Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
21 İyun 2022, 11:26
21 İyun
2022
11:26
615
Bu günlərdə Laçın şəhərinin mərkəzindən paylaşılan video Azərbaycan cəmiyyətində böyük həyəcan doğurdu. Buna reaksiyalar birmənalı idi: insanlarımız Laçının rayon mərkəzinin hələ də sülhməramlıların nəzarətində olması ilə barışmır, bunu heç cür qəbullana bilmir.
Ermənilər isə deyirlər ki, baş nazir Nikol Paşinyan iyulun 1-də Laçını Azərbaycana təhvil verməyi planlaşdırır. Əslində burada yenilik yoxdur. Çəkiləcək alternativ yol bunu şərtləndirir. 2020-ci ilin 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladıqları məlum razılaşmaya görə, Laçın dəhlizinə alternativ olan yol 3 il ərzində yekunlaşmalı idi. Alternativ dəhlizin keçdiyi Laçın şəhərinin mərkəzi də Azərbaycanın nəzarətinə qayıtmalı idi. Azərbaycan dövləti bu məsələni ilyarıma yekunlaşdırmağı hədəfləyib...
Elşən Musayev: "Yaxın müddətdə xoş xəbərlər eşidəcəyik”
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev çox ümidli danışdı: "Laçın bizim üçün əziz məkandır, Laçın Qarabağın ən gözəl güşələrindəndir və heç şübhəsiz ki, rayon mərkəzinin də sülhməramlıların deyil, tamamən Azərbaycanın nəzarətində olacağı gün uzaqda deyil. Zatən gedişatla bağlı çox ciddi bir hərəkətlilik var və əsas da bu səbəbə görə düşünürəm ki, hər birimizin arzusu tezliklə reallaşacaq. 2020-ci ilin 10 noyabr tarixində Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzaladıqları məlum razılaşmaya görə də Laçın dəhlizinə alternativ yolun çəkilişi üçün 3 illik müddət qoyulub. Amma nəzərə alın ki, bu müddət maksimum müddətdir, ən son limitdir. Yəni müddətin qısalması mümkündür və tam realdır. Elə proses, danışıqlar da həmin istiqamətdə gedir. Azərbaycan hakimiyyəti əlindən gələni edir ki, razılaşmadakı bənd - hansı ki, Laçın rayonunun mərkəzinə girişimizi təmin edəcək - 3 ilin tamamına qalmasın, tez həyata keçsin. Biz həqiqətən o günü böyük səbrsizlikllə gözləyirik.
Amma ermənilər elə danışırlar, özlərini elə aparırlar ki, sanki Laçının mərkəzi bunlarda qalmalı imiş, amma indi qalmır. Xeyr! Laçın Azərbaycanın əzəli torpağıdır və rayonun mərkəzi də, ətrafı da, kəndləri də, dəhlizi də daxil bütöv şəkildə Azərbaycanındır. Sadəcə, alternativ dəhlizlə əlaqədar məsələ bir qədər müddət tələb etdi. Vəssalam. Yəni ortada başqa sual, başqa problem, başqa müzakirə olunası predmet yoxdur.
Ümid edirəm ki, lap yaxın müddətdə xoş xəbərlər eşidəcəyik və Şuşaya, Ağdama, Zəngilana etdiyimiz səfərlərin eynisini əziz Laçınımızın rayon mərkəzinə də edəcəyik".
Azər Badamov: "Üçtərəfli bəyanatda xalqımızın maraqları tam şəkildə öz əksini tapıb”
YAP-çı Azər Badamov "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, üçtərəfli bəyanatın müəyyən bəndləri mərhələli şəkildə icra olunur: "10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatda xalqımızın maraqları tam şəkildə öz əksini tapıb. Bu, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini döyüş meydanından siyasi müstəviyə keçirilməsi idi. Təbii ki, Ermənistan məğlub tərəf olaraq bütün tələblərimizi qəbul edib. Məhz 10 noyabrdan sonra üç rayonumuzu bir güllə atmadan azad etməyimiz bunun göstəricisidir. Üçtərəfli bəyanatın müəyyən bəndləri mərhələli şəkildə icra olunur. Bəyanatın 6-cı bəndində qeyd olunur ki, Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə, Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 kilometr enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Qarabağ erməniləri ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
Bəyanatın bu bəndinə görə üç il ərzində sülhməramlılar Laçın şəhərinin ərazisindən çıxarılaraq alternativ yolda yerləşəcəklər. Alternativ yolu Azərbaycan çəkib başa çatırmaq üzrədir. Ona görə də Laçın şəhərində işğal dövründə süni şəkildə məskunlaşdırılmış ermənilər oradan çıxarılacaqları ilə bağlı təşviş içindədirlər. Bugünlərdə Laçın şəhərini mərkəzindən çəkilən videoda həyəcan doğuracaq məqamlara bir əsas olmadığını hesab edirəm. Çünki Laçın dəhlizinə alternativ yol çəkilib başa çatdırılan kimi sülhməramlılar o əraziyə yerini dəyişəcək və Laçın şəhəri tam şəkildə nəzarətimizə keçəcək. Laçında məskunlaşmış ermənilər də sülhməramlıların yerdəyişməsi ilə paralel olaraq rədd olub gedəcəklər. Hər bir işin görülməsinin zamanı var. Xalqımız bu məsələlərə, sadəcə, səbirlə yanaşmalıdır".
Akif Nağı: "Gücümüzü düşmənə və onun arxasında dayananlara göstərdik, indi yerdə qalan məsələləri siyasətlə həll etməliyik”
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı alternativ yolun istifadəyə verilməsindən çox şeyin asılı olduğunu söylədi: "Bu kadrlar hər kəsə təsir etdi, bu qədər yaxın və doğma, amma hələ də əlimiz istədiyimiz kimi çatmır. Buradan emosiyasız ötüşmək mümkün deyil. Haqlı suallar ortaya çıxır: niyə bu qədər gözləməliyik, niyə orada kimlərsə ağalıq etməli, biz kənardan baxmalıyıq? Amma bir reallıq da var, onunla hesablaşmaq zorundayıq. Rusiyanın niyyətlərini bilirik, həmin ərazilərdə mümkün qədər çox qalmağa çalışırlar. Azərbaycan isə bu məsələnin həllinə maksimum səy göstərir. Laçın dəhlizinə alternatıv yolun daha tez istifadəyə verilməsinə çalışır. Azərbaycanın bu ”tələskənliyi" Rusiyanın və ermənilərin planına daxil deyil, amma bizimkilər də işlərindən qalmırlar. Alternativ yolun istifadəyə verilməsi Laçın şəhərinin bizim nəzarətimizə keçməsini sürətləndirəcək. Əlbəttə, biz proseslərin daha tez getməsini istəyirik, amma bəzi nüansları da nəzərə almalıyıq. Gücümüzü düşmənə və onun arxasında dayananlara göstərdik, indi yerdə qalan məsələləri siyasətlə həll etməliyik. Siyasət isə "mümkün olanı həyata keçirmək sənətidir”. Bu məşhur kəlamı nəzərimizdə saxlayaq, amma gec faktorunu da yaddan çıxarmayaq".
Xəbər lenti
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT
Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
SİYASƏT
Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
SİYASƏT
Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
SİYASƏT
"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
SİYASƏT
4 fəsil dəniz mövsümü olan şimal adası
-
SİYASƏT
“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
SİYASƏT
Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
SİYASƏT
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir