1 avqust – Əlifba və Dil Bayramı günümüz - QƏNİRƏ PAŞAYEVA YAZIR
01 Avqust 2022, 11:52
01 Avqust
2022
11:52
433
7NEWS.az MM Mədəniyyət komitəsinin sədri Q.Paşayevanın yazısını təqdim edir.
"Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir.
Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm”.
Heydər Əliyev
Ümummilli lider
Azərbaycan Respublikasının öz dövlət müstəqilliyini bərpasından sonra müxtəlif sahələrdə olduğu kimi əlifba sahəsində də islahatlar başlamışdır. 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu, latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesi 2001-ci ildə başa çatdırıldı. Yeni qrafikalı əlifbanın tətbiqinin respublikamızın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində önəmli hadisə olduğunu nəzərə alan Ümummilli lider Heydər Əliyev 2001-ci il avqustun 9-da Fərman imzaladı. 552 saylı bu Fərmanla avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan olundu.
Bəli, dövlət müstəqilliynin qazanılmasından sonra yaranmış tarixi ortam xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması baxımından yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri qıldı. Bu anlamda, Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün milli təqvimə daxil edilməsi tarixi hadisədir.
Dil hər bir millətin öz simasını səciyyələndirən, fərqləndirən önəmli amillərdən biri – milli sərvətdir. Azərbaycan dilinin dövlət dili statusuna yüksəlməsi millətimizin öz taleyinin yiyəsi olmasının, dövlətçilik gələnəyinin unudulmamasının, qorunmasının – məşhur ifadə ilə desək, milli iradənin təntənəsi, xalq ruhunun cəsarətidir. Bu, eyni zamanda dilin zənginliyini sübut edir. Ana dilimiz milli varlığımızı müəyyən edən başlıca amillərdəndir. Qürur qaynağımız ana dilimiz dövlət atributlarımız kimi əzizdir, müqəddəsdir. Bu əzizliyə, müqəddəsliyə xidmət etmiş fikir adamlarımızı, yazarlarımızı, elm və dövlət xadimlərimizi dərin sayğılarla anırıq.
Dövlət müstəqilliyimizi bərpa etdiyimiz 30 ildə görülmüş önəmli işlər öz yerində və gözəlliyndə qalmaqla, ondan, təqribən bir o qədər öncələrə gedək: XX yüzilliyin 70-ci illərinin ortalarından başlayaraq keçmiş SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirildi. SSRİ-nin Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da güclənincə, ana dili məsələsinin təbliği ilə məşğul olmaq doğrudan doğruya cəsarət tələb edirdi. XX yüzilliyin 30-cu illərində dil məsələsini qabardanlar repressiyaya məruz qalmışdı... Bütün olmuşlara, olanlara və ola biləcəklərə baxmayaraq, məhz elə 70-ci illərdə Azərbaycan Respublikasının o zamankı rəhbəri – Ümummilli lider Heydər Əliyev dil məsələsində öz mövqeyini qətiyyətli şəkildə bildirmişdir. Belə ki, Ümummilli liderin təşəbbüsü ilə 27 aprel 1978-ci il tarixində Azərbaycan SSR Konstitusiyasına "Azərbaycan SSR-nin dövlət dili Azərbaycan dilidir” maddəsi əlavə olunmuşdur!
Dövlət dilinin inkişafı, qorunması və yüksək səviyyədə tətbiqi uğrunda ardıcıl mübarizə aparan Ümummilli lider aydınları, yazarları, alimləri, ümumən xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə səfərbər etmişdir.
Heydər Əliyev Azərbaycan dilinin inkişafı və zənginləşməsi yönündə müxtəlif üsul və vasitələrdən istifadə edirdi. Azərbaycanda dilçi alimlərə yüksək diqqət və qayğı göstərilməsi, ana dilində nəşr edilən kitabların tirajının artırılması və digər tədbirlər ana dilinin daha da inkişaf etdirilməsi məqsədinə xidmət edirdi.
Ümummilli lider dövlət dilinin yeni inkişaf dönəmində yaranmış durumu nəzərə alaraq, 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə, müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna önəm daşıyan bu Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş bilgiləri özündə ehtiva edir.
30 sentyabr 2002-ci ildə isə "Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanun qəbul edilmişdir. Qanuna əsasən ana dilimizin dövlət dili olaraq işlədilməsi Azərbaycan Respublikasının müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayılır, dövlət onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır.
Dərin məmnuniyyət hissi ilə vurğulayırıq ki, Ümummilli liderin ana dilimizin qorunması üzrə siyasi xətti indiki ali dövlət rəhbərliyi tərəfindən sədaqətlə, ləyaqətlə davam və inkişaf etdrilir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü ildə imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncam ilə latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlandı. Həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 30 dekabr 2007-ci ildə "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarını məmnuniyətlə qeyd edirik.
Çağdaş dövrün tələblərini və gerçəkliklərini nəzərə alan Azərbaycan Prezidentinin "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 09 aprel 2013-cü il tarixli Sərəncamla təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının, zənginliyinin qorunması baxımından önəmli hadisədir. Adından da göründüyü kimi, bu Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır.
Bu yerdə, Azərbaycan dilinin elektron məkanda geniş istifadəsini təmin edən tədbirləri də unutmuruq. Prezident İlham Əliyevin 17 iyul 2018-ci il tarixli "Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi önəm daşıyır. Dövlət başçımızın 01 noyabr 2018-ci ildə imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq etməkdədir.
Yazımı Azərbaycan Prezidenti İlham Əliyevin sözləri ilə tamamlamaq istərdim: "Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.
DÖVLƏTİMİZ VƏ DİLİMİZ VAR OLUN!
Xəbər lenti
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
-
13:23ABŞ-Aİ-Ermənistan görüşü xüsusi məqsədlərə hesablanıb - Deputat
-
15:07Aİ, ABŞ və Ermənistanın təhlükəligörüşü - İrəvan üçün tələ...
-
10:37Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramil Həsənin 1 illik HESABATI
-
17:20Dayanıqlı inkişafa töhfə verən ali təhsil ocağı
-
09:25Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
09:18"MİNGƏÇEVİR DÖVLƏT UNİVERSİTETİ MODERNLƏŞDİRMƏ YOLUNDA" KİTABI HAQQINDA XOŞ TƏSÜRATLAR
-
12:584 fəsil dəniz mövsümü olan şimal adası
-
15:20“Əlbət ki, məlum terror öncədən planlaşdırılıb...” – Elşən Musayev
-
17:04Beynəlxalq Daun Sindromu Günü ilə bağlı tədbir keçirilib
-
14:16Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
13:132024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
12:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:46QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
16:17“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
10:59“Füzuli Könüllüləri” qrupuna qəbula start verilib
-
11:46Ermənistan Rusiya sərhədçilərini rəsmən qovur - Kremlin cəzası... SENSASİON DETALLAR
-
15:11İKT sahəsində qadın olmaq - FOTO/VİDEO
-
14:33Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
13:52Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!
-
12:51“ASAN Məktub” sosial proqramı balacaların arzularını reallaşdırmağa davam edir
-
11:53“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
30 Mart 2024
29 Mart 2024
28 Mart 2024
26 Mart 2024
25 Mart 2024
23 Mart 2024
19 Mart 2024
18 Mart 2024
15 Mart 2024
14 Mart 2024
13 Mart 2024
Digər xəbərlər
-
GÜNDƏM
Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
SİYASƏT, GÜNDƏM
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
SİYASƏT, GÜNDƏM
Hikmət Hacıyev NATO-nun sabiq Baş katibi Rasmussenlə bağlı paylaşım edib
-
GÜNDƏM
Ramil Həsənin təşəbbüsü ilə növbəti dəfə “Novruz” yardım aksiyasına start verildi
-
GÜNDƏM
2024-cü il üzrə böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Fransa “ilhaq”a “Zvartnos”dan başladı
-
GÜNDƏM
Risk etməyin, 50-50 içmisinizsə, *5050-yə zəng edin!