Ramil Həsən “Ramazan” bayramı ilə bağlı çağırış etdi: “BİRLİKDƏ BU İNSANLARA DƏSTƏK OLAQ”

Ramil Həsən “Ramazan” bayramı ilə bağlı çağırış etdi: “BİRLİKDƏ BU İNSANLARA DƏSTƏK OLAQ”

7NEWS.az xəbər verir ki, millət vəkili Ramil Həsən çağırışı öz rəsmi facebook səhifəsində yerləşdirib. Çağırışda deyilir:

"RAMAZANDA BAYRAMLAŞAQ !!
Ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi tədbirlərə dəstək olaraq, Ramazan bayramı ərəfəsində tənha və kimsəsiz insanları, o cümlədən qayğıya ehtiyacı olan ailələri zəruri ərzaq məhsullarından ibarət sovqatlarla ziyarət etməyi fikirləşirəm. Bu xeyirxah əmələ könüllü qoşularaq töhfəsini vermək istəyən Ucarlı, o cümlədən digər şəhər və rayonlardan olan xeyirsevər insanları yanımızda görmək çox xoş olardı.
Bizimlə əlaqə:
055-211-37-97
050-367-98-67
#BİZBİRLİKDƏGÜCLÜYÜK

Xəbər lenti