SON DƏQİQƏ: Xəstəxanada yanğın - 3 ölü, 4 yaralı + Video + Yenilənib

SON DƏQİQƏ: Xəstəxanada yanğın - 3 ölü, 4 yaralı + Video + Yenilənib

Rusiyanın Tatarıstan Respublikasının Zelenodolsk Mərkəzi Xəstəxanasında yanğın baş verib.

7News.Az "TASS”a istinadən bildirir ki, hadisə nəticəsində üç nəfər həyatını itirib, dörd nəfər yaralanıb. Yaralılardan ikisi reanimasiyaya yerləşdirilib.

Ümumilikdə binadan 80-dən çox insan evakuasiya edilib.

Yanğının baş verməsinə ilkin səbəb kimi qısa qapanma göstərilir.

"Hadisə şahidlərinin sözlərinə görə, əvvəlcə işıqlandırma ilə bağlı problemlər yarandı, sonra isə birinci mərtəbədə yerləşən palatadan qara tüstü gəlməyə başladı”, - həmsöhbət izah edib.

Ölümlə nəticələnən yanğın hadisəsi ilə bağlı cinayət işi açılıb.

**

Hadisə nəticəsində ölən hər iki şəxs təqaüdçü olub.  

"Qafqazinfo” "İnterfaks”a istinadən bildirir ki, onlar – 1939 və 1944-cü il təvəllüdlü pasiyentlərdir.  


 

 

Xəbər lenti