İşğalçı bayrağın endiyi tarix... - ORXAN ƏLİXANLI YAZIR

İşğalçı bayrağın endiyi tarix... - ORXAN ƏLİXANLI YAZIR

Təqvimdə bu gün əlamətdar, 70 ilə qədər baş üstündə dalğalanan işğalçı, terror, imperialist siyasəti yürüdən Sovet Sosialist Respublikaları "İttifaqının” bayrağının endiyi gündür.

Tarixə diqqət yetirsək, görə bilərik ki, hər zaman Azərbaycan xalqı ilklərlə dünya tarixində öz yerini bildirmişdi. İstər siyasi istərsə də, incəsənət, elm və s sahələrdə müxtəlif böyük addımlar atılmışdır. Tarix: XX əsrin əvvəli Çar hökümətinin istər siyasi istərsə də, iqtisadi cəhətdən çətin zamanları. Artıq Avropada Osmanlı, Çar Rusiyası əleyhinə iqtisadi oyunlar qurulub, siyasi cəhətdən isə imperiyalar toz-duman içindədirlər. Bu dönəmdə Rusiya və işğal olunmuş ərazilərdə müxtəlif siyasi qruplar, təşkilatlar, partiyalar yaradılmışdı. Həmin dövrdə Azərbaycan ərazisində yaradılmış ilk siyasi təşkilat "Müsəlman Gənclik təşkilatı”-dır (1903-cü il). Təşkilatın əsas məqsədi müstəmləkə əsarətinə qarşı milli mübarizə aparmaqdan ibarətdir.Daha sonra 1904-cu ildə "Hümmət” partiyası yaradıldı. Partiya yaradılarkən əsas siyasi xətt həmin dövrdə azərbaycanlı fəhlələr içərisində siyasi iş aparmaqdan ibarət idi. Bu yolda da müəyyən işlər görüldü ki, "Hümmət”, "Təkamül”, "Yoldaş” kimi qəzetlər nəşr edilmişdi. Daha sonra fəaliyyətində bolşeviklərin təsirinə altına düşüb, "Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının” (RSDF) məqsədlərinə xidmət etmişdir. Bu baxımdan bir çox mütəfəkkirlər partiyadan uzaqlaşdılar. Şimali Azərbaycanda yaradılmış ilk siyasi partiya isə 1905-ci ildə yaradılmış "Qeyrət” partiyasıdır ki, tələblərində ilk dəfə Çar Rusiyasının tərkibində Azərbaycana muxtariyyət statusu verilməsi kimi təkliflər irəli sürülmüşdü. Qeyd edilən təşkilatlara nəzər yetirsək görə bilərik ki, hər üç təşkilat yalnız siyasi fəaliyyətlə məşğul olmuş, ideoloji iş aparmışdılar. Baxmayaraq ki, siyasi təşkilatlar, mətbu orqanları yaradılırdı amma daşnak-erməni terror təşkilatının yürütdüyü qırğın siyasəti daha da güclənib, geniş vüsət almışdır. Elə həmin dövrlərdə "Difai”(1906), "Müdafiə”(1907), "İttifaq” (1907) kimi təşkilatlar bu cür terror hadisələrinin qarşısını almaq üçün yaradılmışdı ki, həmin təşkilatlanma sayəsində daha çox miqdarda qırğınların qarşısı alındı və ideoloji və siyasi işlərə davam etdirildi. 