Ayağımız altındakı “ölüm tələləri” - Ərazimiz minalardan neçə ilə təmizlənəcək?
28 May 2022, 10:55
28 May
2022
10:55
784
"Ukraynada ən azı 300 min kvadratmetr ərazini minalardan təmizləmək lazımdır. Ərazilərin partlayıcı obyektlərdən təmizlənməsi üçün isə təxminən 5-7 il lazımdır”.
Bunu Ukraynada yaradılmış Humanitar Minatəmizləmə üzrə Beynəlxalq Koordinasiya Mərkəzinin ilk iclası zamanı Ukrayna daxili işlər nazirinin müavini söyləyib
Onun sözlərindən belə çıxır ki, bu hesablama ilə Azərbaycana azad elədiyi təxminən 10 min kv km ərazisini təmizləmək üçün qat-qat az zaman lazım olmalıdır. Belədirmi?
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev minalardan təmizlənmə prosesini Azərbaycanın uğurla apardığını qeyd etdi: "Minaların zərərsizləşdirilməsi ilə bağlı mövzu birbaşa təhlükəsizlik məsələsidir və eyni zamanda müharibənin, silahlı münaqişələrin baş verdiyi ərazilərdə həmin müharibələr və münaqişələr bitdikdən sonra yeni infrastruktur formalaşdırmaq üçün tələb olunan əsas komponentlərdən biridir. Amma bu xüsusda ölkələr arasındakı fərqi də nəzərə almaq lazımdır, xüsusən Ukrayna ilə müqayisə aparılarkən. Belə ki, hazırda Ukrayna ilə Rusiya arasındakı müharibə geniş fazaya keçib və məlum mərhələdə minalı əraziləri müəyyənləşdirmək, təyin etmək çox çətindir. Azərbaycan isə 44 günlük müharibəni qələbə ilə bitirib və dərhal da ərazilərin minalardan təmizlənməsi prosesinə başlanılıb. Eyni zamanda bu sahədə xarici mütəxəssislərlə də geniş müzakirələr aparılıb, həmin mütəxəssislərin işğaldan azad olunmuş bölgələrdə iş prosesinə cəlb edilməsi reallaşıb.
Elşən Musayev: "Qarabağımızda minalardan təmizlənmə prosesi çox uğurla davam etdirilir”
Minalardan təmizlənmə ağır prosesdir və burada zamanın qısalması bayaq haqqında danışdığım mütəxəssis heyətinin sayı və bu sahədə istifadə olunan texnikaların səviyyəsi ilə də birbaşa əlaqədardır. Sırf Azərbaycanla bağlı isə onu deyə bilərəm ki, işğaldan azad olunmuş ərazilərimizdə minalardan təmizlənmə prosesi ən yüksək intensivliklə həyata keçirilir və bu sahədə ixtisaslaşmış aidiyyəti qurumun demək olar tam heyəti həmin prosesə cəlb edilib. Sadəcə bir məqamı nəzərə almaq lazımdır ki, hələ ikinci Dünya müharibəsindən qalma minalar belə tam zərərsizləşdirilə bilməyib və müxtəlif ölkə ərazilərində, əsas da dağlıq zonalarda qalıb, zaman-zaman partlayır və insan tələfatına səbəb olur. Yəni, minaların zərərsizləşdirilməsi mövzusunda 100 faizlik qarantiyadan danışmaq çox çətindir. Amma nəticəni maksimuma yaxın çatdırmaq, irəlilətmək mümkündür. Bir daha qeyd etmək istəyirəm: İşğaldan azad olunmuş ərazilərdə, doğma Qarabağımızda minalardan təmizlənmə prosesi çox uğurla davam etdirilir və bu istiqamətdə artıq müsbət nəticələr əldə edilib".
