Vüqar Rəhimzadə: İctimai nəzarət dayanıqlı inkişafın təminatında vacib amillərdən biridir
15 Sentyabr 2021, 16:45
15 Sentyabr
2021
16:45
1140
"Ölkə Prezidenti İlham Əliyev 2004-cü ildən, yəni regionların sosial-iqtisadi inkişafına dair ilk Dövlət Proqramının icrasına başlandığı vaxtdan bu günə qədər keçilən yolun təhlili zamanı daim bildirir ki, bu illər ərzində dayanıqlı inkişafın təmin edilməsi üçün möhkəm baza formalaşdırıldı. Dövlət proqramlarının icrasına başlanan dövrdə Azərbaycanda vaxtilə yaradılmış infrastruktur tamamilə köhnəlmişdi. Təbii ki, belə olan halda ölkədə sənayenin, kənd təsərrüfatının dayanıqlı inkişafından söhbət gedə bilməzdi. Bu problemlər, ilk növbədə, gələcək dayanıqlı inkişafı təmin etmək üçün əsasların, dayaqların yaradılmasını şərtləndirdi. Belə bir şəraitdə dövlət başçısı İlham Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə işlənib hazırlanan regional inkişaf proqramlarının uğurlu icrası qarşıya qoyulan məqsədlərə lazımi səviyyədə nail olmağa stimul yaratdı.
Möhtərəm Prezidentimiz ölkəyə rəhbərlik etdiyi ilk gündən bu məqamı da hər zaman dönə-dönə vurğulayır ki, görülən bütün işlərin, həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Azərbaycan vətəndaşının yaxşı yaşaması və rifahı üçün bütün imkanlar yaradılmalıdır. Bu prinsipləri özünün gündəlik fəaliyyətində rəhbər tutan Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu sosial-iqtisadi siyasət nəticəsində bölgələrdə yaradılmış münbit şərait regionların hərtərəfli inkişafını təmin etməklə yanaşı, şəhərlərə miqrasiyanın da qarşısını alır. Artıq əminliklə söyləmək olar ki, bu gün insanlar şəhərlərdən kəndlərə qayıdırlar. Çünki bölgələrin, kənd və qəsəbələrin siması tamamilə dəyişib, yenilənib, bu yaşayış məntəqələrində normal həyat şəraiti üçün bütün zəruri infrastruktur yaradılıb. 2004-cü ildə dövlət başçısı İlham Əliyevin irəli sürdüyü "Neft kapitalını insan kapitalına çevirək!” tezisinin reallıqda öz təsdiqini tapması istiqamətində atılan davamlı addımların uğurlu nəticələri artıq göz önündədir. İqtisadiyyatın şaxələndirilməsi enerji sektorundan asılılığın minimuma endirilməsinə gətirib çıxardı. Bunun nəticəsidir ki, bu gün Azərbaycan iqtisadiyyatı dünyada çoxşaxəli iqtisadiyyat kimi tanınır. Ümumi daxili məhsulun tərkibində qeyri-neft sektoru üstünlük təşkil edir. Sahibkarlığın inkişafı iqtisadiyyatın şaxələndirilməsində öz müsbət rolunu oynayır. Çünki qeyri-neft sektoru sahibkarlığın inkişafı hesabına əhəmiyyətli dərəcədə tərəqqi edir.”
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, sentyabrın 14-də ölkə Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən regional inkişaf proqramlarının uğurlu icrasının Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək bütün dövrlər üçün aktuallığını qoruyan bu vəzifələri bir daha xatırlatmışdır: Dövlət məmuru nümunə olmalıdır. Yerlərdə insanların dolanışığı, rahatlığı dövlət məmurunun fəaliyyətindən asılıdır. Onlar elə işləməlidirlər ki, daim insanlarla bir yerdə olsunlar. İnsanların qayğıları ilə maraqlanmaq və həlli istiqamətində addımlar atmaq hər bir dövlət məmurunun qarşısında əsas vəzifə kimi qoyulur. Məmur-vətəndaş münasibətlərinin sivil qaydada tənzimlənməsi vətəndaş məmnunluğunu artırır. Bu, günümüzün əsas tələbidir.