1911-ci ildə yaradılan "Müsavat” partiyasının mətbu orqanı olan "Açıq söz” qəzetində daha sonralar 1918-ci ildə qurulacaq Azərbaycan Xalq Cümhuriyyətinin ideoloji əsaslarını əks etdirən məqalələr çap olunurdu. Beləliklə ümumilikdə 10-15 illik tarixdə yaradılan siyasi partiyalar, təşkilatlar sayəsində ən böyük nəailiyyət Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhürriyəti yaradıldı, demokratik siyasi mühit formalaşdı, daşnak-bolşevik terrorunun qarşısı müvəqqəti olaraq alındı. Belə bir demokratik mühit 1920-ci il 28 aprel tarixindən sonra ləğv olundu. İlk əvəllər idarəedici və qanunverici orqan kimi "Müvəqqəti İnqilab Komitəsi” (MİK) daha sonra onun yerinə "Azərbaycan Xalq Komissarları Soveti” (XKS) yaradıldı ki, hakimiyyət Komnist Partiyasının, Mərkəzi komitəsinin əlində cəmləşdi. Kommunizm deyəndə ilk növbədə Marks, Enegls yada düşür,kökü qərbdən gələn cərəyan, XX əsrin əvvəllərində Rusiya ərazisində 1903-cü ildə 2-ci qurulatay əsasında yaranan "Rusiya Sosial-Demokrat Fəhlə Partiyası” (RSDFP) kimi formalaşmışdı. İlk dönəmlərdə çar 2-ci Nikolayın təqiblərinə məruz qalsalar da, daha da gücləndilər. 1-ci Dünya müharibəsinin ən böyük nəticəsi kimi dünya geosiyasətində 4 imperiyanın (Osmanlı, Çar-Rusiyası, Avstriya-Macarıstan, Almaniya) süquqtunu bildirmək olar. Həm Rusiya ərazisində həm də işğal olunmuş ərazilərdə Çar hökümətinə qarşı narazılıqlar artmışdı. Həmin dövrdə Sosial-Demokrat Fəhlə partiyasının tərəfdarları və onlarla birgə hərəkət edənlərin sayı artmaqda idi. Sonuncu Rus çarı 2-ci Nikolayın taxtdan salınmasından sonra Bolşeviklər (1912-ci ildə RSDFP-nin qurultayından sonra partiya tərəfdaralrı iki yerə bölündü) hakimiyyəti əla alıb, yeni imperiyanın əsasını qoydular. Sosialistlər (1952-ci ildə ad dəyişilərək Sovet Sosialist Kommunist Partiyası) kimi fəaliyyət göstərən terror cərayanı 28 aprel 1918-ci ildən söz, vicdan azadlığını ləğv etdi, 1937-ci ildə represiylar nəticəsində yüzlərlə savadlı elm,mədəniyyət, ədəbiyyat nümayəndələrini, alimləri, jurnalistləri sürgünlərdə edam etdilər. Beləliklə Azərbaycan cəmiyyətinə böyük zərbə vurdular. Kommunist partiyasının fəaliyyətini araşdırmaq üçün SSRİ rəhbərlərinin fəaliyyətlərini ayrı-ayrılıqda nəzər yetirsək, Azərbaycan xalqına vurduqları hər cür ziyanı görə bilərik.

