Paşinyan Qarabağı ikinci dəfə işğal etmək istəyir
O daha sonra vurğulayıb ki, ümumerməni ideyalarının gücləndirilmə yollarından biri də Ermənistanın Dağlıq Qarabağın inkişafı ilə güclənməsidir. Bunun üçünsə N.Paşinyan erməni diasporunun imkanlarından və potensialından yararlanmağı zəruri hesab edir.
Eyni zamanda, xaricdəki ermənilərin Ermənistana və Dağlıq Qarabağa köçü, repatriasiya da İrəvandakı hakimiyyətin qarşısında duran prioritet məsələlərdən biri olmalıdır.
"Ermənistan hökumətinin hazırladığı meqalayihələrdən birinin işçi variantını diqqətinizə çatdırıram. 2050-ci ilədək Ermənistan əhalisinin sayını 5 milyona çatdırmağı, 1,5 milyon iş yeri yaratmağı, 2,5 milyon vətəndaşımızın məşğulluq problemini həll etməyi və yoxsulluğu tamammilə aradan qaldırmağı düşünürük. Ermənistanın ÜDM-ni 15 dəfə artırmaq, hər birinin kapitalının 10 milyard dollar olacağı ən azı 5 İT şirkəti yaratmağı düşünürük. Bundan başqa, Ermənistanın silahlı qüvvələri dünyanın ən güclü 20 ordusu arasında yer almalı, dövlətimiz dünyanın ən effektiv 10 xüsusi xidmət strukturlarından birinə malik olmalıdır. Çoxlarınız soruşa bilərsiniz ki, bu planda niyə qarabağlı ermənilər yoxdur. Cavab çox sadədir: Dağlıq Qarabağ elə Ermənistandır. Bu qədər bəsit", - Paşinyan deyib.
Sonda o vurğulayıb ki, bəhs etdiklərinə çatmaq üçün yol xəritəsi hazırlamaq gərəkdir.
Nikol Paşinyanın söylədiklərini "tərcümə" etsək, açması çox sadədir.
2020-ci ilin baharında Dağlıq Qarabağda "prezident və parlament seçkiləri" adlı fars olacaq. Dünyanın heç bir ölkəsinin, hətta Ermənistanın belə tanımadığı məkandakı absurd seçkilərin İrəvan üçün önəmsizlik qədər önəmi var.
Çünki Dağlıq Qarabağdakı xuntanın indiki lideri Bako Saakyan Ermənistanın sabiq prezidentləri Robert Köçəryanın və Serj Sarqsyanın protejesi, həmin adamların birbaşa nəzarətində olan və bu duetə xüsusi sədaqəti ilə seçilən adamdır.
Robert Köçəryan 2008-ci ilin 1 mart hadisələri ilə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadədə, habelə korrupsiyada suçlanaraq həbs olunanda onun zaminə buraxılmasına nail olanlardan biri də Bako Saakyan və Dağlıq Qarabağdakı xuntanın sabiq lideri Arkadi Qukasyan idi.
Onlar Ermənistanda "karabaxtsi" adlanan, əslən Dağlıq Qarabağdan olan ermənilərin formalaşdırdıqları klanın liderləridir. Həmin klan isə Ermənistanın bütün sahələrində ciddi təsir imkanlarına, habelə maliyyə resurslarına və ən başlıcası, Rusiyanın dəstəyinə malikdir.
Hakimiyyətə gəldiyi, daha doğrusu, gətirildiyi ilk gündən etibarən "karabaxtsi"lərə qarşı səlib yürüşünə çıxan, R.Köçəryanı həbsə atdıran, Serj Sarqsyanınsa həbsini hazırlayan Nikol Paşinyan qarabağlı ermənilərin ona ən ciddi rəqib olduqlarını bilir. Bildiyi üçün də Dağlıq Qarabağdakı xuntanın rəhbərliyini kontrola almaq, indi olduğu kimi ona sərt siyasi və hərbi müxalifətdə duran ciddi qüvvə ilə birlikdə yaşamaq istəmir.
Dağlıq Qarabağın Ermənistan olduğu barədə marazmı səsləndirən N.Paşinyan daha sonra "inqilabın ümumerməni məsələsi" olduğunu vurğulamaqla qarabağlı ermənilərin də "yanlış" seçim edəcəkləri təqdirdə Xankəndidə geniş etiraz aksiyalarına rəvac verəcəyini hələlik üstüörtülü şəkildə anons edib.
