İRAN-AZƏRBAYCAN TURİZM SAMMİTİ yüksək səviyyədə reallaşdı – FOTOSESSİYA

İRAN-AZƏRBAYCAN TURİZM SAMMİTİ yüksək səviyyədə reallaşdı – FOTOSESSİYA

7NEWS.az xəbər verir ki, 9 oktyabr 2019-cu il tarixdə Tehranda, "İslam ölkələrinin 4-cü beynəlxalq səhiyyə konqressi" çərçivəsində "Turizm və səhiyyə turizmi sektorunda işgüzar əməkdaşlıq üzrə İran-Azərbaycan sammiti" keçirilib. Sammit İslam dövlətlərinin səhiyyə turizminin inkişafı mərkəzinin, nazirliklərin, milli və beynəlxalq səhiyyə təşkilatlarının, eyni zamanda, Dövlət Turizm Agentliyinin dəstəyi ilə "My Travel MMC” turizm agentliyi tərəfindən Tehranda reallaşdırılıb.

Sammitdə"Bioloji Təbabət Klinikası”,"Lankaran Springs Wellness Resort” hotel,"Neqsicahan holding”,"Duzdag” hotelvə"Baku City Circuit”Formula 1 şirkətləriöz təqdimatlarını reallaşdırdılar.

Bu barədə saytımıza "My Travel” şirkətinin rəhbəri Elnarə Cabbarova məlumat verib. Azərbaycan təmsilçilərinin təqdimatlarının iştirakçılar tərəfindən çox böyük maraqla qarşılandığını deyən E.Cabbarova sammitdə 100-dən çox qonağın iştirak etdiyini dedi. Onlar arasında Azərbaycan və İrandan başqa, Hindistan, Türkiyə, Rusiya, Oman, Əfqanıstan, Serbiya və Cənubi Afrikadan qonaqlar var idi. Bu gün ikitərəfli siyasi və iqtisadi əlaqələrin ən yüksək səviyyəyə çatması çox sevindirici haldır. Mən öz çıxışımda qeyd etdim ki, ikitərəfli əlaqələrin inkişafı, əlbəttə ki, turizm sahəsinə də müsbət təsir göstərmişdir. Bu platforma, əslində, bu əlaqələrin ən yaxşı nümunəsidir. Həm İranın, həm də Azərbaycanın təbii mənzərəsi və infrastruktur yenilikləri ikitərəfli turizm əlaqələrinin inkişafında yeni səhifə açdı. "My Travel” turizm agentliyi olaraq gələcəkdə də belə zirvə görüşləri, forumlar və təqdimatlar reallaşdıracağıq. Əminəm ki, bu hadisə tərəfdaşların coğrafiyasını və müştəri bazasının genişlənməsinə və iki qonşu ölkə arasında turizm sektorunda tərəfdaşlıq qurmağa kömək edəcək bir platforma olacaqdır.”

7NEWS.az


Xəbər lenti