Vladimir İliç Ulyanov (ləqəbi-Lenin, 1922-1924) Çar-Rusiyasına qarşı inqilabların əsas fiqurlarından sayılır, işğalçılıq siyasəti Azərbaycandanda yan keçmədi. 1922-ci ildə işğal etdiyi ərazilərdə yeni idarə etmə modeli olan "Sovet Sosialist Respublikaları İttifaqı”-nı yaratdı. Qeyd olunan imperializm siyasəti ilk rəhbəri ,idealisti məhz Lenin olub. Onun dövründə əsasən yenidınqurma işləri görüldü ki, onlardan ən böyüyü "hərbi kommunizm” siyasətindən yeni iqtisadi siyasətə keçid olmuşdur. 1924-cü ildə sui qəsd nəticəsində öldürüldü.

İosif Vissarionoviç Stalin(1924-1953) SSRİ-nin ikinci rəhbəri, 2-ci Dünya Müharibəsinin general simusu 30 ilə qədər avtoritar rejim, idarəçiliyi ilə hər zaman qorxu, təhlükə, təhdid xofu yaratmış kommunistçidir. Stalinin imperiyanı idarə etdiyi ilk dövrlərdə məntiqsiz siyasəti nəticəsində bütün işğal olunmuş ərazilərdə 1933-1934-cü illərdə kütləvi aclıq baş vermişdir. Ümumilikdə 2-ci dünya müharibəsi başlayana kimi mindən çox üsyanlar baş vermişdir. Azərbaycanda müxtəlif illərdə cəmi olaraqyüz minə yaxın insan Stalin tərəfindən başladılmış represiya qurbanı olmuşdur. 1943-cü ildə ikinci cəbhənin açılışı və əsasda Amerika Birləşmiş Ştatlarının dəstəyi ilə müharibədən qalib çıxan SSRİ dünyada hökm sürən soyuq müharibə dövründə iqtisadiyyatını, hərbisini və eləcə də siyasi arenadakı mövqeyini bir neçə dəfə gücləndirmişdi. Stalin 1953-cü ildə vəfat etmişdir.

Nikita Serqeyeviç Xruşşov(1953-1964) hakimiyyəti ələ aldıqdan sonra ilk növbədə idarəetmədə müxtəlif dəyişikliklər etdi, Stalinə rəğbəti yığışdırdı, iqtisadiyyatın artımına böyük əmək sərf etdi ən nəhayət bir çox represiya qurbanlarına ölümlərindən sonra olsa da belə bəraət verdi.

Leonid İliç Brejnev (1964-1982) 18 il rəhbərliyi dövründə SSRİ –ni istər iqtisadi istərsə də, siyasi cəhətdən dünyanın ən böyük gücünə çevirmişdi. Onun hakimiyyəti dövründə bir çox dünya əhəmiyyətli işlər görülmüşdü ki, bunlarda ən böyüyü "Boşalma” hərakatı olub. Qeyd olunan hərəkata görə ABŞ ilə qarşılıqlı razılaşma əsasında artıq müəyyən qədər silahların azadılmaısna başlanıldı, 1974-cü ildə Helsinki aktına görə Avropada sərhədlər, ölkələrin suverenliyinə hörmət olaraq gücdən istifadə olunanmamaq haqqında razılaşma əldə olundu. Nəticədə iqtisadi əlaqələr qurulmağa başlanıldı. 1979-cu il Əfqanıstan müharibnəsinə qədər adı çəkilən hərəkat davam etdi və müharibədə rəsmi məlumatlara görə Sovet İttifaqıdan on beş min, Əfqanıstan tərəfindən isə təkcə bir milyona yaxın insan qurban oldu. Əfqanıstan iqtisadiyyatı hal-hazırda belə çökmüş vəziyyətdədir.

Yuri Vladimiroviç Andropov(1982-1984) əsasən çekist kimi xatırlanır. Onun siyasi büroda fəaliyyəti antisovet və dissident hərakatlarına qarşı mübarizə kimi xarakterizə ounur. SSRİ rəhəbəri kimi bir çox işlər görmüşdü ki, bunlardan antikorrupsiya, işsizlik ilə aparılan bir çox kompaniyaları misal göstərmək olar. On beş aylıq qısa hakimiyyəti dövründə xarici siyasətdə elədə xüsusi işlər görməmişdir.

Konstantin Ustinoviç Çernenko(1984-1985) 72 yaşında hakimiyyətə gələrkən artıq xəstə və hakmiyyəti idarə edəcəyi halda deyildi. Andropov tərəfində başlanılan islahatlar davam etdirildi hətta islahatların təsir gücü və sayı artırıldı. Sovet İttifaqı daha zəifləmişdi və başlanılan hansısa iqtisadi islahatlar öz nəticəsini vermirdi. Artıq SSRİ-nin süqutunun qısa zamanda qaçılmaz olduğu hər kəs tərəfindən anlaşılırdı.

