Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi

07 Noyabr 2023, 11:58
07 Noyabr
2023
11:58
610
Çin Xalq Respublikasının Pekin şəhərində 29 oktyabr – 2 noyabr 2023 - cü il tarixlərində Dünya Gənclərinin İnkişaf Forumu keçirilib. Forumun əsas məqsədi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində gənclərin rolunu təşviq etməkdir. Açılış mərasimində çıxış edən Çinin Beynəlxalq Əməkdaşlığın İnkişafı Agentliyinin sədr müavini Den Boçin, UNESCO baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Qabriela Ramos, BMT-nin Əhali Fondunun Asiya-Sakit Okean regionu üzrə direktoru Aleksandar Saşa Bodiroza, UNICEF-in "Generation Unlimited” proqramının direktoru Urmila Sarkar və BMT-nin İnkişaf Proqramının ÇXR-dəki təmsilçisi Beate Trankmann beynəlxalq problemlərin həllində gənclərin roluna diqqət çəkiblər.
Tədbirdə Qlobal Gənclərin İnkişaf Fəaliyyətləri adlı proqramın qalibi olan layihələrin təqdimatı olub. Gənclərlə iş sahəsində yerli, regional və beynəlxalq problem və layihələrin müzakirə edildiyi paneldə Azərbaycan, Rusiya, Çin, Qazaxıstan, Polşa, Sinqapur, Braziliya, İndoneziya və Cənubi Afrika Respublikasını təmsil edən gənc liderlər çıxış ediblər.
"Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının sədri Aytən Əliyeva panel iclasda çıxışı zamanı "Bir kəmər, bir yol” təşəbbüsünün İpək Yolu üzərindəki ölkələrin gəncləri və gənclər təşkilatları üçün yaratdığı əməkdaşlıq imkanları, gənclərin beynəlxalq təcrübə və ideya mübadiləsində rolu, innovasiyaya əsaslanan inkişafın yolları haqqında danışaraq, Azərbaycanın yeni İpək yolundakı strateji əhəmiyyətindən söhbət açmışdır.
A.Əliyeva "China Daily” qəzetinə və Sinxua xəbər agentliyinə müsahibəsində Azərbaycanda gənclər siyasəti, gənclər proqramları, Çin-Azərbaycan təhsil əməkdaşlığının önəmi, yaşıl enerji və davamlı inkişaf üzrə Azərbaycanın həyata keçirdiyi proqram və layihələr, "Avropa İttifaqı-Çin nəqliyyat əlaqələndirməsi və Cənubi Qafqaz regionunun rolu” adlı doktorluq layihəsi haqqında məlumat verib.
Forumun gedişində Gənclərin Birgə Fəaliyyət üzrə Pekin Bəyannaməsi qəbul olunub, Dünya Gənclərin İnkişaf Forumu beynəlxalq təşkilatının və Dünya Gənclərin İnkişaf Fondunun əsası qoyulub, təşkilatın idarə heyəti elan olunub. A.Əliyeva təşkilatın idarə heyətində üzv olaraq seçilib.
Forum çərçivəsində gəncyönümlü şəhər inkişafı, rəqəmsal inkişaf, mədəni innovasiyalar, iqlim dəyişikliyi və qida böhranı mövzuları üzrə tematik iclaslar keçirilib.
Qeyd edək ki, Aytən Əliyeva uzun müddətdir ki gənclərlə iş sahəsində fəaliyyət göstərir. Bir sıra yerli, regional və beynəlxalq gənclər təşəbbüsü və layihəsini rəhbəri və iştirakçısı olub. O, Avropa Şurası və Ərəb Liqasının birgə əməkdaşılığı ilə təşkil olunan Avro-Ərəb Gənclər Forumunun təşkilat komitəsində yer alır. Eyni zamanda, A.Əliyeva Vyana Universiteti Siyasi Elmlər İnstitunun doktorantı, bir sıra elmi məqalənin də müəllifidir.








Xəbər lenti
-
15:43O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
13:14"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
12:32Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
-
12:31“Azərbaycan Könüllülük Həftəsi 2023” çərçivəsində fəaliyyətlər davam edir
-
18:44“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
17:12“Makron özü nədirsə, komandası da odur!” – Deputatdan sərt sözlər…
-
17:25“Elə danışır, sanki soyadı Kərimli deyil, Kerimsondur!” – Elşən Musayev
-
10:24"Azercell"dən təxribat: CƏBRAYILI İRAN ƏRAZİSİ KİMİ GÖSTƏRİR (FOTOFAKT)
-
14:05Türkiyənin Kahramanmaraş bölgəsinə növbəti humanitar yardım göndərilib
-
11:31Qazaxda Azərbaycan-Ermənistan görüşü keçirilir
-
17:22“Sərhədsiz Reportyorlar” yenə sərhədi aşdı - Bakıya ittihamlar
-
12:23Blinken xahiş etdi, İlham Əliyev şərti açıqladı
-
17:10“İntellektual Klubların IV Gənclər Liqası”nın finalçıları məlumdur!
