“Paşinyan çox yaxşı bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və bundan sonra da olmayacaq”
07 Avqust 2019, 17:39
07 Avqust
2019
17:39
1771
"Ermənistanın daxilindəki ağırlaşan vəziyyətdən insanların diqqətini yayındırmaq üçün bu cür təxribatlardan istifadə edirlər...”
"Ermənistanın baş naziri də, vətəndaşları da çox yaxşı bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və bundan sonra da olmayacaq”
Bunu LOBBİ.Az-a açıqlamasında millət vəkili Qənirə Paşayeva Ermənistanın baş naziri N.Paşinyanın Qarabağa səfəri və sərsəm açıqlamaları haqda danışarkən deyib.
Millət vəkili bildirib ki, Paşinyanın bu çıxışları regionda vəziyyəti daha da gərginləşdirir:
"İşğalçı Ermənistanın baş nazirinin bu addımı bir təxribatdır və bu belə də dəyərləndirilməlidir. Çünki işğalçı Ermənistanın baş naziri də, vətəndaşları da çox yaxşı bilir ki, Dağlıq Qarabağ heç vaxt Ermənistanın olmayıb və bundan sonra da olmayacaq. Dağlıq Qarabağ Azərbaycan dövlətinin bir parçasıdır, bu hər zaman belə olub və bütün dünya ölkələri tərəfindən də tanınıb. Yəni bütün dünya ölkələri Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və o ərazi bütövlüyünün daxilində də Dağlıq Qarabağ da var. Həmçinin dünyanın beynəlxalq təşkilatları da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Ali Baş Komandanın söylədiyi kimi, heç bir ölkə Dağlıq Qarabağı Ermənistanın bir parçası kimi tanımayacaq, bu mümkünsüzdür. Qəbul edilən sənədlərdə də Dağlıq Qarabağın Azərbaycanın ərazisi olması öz əksini tapıb. Ona görə də Dağlıq Qarabağın nə Ermənistana birləşdirilməsi, nə də işğalçı Ermənistanın dəstəyi ilə orda yaradılmış separatçı rejimin ölkələr tərəfindən tanınması mümkünsüz bir şeydir. Azərbaycan torpaqlarında işğalçı Ermənistanın rəhbərliyinin dəstəyi ilə yaradılmış separatçı rejimi də dünya ölkələrinin heç biri tanımayacaq. Azərbaycan dövləti cənab prezidentin vurğuladığı kimi buna heç zaman imkan verməyib və bundan sonra da belə olacaq. İşğalçı ölkənin baş naziri də bunu çox yaxşı bilir, sadəcə təxribat xarakterli addımlar atır.
Ermənistanda vəziyyət getdikcə daha da pisləşir və işğalçı ölkənin yeni baş nazirinin xalqa verdiyi vədləri özünü doğurultmur və onun mövqeyi getdikcə zəifləyir. Buna görə də bunlar Ermənistanda daxili auditoriyaya hesablanmış bir addımdır. Ermənilər hər zaman bundan istifadə ediblər. Yəni Ermənistanın daxilindəki daha da ağırlaşan vəziyyətdən insanların diqqətini yayındırmaq üçün bu cür təxribatlardan istifadə edirlər. Amma onlar bu məsələnin gerçək olmayacağının yaxşı fərqindədirlər. Təbii ki, biz Azərbaycan olaraq bu məsələyə öz etirazımızı bildirməklə bərabər, Paşinyanın təxribat xarakterli açıqlamalarını bütün beynəlxalq təşkilatların diqqətinə çatdırmaqla bərabər, ATƏT-in Mink qrupunun bununla bağlı sərt açıqlamalar vermələrini tələb etməliyik. Biz Azərbaycan vətəndaşları, millət vəkilləri olaraq bunu səsləndirməliyik və onlar işğalçı Ermənistana bu cür açıqlamalarını durdurmaq üçün təzyiqlər etməlidirlər. Çox təəssüf ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biz heç zaman obyektiv mövqe görmədik və bu məsələdə də onların susduğunun şahidi oluruq.
Azərbaycan dövləti cənubi Qafqazın getdikcə güclənən dövlətlərindən biridir. Bu gün Azərbaycan ordusu regionun ən güclü ordusudur. Ordumuz artıq dünya orduları sırasında öz reytinqini gücləndirən bir ordudur. Azərbaycan dövlətinin və ordusunun daha da inkişaf etməsi Ermənistanı daha da qıcıqılandırır. Ona görə də onlar davamlı olaraq bu cür açıqlamaları ilə erməni xalqına mesajlar vermək istəyirlər. Azərbaycanın gücü aprel döyüşlərində, Naxçıvan istiqamətindəki əməliyyatlarda bir daha özünü göstərdi. Biz daha da güclənməliyik və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində daha çox çalışmalıyıq. Bu bizim düşmənə verəcəyimiz ən ağır cavabdır. Bununla yanaşı, işğalçı ölkənin dünyada daha çox ifşa olunmasına da çalışmalıyıq. Biz işğalçı ölkənin bu cür açıqlamalarını qınayırıq. Ermənistan adlı bir dövlət bu coğrafiyada heç zaman olmayıb və onların torpaqları da Azərbaycan torpaqlarıdır. Düşünürəm ki, Avropa Şurası ATƏT və BMT-nin diqqətinə erməni baş nazirin açıqlamaları çatdırılmalı, bunların durdurulması üçün onlara da müraciət etməliyik. Bildirməliyik ki, sizin qəbul etdiyiniz qətnamələrin yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməmənizin nəticəsi budur ki, erməni baş naziri bu cür açıqlamalar, bəyanatlar verir və vəziyyəti daha da gərginləşdirir”.
LOBBİ.Az
Xəbər lenti
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
SİYASƏT
ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"