Mixail Sergeyeviç Qorbaçov(1958-1991) fəaliyyətə başladığı illərdə müxtəlif kompaniyalara başlasa da, heç biri uğurlu alınmadı. Qorbaçovun müasir Azərbaycan tarixində mənfi mənada xüsusi rolu var. "20 Yanvar” hadisələrinin təşkilatçısı, Dağlıq Qarabağda erməni qruplaşmalarına göstərdiyi köməklə anti azərbaycan siyasəti yeritmişdir. Ümumilikdə qeyri konstruktiv siyasəti ilə seçilən Qorboçov SSRİ-ni süqut etdirmiş bir şəxs kimi adını tarixə yazdı.

Adları qeyd olunan şəxslərin hər biri üzdə partiya ama real olaraq imperializm siyasətini yerinə yetirərək Azərbaycan tarixində iz buraxdılar. Yazımın ilk cümləsində əlamətdar sözünü, işğalçılıq siyasəti həyata keçirib, milli azadlıq hissini müvəqqəti boğan, anormal siyasi və iqtisadi islahatlar aparan, mənasi bilinməyən ideologiya ilə xalqlara terror yaşadan Kommunist Partiyasının əsasında yaranan SSRİ-nin bayrağı 26 dekabr 1991-ci ildə Kremlin üstündən bir daha qalxmamaq şərti ilə endi. Amma həmin dövrdən öncə Ümumillilider Heydər Əliyevin rəhbərliyi il 1990-cu il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə üçrəngli bayraq Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilməklə yenidən ilk hüquqi status verilmiş oldu. Baxmayaraqki bu hadisə düz 1 il qabaq baş verib, bu o deməkdir ki, Azərbaycan xalqının milli şüuru, özünü dərketmə qabiliyyəti, tarixi dövlətçilik ən-ənələrinə sadiqliyi, milli kimliyi hələ ölməmişdir. Naxçıvan Muxtar Respublikaısndan başlayan bu hərəkat keçmiş SSRİ məkanında bir ilk idi və məhz digər xalqların belə müstəqilliyə gedən yolda aparıcı, ön mövqe daşıdı. 1992-ci ilə Ulu öndərin rəhbərliyi ilə yaradılan "Yeni Azərbaycan Partiyası” 11 aylıq müxalifət düşərgəsindən xalqın təkidi və istəyi üzrə iqtidara gəlmiş, gərgin və çətin dövrdə aparılan islahatlar, çoxlu əməklər sayəsində respublikamız dövlətçilik tarixmizdə əldə görülməyən nəticələr əldə etmişdir. Yeni Azərbaycan partiyasının ümumi müddəalarında qeyd edilib ki, "Yeni Azərbaycan Partiyası (YAP) Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində özünün nizamnaməsi və proqramı əsasında-Azərbaycanda hüquqi dövlət, sivil vətəndaş cəmiyyəti, sabit-sosial yönümlü iqtisadiyyat, azərbaycançılığı ehtiva edən millik birlik yaratmaq məqsədilə birgə fəaliyyət göstərən vətəndaşların birləşdiyi parlament tipli siyasi partiyadır.” Müddəalarda qeyd olunanlar əsasında istər Ümumillilider Heydər Əliyevin, istərsə də, cənab prezident İlham Əliyevin rəhbərliyi dövründə dövlətimiz "Əsrin Müqaviləsi”, "Bakı-Tiblisi-Ceyhan”, "Tanap” kimi beynəlxalq enerji layihələrin rəhbəri, regionda olan bütün böyük layihərəin həm rəhbəri həm də üzvü, iqtisadi cəhətdən regionun ölkələrinin birincisi, siyasi sabitlik cəhətdən keçmiş SSRİ ölkələri arasında lider mövqe tutmaq və s kimi böyük işlər görülmüşdü. Daxildə olan siyasi sabitlik həm dövlətin xalqa xidmətini, həm də demokratiyanın təcəssümüdür.

Nə Lenin hakimiyyəti, nə Stalin hakimiyyəti, nə də hər hansı bir bolşevik və kommunistçi, dövlətçilik, müstəqillik, demokratiya, ruhunu azərbaycan xalqının qəlbindən, beynindən silə bilmədi və bilməyəcəkdə...

Xəbər lenti