İlham Əliyevdən Kəlbəcərlə bağlı sərəncam: 24,5 milyon manat ayrıldı

İlham Əliyevdən Kəlbəcərlə bağlı sərəncam: 24,5 milyon manat ayrıldı
Prezident İlham Əliyev Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin elektrik enerjisi ilə təchizatı haqqında sərəncam imzalayıb. 


Sərəncama əsasən, Kəlbəcər rayonu ərazisində dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinin etibarlı və dayanıqlı elektrik enerjisi ilə təchizatı məqsədilə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinə 24 500 000 manat ayrılıb.

Xəbər lenti