Agentlikdə “Təhsil islahatları və ictimai təşəbbüslər” mövzusunda dəyirmi masa keçirilib

18 Noyabr 2022, 15:11
18 Noyabr
2022
15:11
79
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin ofisində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şura ilə birgə "Təhsil islahatları və ictimai təşəbbüslər ” mövzusunda dəyirmi masa keçirilib.
Keçirilən görüşdə Agentliyin Müşahidə Şurasının üzvləri İlqar Orucov, Günel Səfərova, İsrayıl İsgəndərov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, "Peşəyönümlü Təhsilinin İnkişafına Yardım” İctimai Birliyinin təsisçisi, dosent İlham Əhmədov, elm, təhsil sahəsində çalışan qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Əvvəlcə görüşü giriş nitqi ilə açan Agentliyin Müşahidə Şurasının üzvü İlqar Orucov bildirib ki, "Təhsil islahatları və ictimai təşəbbüslər” mövzusunda qeyri-hökumət təşkilatları ilə görüşlərin təşkil edilməsi olduqca aktual məsələdir. Çünki, qeyri-hökumət təşkilatları bütün sahələrdə olduğu kimi elm və təhsil sahəsində də uğurlu layihələr icra edirlər. Ölkə Prezidentinin təhsil sektoruna göstərdiyi diqqət və qayğı nəticəsində son illər təhsil tariximizdə yüksək inkişaf, bütün sahələrdə islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur, təhsil sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınır.
Daha sonra çıxış edən Agentliyin Müşahidə Şurasının üzvü Günel Səfərova bildirib ki, məqsəd bütün maraqlı tərəflərlə səmərəli dialoq qurmaq və mövcud vəziyyəti yaxşılaşdırmaq üçün reallıqları müzakirə etmək, ictimai rəyi öyrənmək və təhsildə inkişafın mümkün istiqamətlərini nəzərdən keçirməkdir. G.Səfərova bildirib ki, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında yaradılan İctimai Şura vətəndaşların, dövlət idarəetmə prosesində yaxından iştirakı, ictimai nəzarətin təşkili, ictimai rəyin nəzərə alınması kimi mühüm missiyanı həyata keçirir, ictimaiyyətlə məsləhətləşmələr, ictimai müzakirələr və ictimai dinləmələr, yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi demokratik dəyişikliklər təhsilimizin daha da inkişafına və tərəqqisinə öz layiqli töhfəsini verir.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri, Elnur Nəsibov bildirib ki, təhsil sahəsində həyata keçirilən islahatlar prosesində müxtəlif maraq qruplarının iştirakının təmin olunması olduqca vacibdir. Vətəndaş cəmiyyəti institutları və ayrı-ayrı tədqiqatçılar ilə təhsil sahəsində mövcud olan problemlərin araşdırılması və həll edilməsi yönündə sıx əməkdaşlığın qurulması Təhsil Nazirliyinin prioritet istiqamətlərindəndir. Hesab edirəm ki, bu gün keçirilən görüşdə səsləndirilən təkliflər bu istiqamətdə daha məhsuldar olacaqdır.
Çıxış edən digər natiqlər Agentliyin Müşahidə Şurasının üzvü İsrayıl İsgəndərov, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev, "Peşəyönümlü Təhsilinin İnkişafına Yardım” İctimai Birliyinin təsisçisi, dosent İlham Əhmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ) sədrinin müavini Mirzə Cəfərzadə bildiriblər ki, təcrübə göstərir ki, elmi-texnoloji tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində praktiki bilik və bacarıqlarla zənginləşməyən, sırf nəzəri xarakter daşıyan təhsil öz fundamental əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bacarıqların, səriştənin vacibliyi önə çəkilməlidir. Təhsilin məzmunu texnoloji yenilikləri nəzərə almaqla inkişaf etdirilməli, ümumi təhsil pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu halda, peşə, orta ixtisas və ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas götürülməli, əmək bazarında iş təklif edən bütün subyektlər, dövlət və özəl olmasından asılı olmayaraq, maraqlı tərəfə çevrilməlidir. O cümlədən, Elm və Təhsil Nazirliyinin şöbə müdiri Elnur Əliyev "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” haqqında təqdimat edib.
Görüşdə çıxış edən qeyri-hökumət təşkilatlarının rəhbərləri – İradə Əlili, Gülnarə Vəlixanlı, Səbuhi Abdullayev, Murad Ağalarov, Nərmin Zülfüqarlı, Fəxrəddin Həsənzadə, Azər Ələkbərov, Mayıs Əliyev, Kamil Həmidov, Esmira Rəhimova və Orxan Naqdiyev bildiriblər ki, müasir dövrün çağırışlarına uyğun olaraq dünyada təhsilin inkişaf tendensiyaları dəyişməkdədir. Hazırda süni intellekt həyatımızın və məişətimizin bütün sahələrinə nüfuz etməkdədir. Cəmiyyət yeni sənaye və texnoloji inqilab ərəfəsindədir və təhsil sistemi bu reallığa hazır olmalı, gənc nəsli müasir dövrdən kəskin fərqlənəcək gələcək dövrə hazırlamaq üçün onlara yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Dövlət və özəl sektor, təhsil orqanları, təhsil müəssisələri və bütün cəmiyyət səylərini bu məqsəd ətrafında cəmləşdirməlidir. Yalnız birgə təşəbbüslər və fəaliyyətlər nəticəsində keyfiyyətli və rəqabətqabiliyyətli insan kapitalı formalaşdırmaqla ölkəmizin tərəqqisinə nail olmaq olar.