Şəhla Cəlilzadə: "Bu problemin birdəfəlik həlli yaxın gələcəkdə mümkün görünmür”
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə minalarla bağlı apardığı ümumi araşdırma olduqca maraqlıdır: "Mina bütün digər silahlarla müqayisədə ən uzunmüddətli təsirə malik silahlardan hesab edilir. Belə ki, hətta müharibə bitdikdən 50 il sonra torpaq altında basdırılan minaların aktiv qaldığı və illər sonra təsadüfi üstünə basma nəticəsində partlayaraq insan tələfatına səbəb olduğu bilinməkdədir. Bu gün dünyanın 64 ölkəsi mina təhlükəsi ilə üz-üzə olsa da, bu problemin birdəfəlik həlli yaxın gələcəkdə mümkün görünmür. UNICEF-in məlumatına görə, 1975-ci ildən bəri dünyada 1 milyondan çox insan minaya düşərək həlak olmuş, hazırda da hər ay 800 nəfərin minaya düşmə nəticəsində həyatını itirdiyi təsbit edilmişdir. Dünyanın ən çox minalanmış əraziləri olaraq Əfqanıstan, Anqola və Kamboca göstərilə bilər. Bu günədək Bosniya və Herseqovina Avropanın ən çox minalanmış torpaqlarından hesab edilirdi, artıq bu sıraya Rusiyanın 2022-ci ilin 24 fevralında başlatdığı və hələ də davam edən müharibə nəticəsində Ukrayna da qoşuldu. Ermənistan-Azərbaycan arasında yaşanan I və II Qarabağ müharibələri nəticəsində son 30 ildə burada torpağa ağacdan çox mina basdırılıb. Burada yüz minlərlə minadan söhbət gedir. Xüsusilə torpaqlarımızın işğaldan azad edilməsindən sonra bölgəyə səfər edən mülki şəxslər, bölgədə yenidənqurma işlərində iştirak edən işçilər, o cümlədən rəsmi səfər edən jurnalistlər (Sirac Abışov və Məhərrəm İbrahimov) və bölgədə olan hərbçilər, kimliyindən asılı olmayaraq bu minalardan sığortalanmayıblar. Ümumilikdə 1-ci Qarabağ müharibəsindən sonra Azərbaycanda 600 nəfər mülki şəxs minaya düşərək həlak olub, 2400 nəfərdən çox insan isə yaralanıb. II Qarabağ müharibəsinin üçtərəfli bəyanat ilə başa çatdığı 10 noyabr 2020 tarixindən günümüzədək (23 fevral 2022-ci il tarixinə olan ən son məlumata görə) sülhməramlılar, hərbçilər və dinc sakinlər daxil olmaqla ümumilikdə 100-dən çox şəxs minaya düşmüş, onlardan 85 nəfəri mülki şəxs olmuşdur ki, bu da 30 nəfər mülki şəxsin həyatını itirməsinə səbəb olmuşdur. Ümumiyyətlə torpaqların minalardan təmizlənməsi olduqca çətin və vaxt aparan bir prosesdir. Bu, çox yavaş və bahalı proses olsa da, mümkünsüz də deyil. Məsələn, Mozambikin minalardan təmizlənməsi 22 il vaxt aparmışsa da, 2015-ci ildə proses tamamən başa çatmış və ölkə minalardan azad elan olunmuşdur. 2020-ci ildə Çili (21 illik çalışmalardan sonra) və Birləşmiş Krallıq (40 illik çalışmalardan sonra daha öncə müharibə gedən Folkland adalarının) minalardan tamamilə azad olduqlarını elan etmişlər.
Azərbaycan tərəfi II Qarabağ müharibəsinin başa çatmasından sonra dəfələrlə Ermənistana sülh çağırışları etmiş, konstruktiv qarşılıqlı münasibətlərin bərpasına dəvət etmişdir. Danışıqlar çərçivəsində Ermənistandan mina xəritələrinin Azərbaycan tərəfinə verilməsi tələb olunsa da, Ermənistandan verilən xəritələr cəmi 25% dəqiqliyə malik olub. Az və ya çox zaman və məbləğ xərclənəcəyindən asılı olmayaraq, əvvəl-axır Azərbaycan öz torpaqlarını işğaldan azad etdiyi kimi, minalardan da azad edəcək. Lakin bu prosesdə Ermənistanın minalanmış ərazilərin dəqiq xəritəsini təqdim etməklə verə biləcəyi töhfəsi onun özü üçün də, Azərbaycan-Ermənistan münasibətlərinin bərpası üçün də faydalı olacaq. Bölgənin minalardan təmizlənməsi məcburi köçkünlərin öz yurd-yuvalarına daha tez qayıtması, regionun iqtisadi olaraq daha tez canlanması, Azərbaycan-Ermənistan münasibətlərinin inkişafı, həmçinin bütün Cənubi Qafqaz regionu üçün yeni iqtisadi və siyasi əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxara bilər. Odur ki, Ermənistanı revanşa deyil, sülhə köklənməyə, destruktiv deyil konstruktiv mövqe tutmağa, özləri də daxil olmaqla bütün regionun inkişafını ləngitməməyə çağırırıq".
