Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı
![Bakı Konfransı-COP29 Tərəflər Konfransı tarixində ən nümunəvi tədbirlərdən biri olacaqdır -4-cü yazı](https://www.lobbi.az/file/pic/xeber/2024-05/1714726181_iu.jpeg )
03 May 2024, 12:53
03 May
2024
12:53
493
Harada yaşamağımızdan, necə qidalanmağımızdan,
vəzifəmizdən, tutduğumuz mövqedən asılı olmayaraq hamımız
eyni havanı uduruq
İndi heç kəsə sirr deyil ki, Azərbaycan dövlətinin apardığı tədbirli və ağıllı enerji siyasəti sayəsində özünün zəngin təbii karbohidrogen ehtiyatlarından səmərəli istifadə etməklə Avropanın enerj təhlükəsizliyində fəal iştirak edir. Təbii ki, Azərbaycan cəmiyyəti kifayət qədər məlumatlı olduğu üçün bu məsələnin üzərində çox dayanmağa lüzum qalmır. Bununla belə son iki ildə Rusiya-Ukraina/Qərb münaqişəsi ilə əlaqədar Rusiyaya tətbiq edilən sanksiyalar fonunda Avropanın enerji ilə təminatı məsələsində Azərbaycanın enerji resurslarına daha böyük ehtiyac yaranır və proseslərin gedişiatı göstərir ki, gələcəkdə bu ehtiyac daha da coxalacaqdır... Hazırda Azərbaycan özünün müəllifi olduğu, uzunluğu 3500 km olan Cənub Qaz Dəhlizi ilə Avropanın 9 ölkəsinə ən təmiz təbii yanacaq olan təbii qaz ixrac edir. 2023-cü ildə Avropaya ixrac olunan təbii qazın həçmi 12 milyard kub metrə çatmışdır və növəti illərdə bu rəqəm 20 milyard kub metrə çatacaqdır. Avropada çoxlarına məlumdur ki, Qərbi Balkan ölkələrində əsas yanacaq kimi hələ də kömür yanacağından istifadə edilir və bu ölkələr səbrsizkliklə öz ekoloji vəziyyətlərinii yaxşılaşdırmaq üçün Azərbaycan qazını gözləməkdədir. Azərbaycan təbii qazının Balkan ölkələrinə verilməsi nəticəsində bu ölkələrdə istilik effekti yaradan qazların emissiyasını 70 faizə qədər azaldılmasına imkan verəcəkdir
Təbii ki, Azərbaycanın "yaşıl enerji”yə keçidlə əlaqədar gördüyü tədbirlər yalnız işğaldan azad olmuş ərazilərdəki layihələrlə məhdudlaşmır. Yuxarıda qeyd edildiyi kimi Azərbaycan bir neft-qaz ölkəsi olaraq, həm də beynəlxalq birliyin üzvü olaraq, beynəlxalq sənədlərlə, o cümlədən Kıoto və Paris razılaşmalarına uyğun olaraq öz üzərinə düşən öhdəlikləri uğurla yerinə yetirməkdədir. Azərbaycan 1990 illə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürmüşdür. Azərbaycan elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir.
Təkcə onu demək kifayət edir ki, dünyada miqyasına görə ən iri tədbirlərdən biri olan COP29-a ev sahibliyini öz üzərinə götürməsi deyilənlərin əyani sübutudur. Lakin məsələlər təkcə bununla bitmir.
Ötən il fevralın 13-də Mingəçevirdə müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Ümumi dəyəri təqribən 400 milyon dollara qədər olacaq stansiya respublikanın daxili resursları hesabına inşa edilır. Stansiyanın inşasında müasir texnologiyaların tətbiqi nəticəsində ildə 1 milyard kub metr təbii qaza qənaət ediləcək, ətraf mühitə atılan karbon qazının miqdarı 2 milyon ton azalacaqdır.
Son 20 il ərzində Azərbaycanda ümumi generasiya gücü 3400 meqavat olan 34 elektrik stansiyası inşa edilmişdir . Əgər nəzərə alsaq ki, hazırda ölkənin enerji müəssisələrinin ümumu generasiya gücü 7200 meqavatdır, onda görərik ki, bu güclərin 3400 meqavatı son 20 ilin payına düşür. 2025-ci ildə Mingəçevirdəki inşaa edilən yeni stansiya istismara verildikdən sonra generasiya gücümüz təxminən 8700 meqavata catacaqdır.
Biz bura hazırda işğaldan azad olmuş ərazilərdə, yaradılacaq 500 meqavat generasiya gücünü, tikilməkdə olan 470 meqavatlıq günəş və külək stansiyalarının və yaxın vaxtlarda tikintisinə başlanacaq 240 meqavatlıq stansiyanın gücünü də əlavə etsək 2025-ci ildə Azərbaycanda ümumi generasiya gücü təxminən 9700-10000 meqavat təşkil edəcəkdir ki, bu da kifayət qədər böyük rəqəmdir və qarşımızda geniş imkanlar açır.
