Mingəçevir İcra başçısı şəhid və qazi ailələrini ziyarət etdi

Mingəçevir İcra başçısı şəhid və qazi ailələrini ziyarət etdi
Şəhidlərin ildönümü ərəfəsində Mingəçevir şəhər rəhbərliyinin şəhid ailələrini ziyarəti davam edir. Növbəti belə ziyarət oktyabrın 9-da baş tutdu. İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu ziyarət zamanı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və digər rəsmi şəxslər müşayət edirdilər. 

Ziyarətlərdə əsas məqsəd ildönüm ərəfəsində şəhid ailələrini yad etmək, dərdlərinə şərik olmaq, onları narahat edən problemlərinin həllini təmin etmək və mənəvi dəstək göstərməkdir. 
Qeyd edək ki, hər bir ziyarət olunan ailəyə İcra Hakimiyyəti adından ərzaq sovqatları təqdim olundu. 
Şəhid Qəhrəman Nəsirovun ailəsini ziyarət etməmişdən öncə İcra başçısı şəhidin ruhuna hörmət əlaməti olaraq şəhid bulağına baş çəkdi. Onun böyüyüb boya başa çatdığı mənzilin kəndarında qonaqları şəhidin atası Fərman Qəhrəmanov qarşıladı, şəhid anası tələsik çay süfrəsi açdı. Şəhidin ailə üzvləri bir ağızdan dövlətin diqqət və qayğısından razılıqlarını dilə gətirdilər, İcra başçısına onlara baş çəkdiyinə görə minnətdarlıqlarını söylədilər. İlham İsmayılov prezident İlham Əliyevin dəfələrlə öz çıxışlarında qələbənin əsil səbəbkarlarının torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş igid oğullarımızın olduğunu vurğulamasını bir daha xatırlatdı və əlavə etdi ki, "Qəhrəman da belə igidlərdən biri idi və onun adı daim qəlbimizdə yaşayacaq, xalqımız heç bir zaman öz qəhrəmanlarını unutmayacaq.”
Şəhid atası Fərman Nəsirov heç bir problem və çatışmazlıqlarının olmadığını, işsizlikdən əziyyət çəkdiklərini ancaq özünüməşğulluq proqramına qoşulmaqla bu məsələnin də öz həllini tapdığını diqqətə çatdırdı. Binada dezinfeksiya işlərinin aparılması xahişinə cavab olaraq isə,  İcra başçısı dərhal bununla bağlı əlaqədar təşkilatların rəhbərlərinə yerindəcə müvafiq tapşırıq verdi.
Şəhid Əli Rzayevin anası Kamilə Razayevanı ziyarət edən İcra başçısı onun oğlunun bir qəhrəmanlıq dastanı yazdığını və öz el-obasının qürur mənbəyi olduğunu söylədi. Şəhid ailələrinin evlə təmin olunması ilə bağlı prezident İlham Əliyevin müvafiq göstəriş verdiyini xatırladan İlham İsmayılov, bununla bağlı digər şəhər və rayonlarla yanaşı yaxın vaxtlarda Mingəçevirdə də yeni binanın tikintisinə başlanacağı barədə məlumat verdi. O, həmçinin bildirdi ki, evlə təmin olunmaq üçün şəhid anası İcra Hakimiyyəti tərəfindən qeydiyyata götürülüb və yeni tikiləcək binadan ona da mənzil veriləcək. İlham İsmayılov eyni zamanda şəhid anasının səhhəti ilə maraqlandı və ona məlumat verildi ki, Kamilə Rzayeva mütəmadi olaraq Mərkəzi Xəstəxanada müayinədən keçirilir.
Şəhid Vüqar İsmayılovun atası aşıq Eldar qonaqları böyük hörmət və ehtiramla qarşıladı. Vüqar İsmayılovun ata və anasına Prezident İlham Əliyevin sərəncəmı ilə layiq görüldüyü "Suqovuşanın azad olunmasına görə” medalı təqdim olundu. "Mənim oğlumun adı Vətən idi, və o vətəni uğrunda canından keçdi” deyən şəhid atası hər zaman övladı ilə qürur duyaduğunu söylədi. 
"Erməni kimdi ki, mənim torpağımda ağalıq edirdi. Onları yerinə otuzdurmaq vaxtı çoxdan yetişmişdi. Sağ olsun Ali baş komandanımız İlham Əliyev, dəmir yumruğunu qaldırdı və xalqımız bu yumruq ətrafında birləşərək torpaqlarımızı azad etdi” deyə şəhid atası Eldar İsmayilov bildirdi.
Daha sonra şəhərdə gedən abadlıq və quruculuq işlərindən söhbət açıldı, şəhid atası onların yaşadığı bağ massivində aparılan intensiv yenidənqurma işlərindən razılıqla bəhs etdi. İlham İsmayılov bildirdi ki, artıq iş planı təsdiq olunub, Günəşli və Şəfa bağ massivlərinin küçələri asfaltlanacaq və işqlandırılacaq.
"Suqovuşanın azad olunmasına görə”  medalı ilə təltif olunan digər şəhidimiz  Şahmar Seyidovun anası Əsmagün xanıma da medalı İcra Hakimiyyətinin başçısı İlham İsmayılov təqdim etdi. O, prezident İlham Əliyevin bu yaxınlarda Suqovuşana etdiyi səfəri zamanı səsləndirdiyi fikirləri bir daha xatırlatdı, Suqovuşanın azad olunmasının ölkəmiz üçün nə dərəcədə strateji əhəmiyyət daşımasından söz açdı. "Oğlunuzun cənab Prezident tərəfindən medalla təltif olunması onun igidlik və qəhrəmanlığına verilən dəyərin bariz göstəricisidir ” deyə İlham İsmayılov bildirdi. Şəhid anası Əsmagül xanım digər oğlu İlkinin işlə təmin edildiyi barədə İcra başçısını məlumatlandırdı və göstərilən diqqətdən razı qaldığını söylədi.
Şəhid Niyazi İsgəndərovun ailəsinin ziyarəti zamanı söhbətin əsas mövzusu onun qəhrəmanlığı, vətəninə sədaqətlə xidməti oldu. Şəhid atası Şahvələd kişi oğlunun iki dəfə yaralandığını, buna baxmayaraq, yenidən cəbhəyə yollanıb qəhrəmancasına şəhid olduğunu diqqətə çatdırdı. İlham İsmayılov qeyd etdi ki, Niyazi İsgəndərov kimi oğullarımızın qəhrəmanlıqları heç bir vaxt unudulmayacaq, onların xatirəsinin əbədiləşdirilməsi üçün bütün tədbirlər dövlət səviyyəsində görüləcək.
Şəhid atasının Niyazi İsgəndərovun xatirə lövhəsinin qurulması üçün yaşadıqları binanın fasadının təmir olunması xahişinə cavab olaraq İlham ismayılov müvafiq işlərin başlanması ilə bağlı yerindəcə əlaqədar təşkilat rəhbərlərinə tapşırıq verdi.
İcra başçısı eyni zamanda yataq xəstəsi olan qazilərimiz İlqar Quliyev və Şamil Mustafayevi evlərində ziyarət etdi, onların müalicəsinin gedişatı ilə maraqlandı.  
 Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
Нет описания.
 


Xəbər lenti