Çıxışlardan sonra görüş qarşılıqlı diskussiya şəkilində davam edib və mövzu ilə bağlı təkilflər səsləndirilib.






Xəbər lenti
-
17:49“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
17:02“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
14:20DTX-dən xəbərdarlıq!
-
09:54Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
16:10“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
16:04Deputat Ramil Həsən Ucarda seçicilərlə növbəti dəfə görüşdü
-
15:38“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:33QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
14:14Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
11:40Azərbaycan-Macarıstan münasibətlərinin inkişafında yeni mərhələ
-
17:15İran dövləti neyləyir? - TƏHLİL
-
12:12Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı
-
10:58İrandakı terrorla bağlı paylaşımlar dünya trendi olub
-
18:31İran terror hadisəsi törətdi, indi də "artsax" aksiyası edir
-
17:09Ağdaşda bu ilin ilk Aqrar İnnovasiya Festivalı keçirilib
-
16:53“Rəqəmsal jurnalistika” təlim proqramı uğurla yekunlaşıb
-
16:16Səfirliyimizə qarşı hücum edən terrorçunu zərərsizləşdirən Şuşalı Vasif kimdir? (ÖZƏL FOTOLAR)
-
15:32İrandakı səfirimizdən terror hücumu ilə bağlı - Açıqlama
-
14:30“Məlum hadisəyə görə bütün məsuliyyət İran dövlətinin və hökümətinin üzərindədir!” – BƏYANAT
-
12:15“Bu, terrorun pik nöqtəsidir!” – Deputatdan səfirlikdəki hadisə ilə bağlı açıqlama
-
10:35Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum: Ölən və yaralanan var - VİDEO- FOTO
-
20:54“Erkin Qədirli elə böyük qəbahət edib ki...” – Partiya Sədri
-
16:42“MEDİA könüllüləri” Proqramına yenidən qeydiyyat başladı
-
16:06Qərbi Azərbaycana Qayıdış Konsepsiyası təsdiqləndi
-
15:122022-ci ildə “Kənddən şəhərə” yarmarkalarında 48 rayondan 1384 fermer öz məhsulunu satışa çıxarıb
-
20:34“Hesab edirəm ki, Erkin Qədirli təcili şəkildə öz həmkarlarından üzr istəməlidir” – Elşən Musayev
-
17:00Deputat Ramil Həsən Milli Məclisin inzibati binasında seçiciləri ilə görüşüb
-
16:13“Park Yasamal”dan göl mənzərəli mənzillər!
-
18:24MEDİA-nın üçüncü könüllülük proqramı uğurla yekunlaşıb
-
16:57Agentlik “Şuşa İli”nə həsr olunmuş qrant müsabiqəsinin yekunlarına dair mətbuat konfransı keçirib
-
13:09Kristal Abşeron imzalı 2 möhtəşəm layihə - “SkyHome” və “Park Əcəmi”
-
10:29"Prezident İlham Əliyev keçirdiyi bütün görüşlərdə Laçın yolu ətrafında yaranmış vəziyyətdən danışıb" - DEPUTAT
-
17:59Avropa İttifaqı Zəngəzur sərhədinə patrul xidməti göndərdi
-
15:19"Bu, Prezident İlham Əliyevin şəxsiyyətinə marağın və rəğbətin göstəricisidir" - DEPUTAT
-
14:40“Rəqəmsal jurnalistika” təlimlərinə başlanılıb
-
13:50“Prezident İlham Əliyevin çıxışı bir çox strateji hədəfləri özündə ehtiva edir” – PARTİYA SƏDRİ
-
11:00“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
14:40"Çin sözün gerçək anlamında Azərbaycanın dostudur" - Partiya Sədri
-
12:10“Avropa Parlamentinin 18 yanvar tarixli qətnaməsi anti-Azərbaycan qüvvələrinin növbəti sifarişidir” – Səbuhi Abbasov
-
11:10“Bu müstəqillik illərində sosial sahədə ən böyük ayırmadır” - TƏHLİL
30 Yanvar 2023
28 Yanvar 2023
27 Yanvar 2023
26 Yanvar 2023
25 Yanvar 2023
24 Yanvar 2023
23 Yanvar 2023
20 Yanvar 2023
Digər xəbərlər
-
MANŞET, SİYASƏT
“Macarıstan və Azərbaycan arasındakı münasibətlər günü-gündən inkişaf edir.” – PARTİYA SƏDRİ
-
SİYASƏT, GÜNDƏM
“İranın casuslarından biri də radikal müxalifətdəki ünsürlərdir.” – Elşən Musayev
-
SİYASƏT
DTX-dən xəbərdarlıq!
-
SİYASƏT
Laçına gətirilmiş yak sürüsünün yerli şəraitə adaptasiya prosesi davam edir
-
SİYASƏT
“Məsuliyyət molla rejiminin üzərindədir” MÜSAHİBƏ
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Rəy Komissiyasının ilk iclası keçirilib
-
SİYASƏT
Adil Əliyev şəhid ailələri və qaziləri qəbul edib
-
SİYASƏT, GÜNDƏM
İran dövləti neyləyir? - TƏHLİL
-
SİYASƏT
Azərbaycanda fəaliyyət göstərən 522 qeyri-hökumət təşkilatlarının Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı bəyanatı