Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” üçün peşəkar inkişaf təlimlərinə başlayıb

Medianın İnkişafı Agentliyi “MEDİA könüllüləri” üçün peşəkar inkişaf təlimlərinə başlayıb
Sentyabrın 16-da Lütfi Zadə Texnologiya Mərkəzində Medianın İnkişafı Agentliyi "MEDİA könüllüləri” üçün peşəkar inkişaf təlimlərinə başlayıb.


Təlimin açılışında Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri şöbəsinin müdiri Ləman İsgəndərova və Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyeva mütəxəssislər tərəfindən keçiriləcək silsilə təlimlərin könüllülərin nəzəri və praktiki bacarıqlarını artırmaq istiqamətində əvəzsiz rol oynayacağını vurğulayıb, könüllülərə uğurlar arzulayıblar.

Sonra təlimin qonağı tanınmış teleaparıcı Nərgiz Cəlilova "Televiziya aparıcılığının əsasları” mövzusunda təcrübəsini könüllülərlə bölüşüb.

Təlim çərçivəsində Nərgiz Cəlilova könüllülərə televiziya jurnalistikasının əsasları, nitq və efir mədəniyyəti, bu sahədə beynəlxalq təcrübə və şəxsi təcrübəsindən maraqlı məqamlar barədə məlumat verib.

Təlim interaktiv şəkildə və qarşılıqlı fikir mübadiləsi əsasında aparılıb, könüllülərin ünvanladığı suallar təlimçi tərəfindən cavablandırılıb./azertag
 

Xəbər lenti