Ramil Həsən: “Azərbaycan öz torpaqlarını müdafiə edir və edəcək”

Ramil Həsən: “Azərbaycan öz torpaqlarını müdafiə edir və edəcək”

Xəbər verdiyimiz kimi İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Azərbaycan Ordusunun həyata keçirdiyi əks-tədbirlər nəticəsində düşmən geri otuzdurulub, onun canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərər yetirilib.

Hadisəyə AzTV-nin efirindən münasibət bildirən millət vəkili Ramil Həsən bu prosesdə ATƏT-in Minsk qrupunun hərəkətsizliyini tənqid etdi: "Bilirsiniz ki, Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulma Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Siz təsəvvür edin ki, bu təşəbbüsü ermənilər də dəstəkləyirlər. Baxın, bunlar belə riyakardırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan öz torpaqlarını müdafiə edir və edəcək. Eyni zamanda, beynəlxalq hüquq da imkan verir ki, biz öz işğal olunmuş torpaqlarımızı azad edək. Bir şeyi dəxüsusi olaraq qeyd etmək istəyirəm. Artıq Türkiyə Xarici İşlər Nazirliyi rəsmi açıqlama verib, ölkəmizin haqq mövqeyini hər zaman dəstələyəcəklərini deyiblər. Bu mövqe bir daha Türkiyə-Azərbaycan qardaşlığının əyani nümunəsi idi. Bir daha qeyd edirəm ki, biz hücum diölomatiyasından tam gücümüzlə istifadə etməliyik. Ümimilikdə isə Azərbaycan Ordusu ermənilərin təxribatına layiqli cavab verdi.”


Xəbər lenti