"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

30 İyun 2025, 12:33
30 İyun
2025
12:33
72
İyun ayının son həftəsi dünya iqtisadiyyatı və maliyyə bazarları üçün həm geosiyasi risklərin, həm də iqtisadi qeyri-müəyyənliklərin pik həddə çatdığı bir həftə oldu. Xüsusilə Yaxın Şərqdəki gərginliklər, neft qiymətlərindəki dalğalanmalar və ABŞ Federal Ehtiyyatlar Sisteminin faiz siyasəti ilə bağlı mesajları qlobal investorların diqqət mərkəzində idi.
İran-İsrail-ABŞ Gərginliyi: Neft Qiymətləri Rekord Səviyyələrdə
Həftənin əvvəlində, 23 iyun tarixində ABŞ və İsrailin İranın əsas nüvə obyektlərinə həyata keçirdiyi hücumlar qlobal enerji bazarlarında ciddi sarsıntıya səbəb oldu. Brent markalı neftin qiyməti son 5 ayın ən yüksək səviyyəsinə – 79.30 dollar/barel səviyyəsinə çatdı. ABŞ-ın "West Texas Intermediate" (WTI) markalı nefti isə 78.58 dollar/barel oldu.
Geosiyasi risklər səbəbindən investorlar təhlükəsiz aktivlərə yönəldi və qızıl, ABŞ xəzinədarlıq istiqrazları və VIX indeksində artım müşahidə edildi.
Bunun ardınca İran tərəfindən Qətərdəki ABŞ hərbi bazasına raket hücumu baş verdi. Regiondakı digər ABŞ bazaları isə yüksək hazırlıq rejiminə keçirildi.
Atəşkəs Razılaşması: Bazarlar Rahat Nəfəs Aldı
Bazar ertəsi gecə saatlarında ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında İsrail və İran arasında əldə olunmuş atəşkəs razılaşmasını elan etdi.
Bu açıqlama "Wall Street"-də müsbət reaksiyalara səbəb oldu. "SP 500" 0.6%, "Nasdaq 100" 0.8%, "Dow Jones" isə 0.4% yüksəldi.
FED və Faiz Gözləntiləri: Yumşaq Tonlu Siqnallar
Geosiyasi gərginlik fonunda ABŞ Federal Ehtiyyatlar Sisteminin monetar siyasətinin gələcəyinə dair açıqlamalar da bazarlar üçün önəmli gündəm oldu. FED-in İdarə Heyəti üzvü Mişel Bouman iyul ayında mümkün faiz endiriminin ehtimalını gücləndirən "güyərçin" tonlu açıqlamalar verdi.
Bu, investorlar arasında likvidlik optimizmi yaratdı və aksiyalarda alış təzyiqini artırdı.
Qlobal Səhm Bazarlarının Performansı
Həftə ərzində atəşkəs razılaşmasının təsiri, FED-dən gələn yumşaq siqnallar və neft qiymətlərindəki geri çəkilmə fonunda qlobal səhm bazarları əsasən müsbət trend göstərdi:
24 iyun – İsrail-İran atəşkəsi sayəsində Avropa və ABŞ indeksləri yüksəldi, neft isə ucuzlaşdı.
25–27 iyun – ABŞ fond indeksləri rekord səviyyələrə yaxınlaşdı, texnoloji sektor ön planda oldu. Xüsusilə, "Tesla" səhmləri, Austin, Texasda Robotaksi xidmətinin rəsmi işə düşməsi ilə 8%-dən çox bahalaşdı.
Valyuta Bazarları və Makroiqtisadi Göstəricilər
Geosiyasi risklər fonunda bəzi valyutalarda zəifləmə müşahidə olundu. Xüsusilə Asiya valyutaları, o cümlədən Hindistan Rupisi, təzyiq altına düşdü. Amma neft qiymətlərinin enməsi bu təzyiqləri qismən yumşaltdı.
ABŞ-da istehlakçı inam indeksi aşağı düşərək 93.0 səviyyəsinə gerilədi. Bu isə əmək bazarı və istehlakçı xərclərində zəifləmə risklərini artırdı.
Çində isə istehsalat PMI göstəricisi 49.7 ilə 50-nin altında qalaraq iqtisadi zəiflik siqnalı verdi.
Ötən həftəyə 1.14560 və 1.33980 səviyyələrində start verən EURUSD və GBPUSD valyuta cütlükləri müvafiq olaraq 1.17530 və 1.37700 səviyyələrinə qədər bahalaşdı.
"Güvənli liman" maliyyə aləti kimi qızıl artan geosiyasi risklər fonunda 3397$-a kimi bahalaşsa da, Yaxın Şərqdə hərbi ritorikanın təşkəslə əvəzlənməsi xəbərlərinin təsiri ilə həftəni 3275$ səviyyəsinə kimi ucuzlaşdı və həftəni bu səviyyədə tamamladı. Hazırda 3279$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altında qaldığı müddətcə eniş tendensiyası davam edə bilər.
Cari həftə ərzində bütün bazar iştirakçılarının diqqət mərkəzindəki əsas məqam Amerika Federal Ehtiyyatlar Sistemi (FED), İngiltərə Bankı (BoE), Avropa Mərkəzi Bankı (ECB) sədrlərinin çıxışları və Amerikada dərc olunacaq əmək bazarı, xüsusilə də "NFP" hesabatı olacaq.
