Zahir Əzəmət “Xalqı yeni parlamentin daha fərqli, işlək olacağına inandırmaq lazımdır” (MÜSAHİBƏ)
25 Dekabr 2019, 17:19
25 Dekabr
2019
17:19
1677
Xəbər verdiyimiz kimi tanınmış yazar-jurnalist, "Qaynarinfo.az” saytının baş redaktoru Zahir Əzəmət (Rəhimov Zahir) də növbədənkənar parlament seçkilərində namizəd olacağını açıqlayıb. Baş redaktor 45 saylı Abşeron seçki dairəsindən bitərəf olaraq namizədliyini irəli sürüb. Z.Əzəmət maraqlı və aktiv seçki kampaniya aparacağını söyləyib.
Qeyd edək ki, 45 saylı Abşeron seçki dairəsindən bundan əvvəl Milli Məclisin sədri Oqtay Əsədov mandat qazanmışdı. Bu dairənin ərazisinə Xırdalan, Masazır, Mehdiabad, Məhəmmədi, Digah, Fatmayı və Görədil inzibati əraziləri daxildir.
Seçki ilə bağlı "Şərq”in suallarını cavablandıran baş redaktor imzatoplama kampaniyasının başa çatmaq üzrə olduğunu deyib..
- Zahir bəy, imzatoplama kampaniyasını başa vurdunuzmu? Prosesdə sizə çətinlik yaradan məqamlar oldumu?
- İmzatoplama kampaniyası başa çatmaq üzrədir. Hazırda sənədlərin hazırlanması mərhələsindəyik. Yekun yoxlamadan sonra dairə seçki komissiyasına təqdim edəcəyik. Kampaniya ərzində heç bir maneə ilə üzləşmədik. Ümumi problem isə ondan ibarətdir ki, ərazidə yaşayan insanların böyük hissəsinin bu dairəyə qeydiyyatı yoxdur. Onların seçici kimi də proseslərdə iştirak edə bilməyəcəyi narahatedici məqamdır.
- Sizə dəstək olanlar varmı, həmkarların yardımı olurmu?
- Prosesə başladığımız ilk gündən medianın böyük dəstəyini hiss etdik. Buna görə bütün həmkarlara, mediaya təşəkkürlərimi çatdırıram. Dairəmizdəki 6 kənddə və Xırdalan şəhərində də bizi dəstəkləyən nüfuzlu şəxslər var. Bu dəstəyin əhatəsini genişləndirmək üçün komandamızla birlikdə aktiv çalışırıq. Ümumi əhval-ruhiyyə və prosesin gedişi gözlədiyimizdən də yaxşıdır.
- Namizəd olduğunuz dairədən rəqib namizədlər neçə nəfərdir, kimlərdir?
- Hazırda proses davam etdiyi və yekunlaşmadığı üçün bu barədə danışmaq hələ tezdir. Öz araşdırmalarımızdan bəlli olur ki, 10-15 nəfər namizədlik üçün bildiriş təqdim edib. Onlardan neçəsi ilkin imzatoplama kampaniyasını başa vura biləcək, neçəsi rəsmən təsdiqlənəcək, hələ aydın deyil. Hazırda bizim dairədən iddiasını ortaya qoyan şəxslərdən biri də həmkarımız, dostumuz Ceyhun Musaoğludur. Onunla da bir çox məsələlərdə koordinasiyalı şəkildə çalışırıq. Hesab edirik ki, sivil rəqabətimiz yaxşı bir seçki nümunəsi olacaq. Fikrimcə, əsas rəqibim dairədən seçilməyə iddiası olan hər hansı başqa şəxs yox, passiv seçicinin özüdür. İlk növbədə onların aktivliyinə nail olmaq, öz vətəndaşlıq mövqelərini seçki prosesində və seçki günü ortaya qoymaqlarına inandırmaq lazımdır. Son bələdiyyə seçkilərində seçici fəallığının aşağı olması da dediklərimi bir daha təsdiq edir. Xalqı islahatlar mərhələsində yaradılacaq parlamentin daha fərqli, işlək, xalqa daha yaxın olacağına inandırmaq lazımdır. Hər bir namizədin ilkin işi, fikrimizcə, bundan ibarət olmalıdır. Seçki özü-özlüyündə bir aksiyadır, qoy seçicilər bu vacib prosesdə, qanuni formada hansı platformanı, hansı ideyaları dəstəklədiyini sivil şəkildə ortaya qoysun.
- Şəxsən öz şansınızı necə dəyərləndirirsiniz?
- Şansımı yüksək dəyərləndirirəm. Ərazidə yaşadığım üçün seçicilərin problemləri ilə yaxından tanışam, özüm də gündəlik olaraq bu problemlərlə üzləşir, bu qayğıları yaşayıram. Dairədə dayaqlarımız da güclüdür, yenilikçi komandamız var, çox pozitiv, maraqlı kampaniya planlamışıq. İnanıram ki, seciçinin inamını qazana biləcəyik.
- Jurnalistlərin parlamentə bu səviyyədə iddialı olmasına münasibətiniz necədir?
- Peşəkar jurnalistlər öz fəaliyyəti boyu vətəndaşların problemlərini, ölkənin qayğılarını işıqlandırmala məşğul olur. Jurnalistikanın özü də ictimai vəkillikdir. Amma heç də bütün hallarda problemlərin həllinə nail ola bilmirik. İstər bəzi məmurların fəaliyyətsizliyi, istər bürokratik əngəllər bir çox məslələrdə maneəyə çevrilir. Amma bir vəkili kimi bu kimi problemlərin həllinə daha çox təsir imkanlarına sahib olacağıq. Niyə də olmasın? Bütün normal peşə sahiblərinin millət vəkilliyi iddiasında olması normal qarşılanmalıdır. Düşünmürəm ki, ümumi nisbətdə jurnalistlərin qatılma faizi digərlərinə nisbətdə yüksəkdir. Sadəcə jurnalistlər cəmiyyətdə daha çox tanınır deyə, ilk nəzərə çarpan da onlar olur.
Xəbər lenti
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
12:15Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
12:27“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:18"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...
-
13:41Qərbin məqsədi İslamı gözdən salmaq və müsəlman dövlətlərə qarşı “səlib yürüşü” həyata keçirməkdir - RƏY
-
19:05Deputat Ramil Həsən Bağırbəyli kəndində seçiciləri ilə görüşüb
-
10:56Türkiyəli qonaqlar "ASAN xidmət"də
-
17:16Mingəçevirdə “Zəfərə aparan yol” adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib
-
16:40Mingəçevirdə “Yaşıl Dünya Naminə Həmrəylik ili” çərçivəsində tinglər əkilib
-
16:38“Yaşıl Dünya Naminə Həmrəyliyə gedən yol” mövzusunda Dəyirmi masa keçirilib: MİNGƏÇEVİRDƏ
-
10:37“Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib – FOTOLAR
-
17:05Laçında əlverişsiz hava şəraitində azan Azərbaycan hərbçisi Ermənistandan Bakıya gətirilib
-
15:10“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:01Deputat: Antalya Forumundan Ermənistanın regionda sülhün bərpasında ciddi məsuliyyət daşıdığına bir daha əmin olduq
-
13:53İlham Əliyev o üç ölkənin adını buna görə çəkdi - rəylər
-
13:22Almaniyadan Bakıya Qarabağ jesti- situativ reverans, yoxsa...
-
11:20“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
09:59Xocalı şəhidləri Polşadakı katolik kilsəsində anılıb - Foto/Video
-
13:52Deputatdan SENSASİON YAZI: "Xocalı soyqırımında adı keçənlər..."
-
13:09Layihənin adı: “QİÇS və Narkomaniyaya qarşı mübarizə tədbirlərinin keçirilməsi”
-
14:25Prezident İlham Əliyevin açıq mesajları xarici siyasətimizin gələcək prioriteti baxımından çox önəmlidir - Deputat
-
15:55“Samir Rzayevin gəlişi AZAL-da çox şeyi yaxşıya doğru dəyişib” – Elşən Musayev
-
14:47"Dünən şahidi olduq ki, idman nə qədər böyük siyasətdir" - Deputat
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
12 Mart 2024
11 Mart 2024
10 Mart 2024
09 Mart 2024
07 Mart 2024
06 Mart 2024
05 Mart 2024
04 Mart 2024
02 Mart 2024
27 Fevral 2024
26 Fevral 2024
24 Fevral 2024
23 Fevral 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
GÜNDƏM
Hərbi xidmətdən yayınmağı vəd verən şəxs həbs olunub
-
SİYASƏT, GÜNDƏM
"Qərbin riyakar üzü" - Elşən Musayev faktlarla ifşa edir...