Azərbaycan jurnalistikasının gücü qarşısında qərbyönümlü medianın iflası COP29 güzgüsündə - JEM-in bəyanatı

13 Noyabr 2024, 15:52
13 Noyabr
2024
15:52
204
Azərbaycanın ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası iki gün ərzində dünyaya sözün bütün mənalarında yaşıl münasibət göstərdi. 196 ölkədən 72 min qonaq, 80 ölkənin rəhbər şəxsləri, 3 mindən çox media nümayəndəsi, müxtəlif sahələr üzrə tanınmış fərdlər, o cümlədən ölkənin bütün rəhbər şəxsləri bir araya gələrək tarixi məhz yaşıl hərflərlə yazdılar. Bu möhtəşəm hadisəni Azərbaycan mediasının yüksək səviyyədə işıqlandırılması və xarici medianın fəaliyyəti üçün yaradılan şərait kainatın hər yerindən görünən heyratamiz mənzərəyə çevrildi və bu mənzərə hər ötən saat daha da parıltılı ahəng alaraq dostların gözlərini yaşıllığa, riyakarların gözlərini qaranlığa qərq edir.
Bu fikirlər Jurnalist Ekspert Mərkəzinin (JEM) COP-29 konfransı ilə bağlı yaydığı bəyanatda əksini tapıb. Bəyanatda xüsusi olaraq vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində söylədiyi hikmətli fikirlər rəhbəri olduğu ölkənin nəinki dünyanın önəmli hissəsi olduğunun, yüksək mərtəbəyə ucalaraq əzəmətli dünyaya çevrildiyinin təsdiqidir. Azərbaycandan umurlar. Cəmi bir misal: Fransanın müstəmləkə altında saxladığı ölkələr "biz azad olmaq istəyirik" şüarı ilə məhz Bakıda etiraz aksiyası keçirdilər.
Bəyantda qeyd olunur: "Azərbaycan Prezidentinin "bəzi Qərb siyasətçiləri və media bizi neft dövləti adlandırsaydı, bu, bəlkə də anlaşılan olardı. Lakin əgər onlar indi, yəni bu gün də bizi neft dövləti adlandırırlarsa, bu, ədalətsizlikdir və yalnız siyasi mədəniyyət və biliklərin çatışmamasından xəbər verir" fikri növbəti yüz illiyin yol xəritəsini müəyyənləşdirmiş oldu. Azərbaycan qaranı yaşıla dəyişib. Bu keçid qlobal iqlim dəyişikliyinə məruz qalan kainatın xilasına doğru aparan əbədi yola çevriləcək. Azərbaycanın xilaskar rolunda çıxış etməyə haqqı var. Əvvəl ölkəsinin işğal faktorunu qaranlığa gömdü, sonra Cənubi Qafqaza sülh gündəliyi təqdim etdi, indi növbə bütün dünyanındır. Təbii ki, qara qüvvələr yaşıl qüvvələrə qarşı çıxacaq. Bunu əsas gətirən Prezident çıxışında bildirib: "Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir". Buyurun, nə qədər sərt olsa da böyük şairimiz Səməd Vurğunun "ağılsız köpəklər ulduza hürər" misrasını söyləməyin yeridir".
COP29-un mahiyyətini anlamayanların, qərəzə bürünərək "gözdənsalma" kampaniyası təşkil etməyə cəhd göstərənlərin gözdən necə düşdüklərinə diqqət çəkən bəyantda bu cür davranış sərgiləyənlərə Yaşıl Zonada "Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda keçirilən konfransda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın ibratamiz fikirlərinin ən layiqli cavab olduğu vurğulanır:
"Birinci vitse-prezident deyib: "Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar. Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik".
Xeyr, Mehriban xanım o cavabı səsləndirməyib, eləcə çıxışının sonunda deyib: "Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir”.
Buyurun, cənab yalan obrazlı Qərb, həm cənab Prezidentin, həm də hörmətli Birinci vitse-prezidentin sözlərini muncuq kimi yaşıl rəngli sapa düzüb ən bahalı hədiyyəniz kimi gözləriniz qarşısından asın. Bu da olsun SİZƏ COP-29-dan yadigar".
Bəyanatda o da vurğulanır ki, Azərbaycan mediası ilə qərbyönümlü medianın peşəkarlıq fərqi də COP29 konfransında aydın göründü. Bizimliklər jurnalistikaya, onlarınkılar populizmə xidmət göstərirlər. Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev media azadlığının necə qorunduğunu tədbirlərin mahiyyətindən uzaq sual verən iki jurnalistə olduqca səlis cavabı ilə detal-detal göstərdi. Fəaliyyəti ölkəmizdə qadağan olunmuş bir internet resursunun, qeyri-qanuni pul dövriyyəsi ilə əlaqəli istintaq materiallarında adı çəkilən jurnalistin COP29 kimi mötəbər və möhtəşəm konfransada sərbəst iştirakı media azadlığının səviyyəsini andırmış və qandırmış oldu. Həmin jurnalistlərin tədbirlərin mahiyyətindən kənar suallarına ətraflı və təmkinlə cavab verən Prezident köməkçisi hətta dünən İsrailin "Kanal 13” televiziyasının jurnalistinə "Siz arxanızdakı kameranın başınıza dəyməsindən özünüzü qoruya biləcəyinizdən əminsinizmi?” cavabını verən Baydeni utandırmış oldu".
JEM təşkilatın bütün üzvləri adından COP29 tədbirlərində fərq qoymadan həm yerli, həm də xarici media orqanlarının fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan dövlətinə, təşkilatçılara, konfransın gedişatını böyük peşəkarlıqla yayımladıqlarına jurnalistlərə minnətdarlığını bildirib.
Jurnalist Ekspert Mərkəzinin Mətbuat Xidməti
Xəbər lenti
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
Digər xəbərlər
-
SİYASƏT
Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
SİYASƏT
Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
SİYASƏT, GÜNDƏM
“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
SİYASƏT
Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
SİYASƏT
“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
SİYASƏT
Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
SİYASƏT
Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
SİYASƏT, GÜNDƏM
“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur