“Heydər Əliyev müasir Azərbaycanın qurucusu, banisidir”- Elşən Musayev

“Heydər Əliyev müasir Azərbaycanın qurucusu, banisidir”- Elşən Musayev


"Heydər Əliyevin adı Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. O, bu xalqın xilaskarıdır. O, bu millətin Öndəridir. Heydər Əliyevin yürütdüyü düzgün və məqsədyönlü siyasət Azərbaycanı daim təlatümlərdən, bəlalardan qoruyub.

1993-cü ilin 3 oktyabrında keçirilən seçkilər, onun nəticələri əslində Azərbaycan xalqının gələcək taleyini müəyyən etdi və Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə yeni dövr başladı. Bu, gerçək inkişaf dövrü idi. O inkişaf ki, bu günə qədər qüvvədədir və məlum strategiya möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük məharətlə, uğurla davam etdirilir” - Bu sözləri 7news.az-a açıqlamasında Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.

"Heydər Əliyev böyük dühadır. Heydər Əliyev müasir Azərbaycanın qurucusu, banisidir. Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun adı, xatirəsi Azərbaycan var olduqca qəlblərdə yaşayacaq.

Tanrı Heydər Əliyevə qəni-qəni rəhmət eləsin. Heydər Əliyev ideyalarının əsas prioriteti olan güclü, qüdrətli, müstəqil Azərbaycan daim yaşasın, var olsun” – deyə millət vəkili fikirlərinə davam edib.

Xəbər lenti