Agentlikdə Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib

26 Noyabr 2022, 11:48
26 Noyabr
2022
11:48
1035
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Azərbaycanda səfərdə olan Vyetnam Kommunist Partiyası (VKP) Xarici əlaqələr komissiyası sədrinin müavini xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Keçirilən görüşdə Azərbaycan Respublikasının Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Agentliyin əməkdaşları, xanım Nguyen Thi Hoang Vanın rəhbərlik etdiyi nümayəndə heyəti iştirak ediblər.
Qonaqları salamlayan Agentliyin Müşahidə Şurasının sədr müavini cənab Vüsal Quliyev qeyd edib ki, Azərbaycan ilə Vyetnam arasında dostluq və əməkdaşlıq münasibətlərinin əsası hələ ötən əsrdə xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulub. Eyni zamanda beynəlxalq təşkilatlar, xüsusilə də BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan konstruktiv əməkdaşlıq olub. Vyetnam hər zaman BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına hər zaman dəstək verib. O daha sonra iki ölkə vətəndaş cəmiyyəti arasında əlaqələrin qurulması vacibliyini qeyd edərək gələcəkdə bu istiqamətdə qarşılıqlı layihələrin icra olunmasının vacibliyini vurğulayıb.
Daha sonra çıxış edən xanım Nguyen Thi Hoang Van Azərbaycan-Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin son illər ərzində bütün spektr üzrə inkişaf etdiyini vurğulayaraq, siyasi, ticarət və iqtisadiyyat, energetika, kənd təsərrüfatı, nəqliyyat və humanitar sahələrdə qarşılıqlı tərəfdaşlığın genişləndirilməsi istiqamətində uğurların əldə olunduğunu vurğulayıb. Bu səbəbdən iki ölkənin QHT-ləri arasında əlaqələrin inkişaf etdirilməsi vacibliyini dəstəklədiyini vurğulayıb.
Sonra çıxış edən Agentliyin İcraçı direktoru Aygün Əliyeva Agentliyin fəaliyyəti və gələcək hədəfləri barədə qonaqlara məlumat verib. A.Əliyeva bildirib ki, Agentliyin yaradılması fəlsəfəsində ölkənin vətəndaş cəmiyyəti insititutlarının inkişafı və onların Azərbaycanda rahat və şəffaf fəaliyyətinin qurulmasını təmin etmək durur. Bu istiqamətdə Agentlik təkcə daxili deyil, beynəlxalq istiqamətdə də təcrübələrdən istifadə etməyi əsas hədəf götürüb.
Görüşün yekunu olaraq Agentliyin adından nümayəndə heyətinə xatirə hədiyyəsi təqdim edilib.
Xəbər lenti
-
17:49“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:20DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
11:40Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:12Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:31İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:09Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:53“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:16Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:35Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:42“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:34“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
17:00Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
-
10:29"Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyətdən danışıb" - DEPUTAT
-
17:59Avropa İttifaqı Zəngəzur sərhədinə patrul xidməti göndərdi
-
15:19"Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir" - DEPUTAT
-
14:40“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb
-
13:50“Prezident İlham Əliyevin çıxışı bir çox strateji hədəfləri özündə ehtiva edir” – PARTİYA SƏDRİ
-
11:00“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:40"Çin sözün gerçək anlamında Azərbaycanın dostudur" - Partiya Sədri
-
12:10“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov
-
11:10“Bu müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır” - TƏHLİL
30 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
23 Yanvar 2023
20 Yanvar 2023
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
SİYASƏT, GÜNDƏM
“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
SİYASƏT
DTX-dən xəbərdarlıq!
-
SİYASƏT
Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
SİYASƏT
“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
SİYASƏT
Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
SİYASƏT, GÜNDƏM
İran dövləti neyləyir? - TƏHLİL
-
SİYASƏT
Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı