Paşinyanın gizli məqsədi: Aprel döyüşləri və Qarabağın işğalı ilə bağlı sirrləri niyə açdı?
"Nikol Paşinyan Ermənistanda heç bir sirr qoymadı. Serj Sərkisyanın hakimiyyəti dövründə 2016-cı ilin aprel savaşı haqqında danışmırdılar, bu mövzuya qeyri-rəsmi qadağa var idi. Nikol Paşinyan Ermənistanda inqilab yoluyla hakimiyyətə gələr-gəlməz ordudakı korrupsiyadan danışmağa başladı. Paşinyan bunun ardınca parlamentdə aprel savaşını tədqiq etmək məqsədilə komissiyanın yaradılmasını təklif etdi. Əslində Paşinyan bu təklifi ilə aprelin Ermənistan üçün ağır nəticələrinə işarə edirdi. Daha sonra Paşinyana yaxın deputatlardan biri aprel savaşında Ermənistanın itkilərinin 500-ü aşdığını vurğuladı. Halbuki, itkilər mövzusu da Ermənistanda tabu idi".
"Yeni Sabah" xəbər verir ki, bunu "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu yazıb.
E.Şahinoğlunun sözlərinə görə Nikol Paşinyan daha bir sirrin üstünü açıb:
"Sən demə 2014-cü ildə Ermənistan hakimiyyəti üçün hazırlanan gizli hesabatda ölkədəki dövlət strukturlarının faciəvi durumda olduğu bildirilirdi. Əgər Serj Sərkisyan bu hesabatı gizli saxlayırdısa, Nikol Paşinyan gizliliyə ehtiyac duymayıb və yazdığı statusda məsələnin üstünü bu şəkildə açıb:
"Bu hesabatı oxuyanda bu nəticəyə gəlirsən ki, Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları iflic vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursuzluğa düçar olub”.
Nikol Paşinyan durumun ağırlığı haqqında fikirlərini davam etdirərək ölkədə insanların problemlərini həll edəcək strukturların qalmadığını etiraf edib. Paşinyanın fikirlərini tamamlayan bir başqa acı etirafı da diqqəti çəkir: "Hakimiyyətə gələndə elə bilirdim ki, heç olmasa işləyə bilən qurumlarımız var. Ancaq işin gedişatında anladım ki, yanılmışam, vəziyyət acınacaqlıdır. Biz dövlət institutlarını sıfırdan yaratmağa başlamalıyıq”.
Siyasi şərhçinin fikrincə Paşinyanın bu hesabatı indi faş etməsi səbəbsiz deyil:
"Görünür, Nikol Paşinyan keçmiş hakimiyyətin yarıtmaz fəaliyyətindən irəli gələrək vəziyyətin acınacaqlı olduğunu ona görə indi cəmiyyətə anladır ki, vətəndaşlar ondan yaxın zamanda problemlərin həllini gözləməsinlər. Paşinyan onu da izah etməyə çalışır ki, əlindəki resurslar islahatları sürətləndirməyə və müsbət nəticə əldə etməyə imkan vermir.
Nikol Paşinyanın bu etirafları bizim üçün müəyyən ipucları verir. Ermənistanın dövlət strukturlarının acınacaqlı durumuna baxmayaraq, ermənilərin öz düşüncələrində yeganə uğurları Azərbaycan torpaqlarını işğal altında saxlamalarıdır. Ancaq bu da onlara baha başa gəlir, işğal həm böyük maliyyə, həm də insan itkisi tələb edir. Elə Paşinyanın dili ilə desək Ermənistan dövlətinin uğursuzluğa düçar olmasının başlıca səbəbi işğalla əlaqəlidir. İndi bizdən tələb olunan odur ki, bunu Paşinyana daha geniş şəkildə anladaq. Bu izahın siyasi, iqtisadi və hərbi yolları var".
Xəbər lenti
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
Digər xəbərlər
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
SİYASƏT
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
SİYASƏT
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT
Ermənisayağı “iqtisadi sıçrayış”