Təranə Paşayeva: Dövlətin dəstəyi qarşımızda yeni üfüqlər açır

14 Sentyabr 2020, 20:57
14 Sentyabr
2020
20:57
94
Məqalə Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olmuş "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardımın göstərilməsi” layihəsi çərçivəsində yazılıb.
Ötən ilin sonlarından başlayaraq COVID-19 pandemiyası tüğyanla baş qaldırdı.
Hadisələr başlayanda Çinin Uhan vilayəti bizə çox uzaq görünürdü. Az sonra ÜST haray qaldıranda məlum oldu ki, dünyanın heç bir ölkəsi bu qasırğadan sığortalanmayıb, hər kəs müşahidəçi yox iştirakçı olacaq... Bu gün dünyada 1 milyon insan koronavirusa yoluxub, pandemiya dünyanın bütün ölkələrini əhatə edib, milyonlarla test aparılıb, yüz minlərlə insan fəlakətin qurbanı olub. Ən çox yoluxma Amerika, Hidistan, eləcə də ən qabaqcıl Avropa ölkələrindədir.
Ölkəmizə aid sonuncu məlumata baxıram: Azərbaycanda yoluxma sayı 40 minə yaxınlaşır, 35 min insan müalicə olunaraq sağalıb, 548 nəfər dünyasını dəyişib 1 milyona yaxın test aparılıb. Yeri gəlmişkən, pandemiyanın yayılmağa başladığı ilk gündən Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin problemlə əlaqədar göstərdiyi qətiyyət və ardıcıl mübarizə tədbirləri həqiqətən də beynəlxalq nümunədir. Məhz bütün dövlət qurumlarının pandemiya elan olunduğu gündən insanların sağlamlığını qorumaq naminə meydana qoyulan məqsədyönlü fəaliyyətin nəticəsidir ki, ölkəmiz elə ilk mərhələdə ən az itkilərlə vəziyyətdən çıxa bilmişdir.
Amma bununla belə deməliyəm, hələ davam edən pandemiya təcrübəsi də göstərdi ki, psixoloji yardım mövzusu indi daha aktualdır. Çünki, insanlara yaranmış vəziyyətdə necə davranmaq qaydaları izah olunmalıdır. Onlara streslərdən necə xilas olmağın, qorxu və fobiyaları dəf etməyin yolu göstərilməlidir. Sosial məsafənin saxlanılması, evdə qalmaq çağırışları, şəxsi gigiyenanın bir an belə unudulmaması ehtiyacı yeni davranış qaydalarını təlqin etsə də cəmiyyətə psixoloji yardım fəaliyyəti qətiyyən arxa plana keçmir.
Biz də bu məsul dönəmdə istər "Loqos” PNİM, istərsə də qeyri-hökumət təşkilatı kimi bir neçə ildir uğurla fəaliyyət göstərən Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyi olaraq Azərbaycan dövlətinin, ölkə prezidenti cənab İlham Əliyevin göstərişlərini nəzərə alaraq pandemiya ilə mübarizə çağrışlarına qoşulduq.
Pandemiyanın tüğyan etdiyi günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin qrant müsabiqəsinin qalibi olduq; "Regionlarda ailə dəyərlərinin təbliği və gənc ailələrə psixoloji yardım” adlı layihəyə avqust ayının 1-dən start verildi. Fəaliyyət planına uyğun olaraq avqust ayının 1-dən Bakı, Gəncə, Lənkəran, Bərdə və Xaçmaz sakinlərinə səhər saat 8-dən, axşam 20-yə qədər bizim mütəxəssislər tərəfindən ödənişsiz psixoloji dəstək verildi. Pandemiyanın yaratdığı qeyri müəyyənliyə baxmayaraq aradan ötən az müddətdə psixoloji xidmət filiallarımıza 530-yə qədər müraciət daxil oldu.
Qeyd edim ki, ictimai əlaqələrin kəskin şəkildə azaldığı dönəmdə üzərimizə düşən məsuliyyəti, xüsusilə insanların psixoloqların dəstəyinə ciddi ehtiyacı olduğunu nəzərə alaraq internet imkanlarından istifadə edə bildik. 1 ay ərzində Facebook, YouTube, Instagram səhifələrində mövzu ilə əlaqədar statuslar, tövsiyyələr, məsləhətlər paylaşıldı. Mənimlə həmrəy olaraq təşkilatımızın bütün mütəxəssisləri, həm bizim tövsiyyələrimiz, həm də real vəziyyətdən çıxış etməklə ümumi ictimai çağırışa qoşuldular. Layihə çərçivəsində psixoloqlarımızın qələmə aldıqları məqalələr müxtəlif saytlarda yayımlanaraq izləyicilər tərəfindən yüksək dəyərləndirildi.
