Alimlər bircə koronavirus xəstəsi belə olmayan şəhərin sirrini aça bilmir

Alimlər bircə koronavirus xəstəsi belə olmayan şəhərin sirrini aça bilmir
Bələdiyyə başçısı Oleq Borovskinin koronavirus pandemiyası səbəbindən məhdudlaşdırıcı tədbirlər tətbiq etməkdən imtina etdiyi Sayanskda bir nəfər də yoluxan yoxdur.

7News.Az xəbər verir ki bu haqda KP.ru saytının məlumatında deyilir. Şəhərdə bərbərxanalar, uşaq bağçaları, hətta ticarət mərkəzləri də işləyir. 
Məktəblərsə sırf distant təhsilə maraq göstərdiklərinə görə açılmayıb. Lakin restoran və klublar ona görə açılmayıb ki, bunu pandemiya zamanı tamamilə uyğunsuz hesab ediblər.

Borovski qeyd edib ki, bütün bu müddət ərzində şəhərdə koronavirusla yoluxma hadisəsi baş verməyib. "Bizdə daha çox qripə yoluxurlar. Sayanskda evində müalicə olunan 10 nəfər qeyri-koronavirus sətəlcəm xəstəsi var, indi yəni buna görə karantin tətbiq etməliyəm?” - bələdiyyə başçısı deyib.

İrkutsk vilayətinin Səhiyyə Nazirliyinin baş mütəxəssisi - epidemioloq İrina Lisyanskaya bu fenomenin elmi izahının olmadığını qeyd edib. Tibb Akademiyasının Epidemiologiya və Mikrobiologiya şöbəsinin əməkdaşı, epidemioloq Yuri Lısanov isə iki versiya irəli sürüb. Birincisi, zəif koronavirus testləri ola bilər. Bu isə o demək olardı ki, insanlar xəstəliyi simptomlar olmadan keçirir. Ancaq bu ola bilməz – bu, hər bir halda özünü nəcürsə biruzə verərdi. Və ikinci versiya - yanvar və fevral aylarında Sayanskda SARS virusuyla bağlı onsuz da kəskin artım olub, bu da Çindən gələnlərin timsalında koronavirus ola bilərdi. Eyni şeylər bütün Sibirə də aiddir, bu da artıq xəstəliyin keçirilmiş olmasıdır ki, indi aşağı xəstələnmə göstəriciləri qeydə alınır. "Bəlkə də yazda kiçik, yığcam Sayansk kollektiv immunitet qazanıb. Bəxtləri gətirib”, - Lısanov deyib.

Lısanov həmçinin İrkutsk bölgəsində koronavirusla bağlı daha iki "anomal" yerin adını çəkib. Bunlar İrkutsk alüminium zavodunun yerləşdiyi və xəstələnmə nisbətində artımın gözlənildiyi Şelexov şəhəri və Çeremxovski rayonudur. Ancaq artım olmayıb, yoluxanların sayı minimal oldu. Beləliklə, viroloq hesab edir ki, bu fenomenlər əlavə tədqiqat tələb edir.

7News.Az

Xəbər lenti