-
11:56“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:05“İnsan bu qədər ləyaqətsiz, bu qədər nankor olmaz...” – Elşən Musayev Əli Kərimlini yıxıb-sürüdü...
-
10:47“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir
-
14:39İş adamı Elşən Quliyev yenidən TAİB İdarə Heyətinin sədri vəzifəsinə seçilib
-
19:55Deputat Ramil Həsən Ucarda seçicilərlə görüşdü
-
15:56“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
14:43Yeni yaranmış 100 QHT-yə “Layihənin idarə edilməsinin əsasları” təlimi keçirilir
-
17:22“Macəra dolu Amerika” – Azərbaycanlı deputatdan sensasion yazı!
-
17:13“Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan Türk Dövlətləri gənclərinin beynəlxalq forumu” keçirilib
-
16:34Əli Nağıyev ATƏT-i Ermənistana dəqiq mina xəritələrini verməsi üçün təzyiq göstərməyə çağırıb
-
12:52“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
15:00Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
17:33“Bu qədər namərdlə eyni anda döyüşmək nə qədər çətinmiş, İlahi...”
-
21:02Qazaxıstanda Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirildi - FOTOLAR
-
20:57Halkalıda Zəfər gününə həsr olunmuş elmi konfrans keçirilib
-
15:32Xankəndidəki Zəfər paradından görüntülər - VİDEO
-
10:19Misilsiz nümunə- Natiq Qasımovun bayraq sevgisi
-
17:07“ASAN xidmət”də çalışan 300-ə yaxın şəhid ailə üzvü və qazilər ilə birgə Zəfər Günü qeyd edilib
-
11:58Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
11:20Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər
-
16:51“Ucarda bir dənə də stadion yoxdur” - Deputat
-
10:42"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:56GƏNC SAHİBKARLARIN IV FORUMU KEÇİRİLƏCƏK
-
13:56"Minor Electronics"in "Ağdaş" filialının yeni ünvanda möhtəşəm açılışı baş tutub - FOTO + VİDEO
-
15:42“Zəfərin Səsi” adlı ədəbi-bədii tədbir keçiriləcək
-
14:12“Deyirsən, oğul adam vuranda atasımı həbs olunsun?” - DEPUTAT
-
10:23200-ə dək QHT ilə yeni qrant müsabiqələrində iştirakla bağlı növbəti infosessiya keçirilib
06 Dekabr 2023
05 Dekabr 2023
01 Dekabr 2023
30 Noyabr 2023
29 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
26 Noyabr 2023
23 Noyabr 2023
22 Noyabr 2023
20 Noyabr 2023
17 Noyabr 2023
15 Noyabr 2023
14 Noyabr 2023
13 Noyabr 2023
12 Noyabr 2023
09 Noyabr 2023
08 Noyabr 2023
07 Noyabr 2023
06 Noyabr 2023
04 Noyabr 2023
03 Noyabr 2023
02 Noyabr 2023
01 Noyabr 2023
Digər xəbərlər
-
SİYASƏT, GÜNDƏM
O’Brayn Bakıya hansı təkliflə gəlib - təhlil
-
SİYASƏT, GÜNDƏM
"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov
-
SİYASƏT, GÜNDƏM
“Ermənipərəst konqresmenlər öz destruktiv fəaliyyətləri ilə heç nəyə nail ola bilməyəcəklər!” – Elşən Musayev
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
SİYASƏT, GÜNDƏM
“Makron haqda ən dolğun ifadəni Putin səsləndirib” - Elşən Musayev
-
GÜNDƏM
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
GÜNDƏM
Deputat: Bu qədər hüquqşünas, diplomat, iqtisadçı olmaz
-
GÜNDƏM
Azərbaycanlı gənc Çində keçirilən “Dünya Gənclərinin İnkişaf Forum”u təşkilatının İdarə Heyətinə üzv seçildi
-
GÜNDƏM
Qarabağ Dirçəliş Fondu və “Azərlotereya” “Hər şey Qarabağ üçün” şüarı altında birgə layihəyə start verdilər