Cavanşir ABBASLI,
"Yeni Müsavat”
Xəbər lenti
-
15:51"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
13:46Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
12:35Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
11:04Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
17:02QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
11:08Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
16:27100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
13:46“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz.
-
13:59“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
12:17Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir
-
11:05Ulu öndər Heydər Əliyevin titanik fəaliyyəti olub
-
16:08“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
-
12:53Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
-
11:31Deputat: “Əli Kərimlidən soruşan lazım ki, ay bədbəxt, nə düşmüsən bu Şvabenin arxasına? — “Ayı potası anasının arxasınca düşən kimi...”
-
11:04Səbail MKS-nin Mərkəzi Kitabxanasında Elçin Mirzəbəyli ilə görüş keçirilib
-
18:31O boyda parlament gör kimlərin ümidinə qalıb…
-
14:41Akademik Zərifə Əliyeva Azərbaycan oftalmologiya elmini dünyada tanıdıb
-
14:37Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
-
15:18Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
-
11:19Naxçıvanda “QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı” keçiriləcək
-
10:56Azərbaycanın Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhfələr (3-cü yazı)
-
16:42Qan donorluğu və irsi qan xəstəliyi ilə bağlı maarifləndirici tədbir təşkil olunub
-
10:24ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi baş tutub
-
18:04Xankəndidə ilk körpə dünyaya gəlib
-
17:59Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
-
17:37Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib
-
12:45Qazaxın işğaldan azad edilən kəndlərindən görüntülər - Erməni postları sökülür
-
12:42Prezident Rusiyada səfərdədir (FOTO)
-
12:39"Bilim Bakı"nın şagirdləri növbəti uğura imza atıblar
-
18:12Oxuduğu məktəbdə adı əbədiləşən şəhidin atası: “Sanki atasını qarşılayır” - VİDEO
-
13:00Aygün Əliyeva “Mir Şahinin vaxtı”nda: "Bizə yalnız effektiv nəticələr lazımdır"
-
11:37Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
13:11Oslo Bəyannaməsi insan inkişafının təmin olunmasında yeni çağırışları ortaya qoyur ŞƏRH
-
16:52“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
-
12:55“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
10:27Şəhid və yaralıların olması barədə saxta xəbər yayanlar tutulub –DTX və MEDİA-dan BİRGƏ AÇIQLAMA
-
10:11“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası keçirilib
-
10:47Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
-
11:35Ermənisayağı “iqtisadi sıçrayış”
18 May 2024
17 May 2024
16 May 2024
13 May 2024
09 May 2024
08 May 2024
06 May 2024
04 May 2024
03 May 2024
01 May 2024
28 Aprel 2024
26 Aprel 2024
25 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
19 Aprel 2024
18 Aprel 2024
16 Aprel 2024
09 Aprel 2024
07 Aprel 2024
06 Aprel 2024
03 Aprel 2024
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
"Darmanensən, "darmayed"sən, nəsən, bilmirəm, amma....
-
MANŞET, SİYASƏT
Azərbaycan və İran prezidentlərinin iştirakı ilə “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir - FOTO
-
SİYASƏT
Varşava Universitetində xarici tələbələr arasında keçirilən "Cultural Hotspot" adlı tədbirdə tələbə soydaşlarımız vətənimizi layiqincə təmsil etdilər
-
SİYASƏT
Siyasi dialoq və siyasi münasibətlər dayanıqlı inkişafın mühüm elementidir
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib
-
SİYASƏT
Deputat Ramil Həsən Bağban kəndində seçiciləri ilə görüşüb
-
SİYASƏT, GÜNDƏM
100 QHT üçün “İqlim Dəyişmələri və COP” mövzusunda təlim keçirilir
-
SİYASƏT
“Azərbaycan və Bolqarıstan arasındakı əlaqələr günü- gündən genişlənir” - DEPUTAT
-
SİYASƏT
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə mühazirələr keçirilir