Yəni Paşinyan rəqibləri, daha doğrusu, düşmənləri Robert Köçəryan, Bako Saakyan və Arkadi Qukasyana xəbərdarlıqlar ünvanlayaraq Dağlıq Qarabağın və Azərbaycanın erməni işğalında olan digər ərazilərinin onların "areal"ı olmadığını vurğulayıb.
5 milyonluq əhali, dünyanın 20 ən güclü ordusundan biri, ən güclü kəşfiyyat və əks-kəşfiyyat sistemi barədə deyilənlər isə, yumşaq desək, aşkar idiotizmdir.
Əhalinin sayı durmadan azalan, demoqrafik fəlakət yaşayan Ermənistanın silahlı qüvvələrinin deyilən səviyyəyə çatması üçün İrəvanın illik hərbi-müdafiə xərcləri minimum 15-20 milyard dollar olmalıdır. Bu, minimal rəqəmdir və əslində illik xərclər 40-50 milyard dollar təşkil etməlidir.
Yoxsul, səfil, sərhədlərini Rusiya qoruyan, Moskvadan tam asılı olan, ABŞ ilə əxlaqsız qadın vücudunu ticarətə çıxardığı təki alver edən Ermənistan bəhs olunan "məqsəd"lərə çatmaq üçün ya Çin və ya Yaponiyanın valyuta ehtiyatlarını ələ keçirməli, ya da Marsda koloniya salmalıdır.
Bundan başqa, N.Paşinyan ABŞ-ın ssenarisi və maliyyəsi ilə reallaşdırılaraq "inqilab" adlandırılan faktiki çevrilişin "ümumerməni məsələsi" olduğunu vurğulayaraq yerini möhkəmlətmək, diaspora ilə münasibətləri normallaşdırmaq istəyir.
Ermənistanın baş naziri "inqilab" kimi qələmə verdiyi çevrilişdən sonrakı proseslərin idarə olunma mexanizmlərini indi də Xankəndidəki xuntaya qarşı tətbiq edərək Köçəryan-Sarqsyan duetinin tərəfdarlarını siyasi iflic durumuna salmaq niyyətindədir.
Fəqət, qarabağlı ermənilər idiotik vədlər verən və yalan danışdığı aşkar görünən Nikol Paşinyana inanacaqlarmı?
Xankəndidəki "Dirçəliş" meydanında qarabağlı, ermənistanlı ermənilərlə yanaşı, xarici ölkələrdən gəlmiş haylara xitab edən Paşinyanın əsas məqsədi Dağlıq Qarabağdakı "seçkilər"də öz namizədlərinin qələbəsini təmin etməkdir.
Təbii ki, Paşinyanın "Qarabağ" tezisləri maraqldıdır. Çünki Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına yönəlmiş dinc danışıqlar prosesində pauza müşahidə olunurdu. İndisə proses başa çatıb və N.Paşinyan yeni təşəbbüslərlə çıxış etməlidir. Ən azı bir addım atmalıdır.
Nikol Paşinyanın Xankəndidəki çıxışında iki məqam diqqət çəkir: "Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" və "inqilab Ermənistanla yanaşı, Dağlıq Qarabağda və bütün ermənilər arasında davam etdirilməlidir"
İlk ifadə ziddiyyətlidir. Çünki Paşinyanın sözlərinin sarsaqlama təsiri bağışlamaması üçün Ermənistan parlamenti Dağlıq Qarabağı ölkəyə birləşməsi barədə müvafiq akt qəbul etməlidir.
Yerevan bunu edən deyil, qarabağlı ermənilər də "müstəqillik" xəyalından əl çəkən deyillər. Belədə çıxış yolunu tapmağa çalışan N.Paşinyan hazırda erməni işğalında olan rayonlardan 7-ni azad etmək, əvəzində isə rəsmi Bakı tərəfindən Dağlıq Qarabağın "müstəqilliyi"nin tanınmasını təklif edə bilər.
Fəqət, N.Paşinyan unudur ki, Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərimiz heç zaman Ermənistan torpaqları olmayıb. Ona görə də Paşinyanın xəyalları Azərbaycan ərazisinin anneksiyasını, ilhaqını nəzərdə tutur.
Təbii ki, Azərbaycan belə absurd planla heç vaxt razılaşmayacaq, işğalçının təklifini rədd edəcək.
İkinci məqama gəldikdə isə, Paşinyan "inqilab" vasitəsilə Dağlıq Qarabağ erməniləri üzərində nəzarətə yiyələnmək fikrindədir.
Bu da alınan deyil.
O, sadəcə, vəziyyəti daha da gərginləşdirir.
LOBBİ.Az
Xəbər lenti
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib