“İmkanlar Sənə Doğru!” devizialtında “Səyyar Gənclər Xidməti” layihəsinə start verildi

“İmkanlar Sənə Doğru!” devizialtında “Səyyar Gənclər Xidməti” layihəsinə start verildi
Səyyar Gənclər Xidməti ucqar kənd gəncləri ilə25 iyul tarixində Quba rayonunun Üçgün kəndində "İmkanlar Sənə Doğru!” devizialtında "Səyyar Gənclər Xidməti” layihəsinə start verildi. Layihənin məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyiilə   həyata   keçirilən   dövlət   gənclər   siyasətinin   gənclər   üçün   yaratdığı   imkan   vəxidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı vədigər  sahələrdə həyata  keçirilən proqramların  kəndlərdə yaşayan  gənclər üçünəlçatanlığının daha da artırılmasıdır. Bu məqsədlə müxtəlif dövlət qurumları və özəltəşkilatlar tərəfindən gənclərə təqdimatlar keçirilib, gənclərin proqramlara yerindəcə cəlbolunması təmin edilib.Həmçinin,   layihənin   əsasında   gənclərin   dövlətçilik   və   vətənpərvərlik   ruhundayetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtların səmərəlitəşkili,  onların bilik,  bacarıqlarının  və  dünyagörüşünün  genişləndirilməsi  dayanır. Buxüsusda,  gənclərin  maraqlarını  əhatə edəcək  müxtəlif  mövzular   üzrə   təlimlər,   şəxsiinkişafla bağlı  sessiyalar,  könüllülük, ixtisas seçimi,  əsas  həyat bacarıqları  və  digərmövzularda açıq hava şəraitində təlimlər keçirilib. Bununla  yanaşı,   layihədə   nəzərdə   tutulmuş   əyləncə   proqramları   çərçivəsindəgənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilir, həmçinin tanınmışinsanlarla, o cümlədən uğurlu iş adamları ilə görüşlər keçirilir. Açılış   tədbirində   Azərbaycan   Respublikası   Gənclər   Fondu,   Quba   rayon   icrahakimiyyəti, Kiçik və Orta Biznesin   İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi vəDayanıqlı   İnkişaf   Agentliyinin   rəhbər  şəxsləri   gənclərlə   görüşərək,   dövlət  başçısınıngənclərə qayğısı və bu xüsusda, təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumatverdilər. Tədbir  zamanı   Ali  Baş   Komandan  İlham   Əliyevin  rəhbərliyi  altında  şanlıordumuzun  qazandığı   tarixi   zəfər   və   bu   qələbənin   yaratdığı   yeni   reallıqlar   fonundagənclərin üzərinə düşən vəzifələr qeyd olundu."Səyyar Gənclər Xidməti” növbəti 4 ay ərzində respublikanın 39 rayonunun 100-əyaxın kəndini əhatə edəcəkdir. Layihə Azərbaycan  Respublikasının Gənclər  Fondu, "Gənc Könüllülər”  İctimaiBirliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. İmkanlar gənclərə doğru gəlir!

Xəbər lenti