Şuşalı xanım parlamentdə təsirli çıxış etdi

Şuşalı xanım parlamentdə təsirli çıxış etdi

"Mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür”. 

7News.Az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında parlamentin spikeri Sahibə Qafarova deyib. 

O bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalinin dədə-baba torpaqlarından qovulub çıxarılması üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib. 

"Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 mini Şuşa sakinidir”. 

Sonra Şuşadan olan Əsra Məmmədli çıxış edib. 

Ə.Məmmədlinin təsirli çıxışı deputatları kövrəldib. Deputatlar Ə.Məmmədlini ayaq üstə alqışlayıblar. 

İclasda Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 

7News.Az

Xəbər lenti