"Regional inkişaf proqramlarına uyğun olaraq bölgələrdə görülən işlərin miqyası daha da genişləndirilir” söyləyən Vüqar Rəhimzadə vurğulayıb ki, Prezident İlham Əliyevin bölgələrə hər səfəri yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır: "Nəzərə alsaq ki, ölkəmizin həyatında yeni mərhələ- işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işləri həyata keçirilir, bu halda dövlət məmurlarının üzərinə düşən məsuliyyətin daha da artdığını əminliklə söyləyə bilərik. Cənab İlham Əliyev işğaldan azad edilmiş rayonlarla yanaşı, digər bölgələrin də tərəqqisini daim diqqət mərkəzində saxlayır. Sözügedən qəbulda bölgələrdə sahibkarlığın inkişafı, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı səsləndirilən təkliflər, qarşıya qoyulan vəzifələr də bunu təsdiqləyir. Möhtərəm Prezidentimiz bir daha xatırlatdı ki, sahibkarlara investisiyalarını yatırmaq, yeni iş yerləri yaratmaq üçün imkan verilməlidir. Sahibkar əmin olmalıdır ki, o, ancaq dövlətin vergisini ödəməlidir.”
YAP Xətai rayon təşkilatının sədri bildirib ki, Prezident İlham Əliyev hələ 2013-cü ildə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda bu məqamı xüsusi vurğulamışdı ki, hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət! Məhz bu prinsiplərin vəhdətliyi, birlik, həmrəylik qarşıya qoyulan hədəflərin reallıqda öz əksini tapmasını stimullaşdırır. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimizin reallıq olduğu həyata keçirilən uğurlu sosial-iqtisadi islahatların fonunda daha aydın görünür.
V.Rəhimzadə qeyd edib ki, dövlət başçısı İlham Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən hər kəsin qanun qarşısında eyni məsuliyyəti daşımalı olduğunu bir daha qətiyyətlə bəyan etdi: "Ölkə Prezidenti diqqəti bəzi hallarda nəzərə çarpan məmur özbaşınalıqlarına, bəzi vəzifəli şəxslərin, xüsusilə icra hakimiyyəti başçılarının şəxsi mənafelərini ictimai və dövlət maraqlarından üstün tutmalarına, talançılığa, rüşvətxorluğa, korrupsiyaya qurşanmalarına, insanların qayğı və problemlərinə laqeyd yanaşmalarına, rayonların qarşısında dayanan gündəlik problemlərlə deyil, öz şəxsi problemləri ilə, şəxsi biznesləri ilə məşğul olmalarına yönəldərək bu kimi halların insanların haqlı narazılığına səbəb olduğunu diqqətə çatdırdı. Bildirdi ki, bu əməllərə sahib olan yüksək vəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər və bundan sonra da belə hallara yol verənlər ciddi cəzalandırılacaqlar . Dövlət başçısı bir daha bu çağırışı etdi ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Əgər məmurlar öz işlərində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq.”
İctimai nəzarətin dayanıqlı inkişafın təmin edilməsində əsas amillərdən biri olduğunu bildirən Vüqar Rəhimzadə qeyd edib ki, vətəndaş məmnunluğunu artırmaqla, şəffaflığı təmin etməklə hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür: "Bütün dünyada Azərbaycan brendi kimi tanınan və şöhrət qazanan "ASAN xidmət”, DOST layihələrinin uğurlu icrası bu məqsədlərə qısa zamanda çatmağa stimul verir. İşğaldan azad edilmiş ərazilərimizdə də bu mərkəzlərin yaradılması nəzərdə tutulur. Bir sözlə, bu gün Azərbaycanda vətəndaş amili uğurla həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir.”
Xəbər lenti
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
Digər xəbərlər
-
SİYASƏT
Xankəndidə ilk körpə dünyaya gəlib
-
SİYASƏT
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
SİYASƏT
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
MANŞET, SİYASƏT
Prezident Rusiyada səfərdədir (FOTO)
-
SİYASƏT
"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
SİYASƏT
Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
SİYASƏT
Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
SİYASƏT
Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
SİYASƏT
Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH