Özbəkistanda “Bir səfirin manifesti” kitabının təqdimatı keçirilib

LOBBİ.az xəbər verir ki, Daşkənddəki Dünya İqtisadiyyatı və Diplomatiya Universitetində Azərbaycan xarici İşlər nazirinin müavini, ölkəmizin ABŞ-dakı ilk səfiri, "ADA” Universitetinin rektoru, professor Hafiz Paşayevin "Bir səfirin manifesti” kitabının təqdimat mərasimi keçirilib.
Tədbir ölkəmizin Özbəkistandakı səfirliyi və bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə baş tutub.
Universitet rektoru Abdujabbor Abduvaxidov, Özbəkistan parlamentinin Senat sədrinin birinci müavini Sadık Safoyev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev çıxış edərək, özbək dilində çap olunan "Bir səfirin manifesti” kitabının gənc və peşəkar diplomatlar üçün əhəmiyyətindən, Bakıda dünya standartlarına uyğun yaradılan "ADA” Universitetinə H.Paşayevin uğurla rəhbərlik etməsindən danışıblar. Natiqlər onun alim, diplomat, müəllim kimi yüksək keyfiyyətlərə malik olduğunu, ABŞ-da səfir işlədiyi dövrdə Azərbaycan həqiqətlərinin yayılması və təbliği sahəsində böyük işlər gördüyünü, ABŞ-ın 20 ştatının Xocalı faciəsini soyqırımı kimi tanımasında H.Paşayevin danılmaz əməyinin olduğunu vurğulayıblar. Dünyanın 16 ölkəsinin Xocalı faciəsini soyqırımı kimi tanıması Azərbaycan diplomatiyasının uğuru adlandırılıb.
Hafiz Paşayev kitabın özbək dilində çapı üçün göstərilən dəstəyə görə təşəkkürünü bildirib. O, əsərin yaranmasından, ABŞ-da səfir kimi fəaliyyətindən, "ADA” Universitetinin yaradılmasından danışıb. Universitetdə dörd istiqamət üzrə kadrların hazırlandığını vurğulayan rektor bildirib ki, hazırda "ADA”da 2500 tələbə təhsil alır, məzunların 80 faizi işlə təmin olunur: ”Biz nə ediriksə, ölkəmizin sabahı, Azərbaycanın gələcəyi üçün edirik”.
Təqdimatın sonunda Hafiz Paşayev "Bir səfirin manifesti” kitabını imzalayaraq tələbə və müəllimlərə hədiyyə edib.
Tədbirdə Universitetin müəllim və tələbələri, eləcə də Özbəkistanda yaşayan soydaşlarımız iştirak ediblər.




Xəbər lenti
-
15:47“Söyüş tribunası Əli Kərimlinin, Gültəkin Hacıbəylinin məbədgahına çevirilib” – Elşən Musaye
-
12:27“QHT ziyarətləri” layihəsi davam edir.
-
18:49Şamaxıda dövlət qulluqçularının peşə bayramı günü qeyd olunub
-
15:19“İsmayıllının Zəfər Şəhidləri” adlı kitabın təqdimatı baş tutdu — FOTOLAR
-
11:57“Putin NATO”sundan çıxan Özbəkistan Bakı ilə hərbi ittifaq qurmaq yolunda
-
11:09QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:05Azərbaycan – Özbəkistan əlaqələri genişlənir
-
00:45Şamaxı rayonunda gənc rəssam Şahin Nəcəfovun ilk fərdi sərgisi açılıb
-
00:11Əbülfəz Elçibəyin anadan olmasından 84 il ötür
-
18:07Azərbaycan-Özbəkistan münasibətləri: TARİXİ DOSTLUQ VƏ QARDAŞLIQ
-
17:21QHT-dövlət münasibətlərinə həsr olunmuş sonuncu Respublika zona konfransı Bakıda keçirilib
-
12:15Bu həftə Bakıda və Abşeronda “Kənddən Şəhərə” yarmarkaları keçiriləcək
-
14:40Ulu Öndər Heydər Əliyev dayanıqlı inkişafın təməlini qoyub - Deputat
-
13:07Elşən Musayev: “Ölkə ərazisinin 20 faizinin təməli yenidən qoyulur”
-
10:59“İlham Əliyevin Özbəkistana səfəri tarixi hadisədir” – Millət vəkili
-
10:39"Azərbaycan - Özbəkistan münasibətlərində yeni mərhələ başlayır"
-
10:20Daşkənddə Özbəkistan və Azərbaycanın müvafiq qurumları arasında bir sıra sənədlər imzalanıb
-
19:23Bolonya Universitetinin nümayəndə heyətinin Azərbaycana səfəri yekunlaşıb
-
19:20Kənd təsərrüfatının model əsaslı proqnozlaşdırma metodologiyası ilə bağlı Almaniyanın tədqiqat institutu ilə əməkdaşlığa başlanılıb
-
17:24Rəqsanə Kərimova: "Venesiya Komissiyası MEDİA-nın arqumentlərinin bir qismini nəzərə alıb" - MÜSAHİBƏ
-
16:24Audiovizual Şura Venesiya Komissiyasının rəyinə cavab verib
-
15:35“Ermənilər mənfur xislətlərinə, qara niyyətlərinə uyğun hərəkət edirlər” AÇIQLAMA
-
14:35Kəlbəcər və Laçın yaylaqlarındakı qoyunçuluq təsərrüfatlarında monitorinqlər keçirilir
-
11:26Laçının mərkəzinin təhvil zamanı... - bir videonun özü ilə gətirdiyi gerçəklik
-
09:14Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
-
22:17Media Agentliyi Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib
-
17:28“Gənclər Davamlı İnkişaf üçün” layihəsinin ilk mərhələsinə yekun vurulub
-
13:34MEDİA fərdi jurnalist müsabiqəsi elan edib
-
14:02Nazir: “Kənd təsərrüfatı ilə bağlı təcrübəmizi digər ölkələrlə bölüşə bilərik”
-
11:51Fərid Cəfərov: "Bu intellektual yarış "Şuşa ili"nə həsr olunub" - FOTOLAR
-
11:25Bölgədə sülhün təmin olunmasında Azərbaycan müstəsna rola malikdir
-
10:12Ermənistana son Zəngəzur xəbərdarlığı - “Dəhliz açılmasa...”
-
18:02MEDİA-da Qazaxıstanın İnformasiya Komitəsinin sədri ilə görüş keçirilib
-
14:49“Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılan bir səhifədir” AÇIQLAMA
-
13:09DTX əməliyyat keçirib, Müdafiə Nazirliyinin hərbçisi tutulub
-
11:40Qətər dövləti erməni “qatarında”
-
10:01Azərbaycan MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
-
00:57Parisdə bir qrup erməni Azərbaycanın Mədəniyyət Mərkəzinə hücum edib, xəsarət alan var
-
22:25Qlobal Bakı Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzindədir - ŞƏRH
-
19:52MEDİA-da AŞ-nın məruzəçilər qrupu ilə görüş keçirilib
Digər xəbərlər
-
FOTO, MANŞET, DİASPORAMIZ DÜNYADA
Özbəkistanda “Bir səfirin manifesti” kitabının təqdimatı keçirilib
-
FOTO, MANŞET, DİASPORAMIZ DÜNYADA
Ermənistanın növbəti təxribatı - Müdafiə Nazirliyi məlumat yaydı
-
FOTO, MANŞET, DİASPORAMIZ DÜNYADA
Ermənilər snayper tüfənglərindən və minaatanlardan mövqelərimizi 102 dəfə atəşə tutub