil, əməldə göstərməlidir. Bunun üçün də o, Dağlıq Qarabağdakı separatçılara təsir göstərməlidir", - Emmanuel Dupuy bildirib.
 
 
LOBBİ.Az

Xəbər lenti