Hər həftə sonu layihənin gedişi, əldə olunan müsbət nəticələr barədə QHT Şurasına yazılı hesabat təqdim edildi. Həmçinin həftə ərzində görülən işlər saytlarda geniş şəkildə işıqlandırıldı.
Qeyd etmək istəyirəm ki, icra olunan layihə həqiqətən da indiki zaman üçün labüd idi və mən bu şansı bizim təşkilata qazandırdığı, bu məsul işdə bizə inam göstərdiyi üçün dövlətimizə, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bütün kollektivimiz adından təşəkkür edirəm.
Layihənin bölgələrdə yaşayan, hələ təhlükəni tam mahiyyəti ilə anlamadan xaotik vəziyyətə düşən insanlar, ailələr üçün böyük faydası oldu. Mən detallara girərək hər məqamı sadalamaq istəmirəm. İnsanlardan gələn onlarla minnətdarlıq rəyləri bunu yetərincə təsdiqləyir.
Bu layihə sayəsində biz həm də istədik əhaliyə inandırıcı mesaj ötürək ki, həyatda baş verən hər hansı bir hadisə insan psixologiyasına təsirsiz ötüşmür.
Biz insanlara dedik ki, pandemiya ölüm qorxusunu artırır, bu təbiidir, amma ölümdən qorxmaq lazım deyil, sadəcə həyat tərzini elə şəkildə nizmalamalıyıq ki, nəinki koronavirus, eləcə də digər xəstəliklər bizə yaxın düşə bilməsin. Bu həqiqətdir, pandemiya insanlarda panik atak, stres, depressiya yaratmışdı. Əvvəllər də pandemiyanın qol-qanad açdığı müddətdə psixoloji gərginlik yaşamış insanlar qlobal xəstəliklə əlaqədar daha çox əziyyət çəkirlər.
Hər zaman olduğu kimi bir çox amillər var ki, onları nəzərə almadan həmrəyliyə qovuşmaq çətin olur, əslində heç mümkün olmur. Mən ilk öncə dövlət tərəfindən sərgilənən dəstəyi xatırlatmaq istərdim. Azərbaycan prezidentinin gecə-gündüz bilmədən vəziyyəti nəzarətdə saxlaması, son illərdə səhiyyənin yüksək inkişafına, məzmunca yeniləşməsinə baxmayaraq, modul tipli yeni xəstəxanaların yaradılması, həkimlərimizin misli görünməmiş fədakarlığı, pandemiyadan maddi zərər çəkən iş adamlarının, işləyən əhalinin maliyyə yardımlıarı ilə təmin olunması müasir Azərbaycan mühitinin sosial mahiyyətini bir daha təsdiq etdi.
Bir psixoloq kimi pandemiyanın diqtə etdiyi tələblərlə ayaqlaşmağa çalışan ailə amilinin rolunu xüsusi qeyd etməyə dəyər. Nəticələrə baxaraq deyə bilərik ki, ailələr reallığı, əsasən, anlayışla qarşıladılar. Yaşlı insanlara, uşaqlara fasiləsiz qayğıdan bəhs edən telesüjetlər indi gözüm önündədir.
Könülllülər, müxtəlif ictimai qurumların nümayəndələri qaydalara uyğun olaraq tənha, yaşlı insanlara baş çəkir, onlara zəruri ərzaq çeşidləri çatdırırdılar.
Cəmiyyətimiz, mənim fikrimcə, pandemiyaya qarşı mübarizədə dövlətin çağırışlarına hər zaman olduğu kimi inamlı bir şəkildə dəstək verdilər.
Xəbər lenti
-
19:31Sumqayıtda şəhid ailələrinə baş çəkilib - FOTOLAR
-
15:31Komitə insan alverinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirir - VİDEO
-
15:00VI "Florida Keys" beynəlxalq musiqi müsabiqəsi açıq elan olunub - FOTOLAR
-
11:00Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
-
10:32Paşinyandan revanşistlərə Şuşa mesajı - VİDEO
-
10:00Ermənilərin ərazilərimizdə basdırdıqları minalar, patronlar aşkarlandı - FOTO
-
11:00“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:30Suraxanıda şəhid ailələri ziyarət edilir - FOTOLAR
-
10:03Ermənilərin Şuşaya "İskəndər" atmaq planı - Paşinyan xalqı necə aldadıb?
