Şəhid baş leytenantın ailəsində daha əvvəl də faciə yaşanıbmış

Şəhid baş leytenantın ailəsində daha əvvəl də faciə yaşanıbmış
Ermənistanın təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olan baş leytenantı Mahmudov Rəşad Rəşid oğlunun nəşi doğulduğu Biləsuvar rayonunun Aşağı Cürəli kəndinə aparılır.

7News.Az "Report”a istinadla xəbər verir ki, şəhidlə evində vida mərasimi keçirildikdən sonra onun cənazəsi kənd qəbiristanlığında torpağa tapşırılacaq.


R.Mahmudov ailədə iki qardaş olublar. 8 il əvvəl onun kiçik qardaşı ehtiyyatsızlıqdan aldığı güllə yarasından vəfat edib

Qeyd edək ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində iyulun 13-nə keçən gecə ərzində də gərginlik davam edib. Artilleriya, minaatan və tankların tətbiqi ilə gedən gecə döyüşlərində bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi hissəsi ərazisində avtomobil texnikası və canlı qüvvəsi məhv edilib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub.

Hazırda əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır. Düşmənə qarşı cəza tədbirləri həyata keçirilir. Düşmən tərəfi itkiləri barədə məlumatları gizlədir.

Xəbər lenti