Azərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək

Azərbaycan hərbçiləri bu gün Moskvada Qələbə paradında iştirak edəcək
Bu gün Rusiyanın paytaxtı Moskvada İkinci Dünya Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi parad keçiriləcək.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun qulluqçularından ibarət parad heyəti iyunun 23-də Moskva şəhərinə yola düşüb.

General-polkovnik Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti hərbi paradda qonaq qismində iştirak edəcək.

Paradda ölkəmiz Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət parad heyəti ilə təmsil olunacaq.

Qeyd edək ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu tərəfindən Moskvada keçiriləcək hərbi parada dəvət olunmuşdu.

7News.Az

Xəbər lenti