Azərbaycan təkcə karbohidrogen ehtiyatları ilə deyil , həm də bərpa olunan yanacaq ehtiyatları ilə zəngin bir ölkədir Azərbaycan bu ehtiyatları nəzərə alaraq, yaşıl gündəliyə doğru irəliləməkdədir. Bu təkcə ölkəmizin gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə töhfəsidir.
Ötən il dekabrın 26-da Birləşmiş Ərəb Əmirliyinin "Masdar” firmasının investisiyası hesabına 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış olmuş və stansiya istismara verilmişdir. Lakin bu stansiya nəzərdə tutlan böyük işlərin başlanğıcıdır. Həmin gün Birləşmiş Ərəb Əmirlikləri ilə üç saziş imzalanmışdır və həmin sazişə əsasən 1 qiqavat gücündə günəş enerjisi istehsalına imkan verən stansiya istismara veriləcəkdir. lakin planlar daha genişdir və Azərbaycanla BƏƏ mərhələlərlə 10 qiqavata qədər bərpa olunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək "Bu, regionun enerji inkişafında tam bir inqilab olacaqdır”
Hazırda xarici investorlarla imzalanmış sənədlər əsasında 25 qiqavata qədər günəş və külək elektrik enerjisi stansiyalarının inşası nəzərdə tutulur. Bu stansiyaların böyük hissəsi Xəzər dənizində, bir neçəsi isə quru sahələrdə inşa ediləcəkdir. Yəni bu, doğrudan da çox böyük potensialdır və təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir.
Ölkənin elektrik enerjisi istehsalında yaranmış möcud potensial onu Avropa üçün əsas elektrik enerjisi təchizatçılarından birinə çevirir. Yaşıl enerji itehsalı müəssisələrinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına ixracı Azərbaycanın enerji siyasətinin əsas istiqamətlərindəndir. Məlumdur ki, 2023-cü ilin iyununda Avropa İttifaqı ilə Azərbaycan enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. 2023-cü ilin may ayında Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında Prezident İlham Əliyev demişdir: ”Avropa İttifaqı ilə Azərbaycanın əməkdaşlığının müsbət məqamları olduqca çoxdur və gələcək potensial da olduqca genişdir. Biz özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik. Azərbaycan çalışır ki, bu məsələdə geridə qalmasın, əslində, lider, aparıcı ölkə olsun. Burada söhbət yenilənən, bərpaolunan enerjidən gedir”.
2022-ci il dekabrın 17-də Buxarestdə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin iştirakı ilə "Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş” imzalanıb.
Saziş Qara dəniz hövzəsində milli və regional enerji təhlükəsizliyinin və əlaqələrinin gücləndirilməsini, təchizat mənbələrinin şaxələndirilməsini, Xəzər regionunda bərpa olunan enerji istehsalı potensialından istifadə edilməsini nəzərdə tutur və dörd dövlətin maraqlarına cavab verir.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev demişdir: "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” bizim Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə daha bir ümumi töhfəmiz olacaq. Saziş yaşıl enerji dəhliznin yaradılması üçün olduqca vacib bir sənəddir....Bizim ölkəmiz elektrik enerjisinin Avropaya mühüm təchizatçısına çevrilməkdədir... Biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Tədbirdə iştirak edən Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen isə deyib ki, "Azərbaycan Avropanın etibarlı enerji tərəfdaşıdır. İmzalanan sənəd Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq. Bu bizim hər iki regionumuzda təmiz enerjiyə çatmağa yardım edəcək”.
Düşünürəm ki, bütün qeyd olunanlar Azərbaycanın BMT-ni İqlim Dəyiişikliyi üzrə Çərçivə Sazişini Tərəflər Konfransının-COP29 –un nə üçün Bakı şəhərinə keçiriləcək sualına əsasən cavab vermiş olur. Eyni zamanda yazıda Azərbaycanın bir dövlət olaraq Qlobal İqlim Dəyişikliklərinə verdiyi töhvələr tam da olmasa, əsasən öz əksini tapmışdır.
Formalaşmış ənənyə görə Tərəflər Konfransında illik COP tədbiri keçirilməzdən əvvəl dünyanın müxtəlif ölkələrinin iqlim icmasından olan tanınmış şəxslər və nazirlər Berlində yığışaraq bu tədbirin gündəliyini müəyyən edir. Ona görə də Bakıda keçiriləcək COP29-un gündəliyi hələlik müəyyən edilməyib. Konfransın güdəliyi 2024-cü ilin aprel ayında Almaniyada keçirilən Petersberq İqlim Dialoqu zamanı müəyyən edilmişdir və Dialoqda COP29-un bütün prioritetləri yaxın günlərdə elan olunacaqdır.
Bunula belə Azərbaycan və onun paytaxtı Bakı şəhəri bu ilin noyabrında keçiriləcək mühüm beynəlxalq tədbirə -COP29 Konfransına hazırlaşmaqdadır.