-
18:04Naqif Həmzəyev: "Nizami Gəncəvi ilində mərkəz Gəncə şəhəri olacaq"
-
11:00Cəbhəyanı ərazilərdə ermənilərin basdırdıqları minalar zərərsizləşdirilib - FOTO/VİDEO
-
10:30Azərbaycanda karantin rejimi yumşaldıldı
-
10:09Hacı Zeynalabdin Tağıyevin doğum günüdür
-
10:30Lavrov Qarabağdakı sülhməramlılara status istəyir
-
10:00Ermənistan Qarabağ müharibəsində iştirak edən əsgərlərinə pul vermədi
-
17:22Deputat Ramil Həsən Türkiyədən gələn böyük nümayəndə heyəti ilə görüşdü - FOTOLAR
-
16:32Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
12:16Şuşada yeni yarımstansiya tikilir - VİDEO
-
11:00“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video
-
10:30Ermənilərin cəbhəyanı ərazilərdə basdırdıqları minalar aşkarlandı - FOTO
-
10:00Kəlbəcər yolu Rusiya hərbçilərinin nəzarətinə verilə bilməz – Şou-aksiya
-
17:03Şuşada hündür televiziya qülləsi tikilə bilər
-
15:38YAŞATmağa davam!
-
11:00Qarlı havaya görə Bakının bəzi yollarında sürət həddi endirildi - FOTO
-
10:30Ceyhun Bayramovun Türkmənistana səfəri başlayıb
-
10:00Ayvazyanla Paşinyanın Şuşa üstündə davası
-
19:0220 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar Şamaxı rayonunda anım mərasimi keçirilib
-
12:14İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər Xiyabanını ziyarət etdilər - FOTO
-
11:00"Azərbaycan təzminat əvəzinə Zəngəzuru istəyir" - Ermənistanda həyəcan
-
10:48Мехрибан Алиева сделала публикацию в связи с 31-й годовщиной трагедии "Черного Января" - ФОТО
-
10:30Mehriban Əliyevadan 20 Yanvarla bağlı paylaşım - FOTO
-
10:00Cəbhəboyu ərazilərdə partlamamış hərbi sursatlar aşkarlandı - FOTO
-
00:0620 Yanvar hadisələrindən 31 il ötür
-
00:01İlham Əliyev 20 Yanvar günü ilə bağlı paylaşım etdi - FOTO
-
13:08Soydaşlarımızın Qanlı Yanvar harayı
-
11:00Qarabağa qayıdan ermənilərin sayı 50 mini keçdi
-
10:30Vüqar Səfərli onları bir-bir yanına aparacaq – Siyahıda kimlər var?
-
10:00Bulvarda heyrətləndirən mənzərə - Xəzərdəki bu vəziyyət nədən xəbər verir? - VİDEO
-
12:05Şuşada ilk çörək bişirən Azərbaycanlı aşpaz əsgər - FOTOLAR
-
11:30"Şuşaya "İsgəndər" atmışdıq"- İrəvanda sensasiyalı etiraf - VİDEO - FOTO
27 Yanvar 2021
26 Yanvar 2021
25 Yanvar 2021
23 Yanvar 2021
22 Yanvar 2021
21 Yanvar 2021
20 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
Digər xəbərlər
-
GÜNDƏM
Sumqayıtda şəhid ailələrinə baş çəkilib - FOTOLAR
-
GÜNDƏM
Komitə insan alverinin qarşısının alınması üçün mütəmadi olaraq maarifləndirmə kampaniyaları həyata keçirir - VİDEO
-
GÜNDƏM
Ermənistanda qalmaqal: Hərbçilərin cəsədləri mobil soyuducularda saxlanılır
-
GÜNDƏM
Paşinyandan revanşistlərə Şuşa mesajı - VİDEO
-
GÜNDƏM
Ermənilərin ərazilərimizdə basdırdıqları minalar, patronlar aşkarlandı - FOTO
-
GÜNDƏM
“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Suraxanıda şəhid ailələri ziyarət edilir - FOTOLAR
-
GÜNDƏM
Gənclər tərəfindən qazilərimizə “Böyük Qayğı” layihəsinə start verildi!
-
GÜNDƏM
“Meşədə yatdığımız yerə mərmi düşdü…” - Video