Həmçinin, İngiltərədə, Avrozonada, Almaniyada və Amerikada dərc olunacaq sənaye və xidmət sektorlarında, eləcə də, kompozit Biznes Aktivliyi İndeksi, eyni zamanda, Avrozonada, Almaniyada, İsveçrədə və Türkiyədə yayımlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ) kimi önəmli iqtisadi statistik rəqəmlər birjalarda ciddi qiymət dəyişikliklərinə səbəb ola bilər.
Bu həftə Amerikada açıqlanacaq "JOLTS" Boş İşyerləri və Vakansiyalar Hesabatı, İşsizlik Müavinəti üçün Müraciətlərin Sayı göstəriciləri də investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdəndir.
EUR
Ötən həftəni 1.172000 həddində tamamlayan EURUSD məzənnəsi yeni həftənin əvvəlində də artım tendensiyasını qoruyur.
Hazırda 1.17200 həddində ticarət olunan məzənnədə "buğalar" qiyməti 1.17000 həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
Qeyd etmək lazımdır ki, cari həftə ərzində Almaniyada və Avrozonada açıqlanacaq PMİ və CPİ göstəriciləri, eləcə də, Avropa Mərkəzi Bankının sədri Kristin Laqardın baş tutacaq çıxışlarında verə biləcəyi açıqlamaları avronun valyuta birjalarında qiymətlərinə təsir edə bilər.
GBP
Ötən həftəni 1.37200 səviyyəsində tamamlayan GBPUSD valyuta cütlüyü yeni həftəyə də artımla başlayıb. Hazırda 1.37250 səviyyəsində ticarət olunan məzənnədə "buğalar" qiyməti 1.37$ həddinin üzərində saxlaya bilsələr, artım tendensiyası daha kəskin xarakter bilər.
Bu həftənin İngiltərədə dərc olunacaq həm PMİ və ÜDM hesabatları, həm də İngiltərənin Baş bankirinin baş tutacaq çıxışları funt-sterlinqin dünya bazarlarındakı qiymətinə ciddi təsir edə bilər.
XAUUSD
Ötən həftəni 3275$-da başa vuran dəyərli metal yeni həftəyə də enişlə başlayıb və 3247.50$-a kimi ucuzlaşdı. Hazırda 3280$-a ticarət olunan qızılın qiyməti 3400$ həddinin altındaq qaldığı müddətcə, eniş tendensiyası davam edə bilər.
"İNVEST-AZ İnvestisiya Şirkəti" QSC-nin
Tədris və Analiz Departamenti
"İNVEST-AZ İnvestisiya Şirkəti"nin fəaliyyətini Azərbaycan Mərkəzi Bankı tənzimləyir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və "İNVEST-AZ İnvestisiya Şirkəti" yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Xəbər lenti
-
19:35Mingəçevir Dövlət Universiteti “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur
-
22:31AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
16:24"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
14:40Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
14:36Çinarə Ağayeva
-
14:34Ali Məhkəmədə Pakistanın hüquq və ədliyyə naziri ilə görüş keçirilib
-
18:33Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
17:24Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
22:45Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
17:57“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota
-
12:33"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
18:18Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası BƏYANAT yaydı: RUSİYA DƏRHAL ÜZR İSTƏMƏLİDİR
-
15:40ASGA Minsk şəhərində Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində növbəti tədbirini reallaşdırdı - FOTO+VİDEO
-
14:08Məhərrəm Əliyev Azərbaycan-Belarus Gənclər Forumu iştirakçılarını qəbul etdi - FOTOLAR
-
09:43Aida Mustafayeva- Azərbaycan Qan Donor Mərkəzinin fəxri üzvü seçilib
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
11 İyul 2025
10 İyul 2025
08 İyul 2025
05 İyul 2025
01 İyul 2025
30 İyun 2025
29 İyun 2025
23 İyun 2025
21 İyun 2025
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
Digər xəbərlər
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti “Azərbaycan İES” MMC ilə yeni universitet-sənaye əməkdaşlığı modeli qurur
-
SİYASƏT
AYAK İB şəhid Vüqar İsmayılova həsr olunmuş videoçarxı təqdim etdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
"YAŞAT" düşərgəsinin 4-cü həftəsi başa çatıb
-
SİYASƏT
Veysəloğlu Şirkətlər Qrupunun elan etdiyi “Qida Təhlükəsizliyi Ayı”na yekun vuruldu
-
SİYASƏT
Çinarə Ağayeva
-
SİYASƏT
Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
SİYASƏT
Mingəçevir Dövlət Universiteti regionun ən böyük istehsalat kompleksi olan "Azəralüminium" MMC ilə Əməkdaşlıq Memorandumu bağlayıb
-
SİYASƏT
Mingəçevir Dövlət Universitetinin Elmi Şurasının Şəkidə iclası keçirilib: Tələbələrə əlavə təqaüdlərin verilməsi və differensial əmək haqqı sisteminə keçidlə bağlı qərarlar qəbul edilib
-
MANŞET, SİYASƏT
“Daxili işlərimizə qarışmayın!” - Azərbaycandan Rusiyaya nota