2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2023-cü il tarixli Sərəncamının icrası ilə əlaqədar hazırlanmış tədbirlər planı uğurla icra edilməkdıdir.
Azərbaycan Respublikası Prezidentinin 7 yanvar 2024-cü il tarrixli Sərəncamı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Prezidenti müəyyən edilmiş, bu tədbirlərə hazırlıq işlərinin aparılması və sədrliyin həyata keçirilməsi üçün məsul nümayəndələrdən ibarət heyətin formalaşdırılması səlahiyyəti verilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-il tarixli Sərəncamı ilə
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar geniş təkibdəTəşkilat Komitəsinin yaradılmış və Təşkilat Komitəsi öz işinə başlamışdır.
COP29-un keçirilmə məkanı müəyyənləşdirilmişdir və bu məkan Olimpiya stadionu olacaqdır. COP29 adı altında Tərəflər Konfarnsının rəsmi loqosunun təsdiq edilməsi, COP29.az adı altında sosial şəbəkələrdə səhfələrin açılması, bu beynəlxalq tədbir haqqında əhalimizin daha da məlumatlandırılmasına imkan verəcəkdir.
Bu günlərdə - aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev demişdir: "COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan qlobal tədbirə hazırlığın fəal mərhələsindədir. Hazırlıq üçün bizim bir ildən də az vaxtımız qalırdı. Beləliklə, biz yaxşı nəticələrə nail olmaq üçün əlimizdən gələni edirik. COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Nəhayət bu, böyük məsuliyyətdir, çünki biz nəinki yaxşı tədbir təşkil etməli, o cümlədən yaxşı nəticələrə nail olmalıyıq. Hesab edirəm ki, Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq”.
Bütün qeyd olunanlar deməyə əsas verir ki, İndiyədək ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlər kimi bu mühüm beynəlxalq tədbir də uğurla icra olunacaq və COP29 Tərəflər Konfransı tarixinə öz parlaq səhfəsini yazacaqdır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: "Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.
Ramiz Göyüş
Müstəqil araşdırıcı
Xəbər lenti
-
15:44Azərbaycanlı Gənclər Dünya İlkini Gerçəkləşdirdi: "Oxumaq Qazandırır" Layihəsi ilə Kitab Oxumaq Yenidən Trend Olur!
-
10:41"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
15:16Təhmas Rüstəmov qonşusunu ölümcül döydü: CƏZASI NƏ OLA BİLƏR?
-
17:53QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
17:49QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
14:07ABŞ Ərdoğandan kömək istəyib
-
10:58Azərbaycan və Türkiyə birgə hərbi təlim keçirəcək
-
13:11ASGA “AzeArt” adlı mobil tətbiq yaradacaq: MƏDƏNİYYƏT NAZİRLİYİNİN DƏSTƏYİ İLƏ
-
13:432025-ci il “Konstitusiya və Suverenlik İli” elan edildi
-
12:31"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
19:25Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
15:06Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
10:56"İdmançılarımıza ən yüksək qiyməti Prezident İlham Əliyev verib"
-
15:57Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
12:44Prezident bu şəxsləri təltif etdi (SİYAHI)
-
11:48“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
17:22"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
13:02Səbuhi Abbasov: “Media savadlılığının təmin edilməsi sağlam informasiya mühitini formalaşdıracaq”
-
10:18"Azərbaycan-Slavyan ölkələri gənclərinin Lənkəran Forumu" başa çatdı – FOTOLAR
-
13:26“Ölümü öldürən adam...”
-
09:35Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)
-
09:33Heydər Əliyevin vəfatından 21 il ötür
-
09:31Mehriban Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi
-
11:11Gələcəyə baxış: təhsil və iş dünyasında yeni çağırışlar – FOTO
-
11:21Qərbin bəzi dairələrindən alınan qanunsuz pullar milli maraqlarımızın zədələnməsinə hesablanıb - Səbuhi Abbasov
-
10:59Rumıniya “ASAN xidmət” təcrübəsini öyrənir
-
15:46Özbəkistan-Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu sessiyalarla davam edib
-
17:20Geosiyasi bədən real Vətənə qarşı
-
15:57“Sağlam və savadlı ana, sağlam və savadlı gələcəkdir!” adlı layihə uğurla icra edilib
-
14:32“Alternativ”dən yeni layihə: “FarmHER”
-
13:14İşıqlı dünyada bütün bəlaların kökündə BİLMƏDİYİNİ BİLMƏYƏNLƏR dayanır - Etimad Başkeçid yazır
-
11:10Vaşinqtonda bu xəbərdarlıqlar necə qəbul edilir? - Şahin Qocayev yazır
-
14:58Deputat: “Ermənistanı silahlandıranlar çirkin niyyətlərinə çata bilməyəcək”
-
12:58"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri AÇIQLANDI – FOTO
-
12:04“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
09:41“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
13:08Bu məktəbə Natiq Qasımovun adı verildi
-
15:50Ramil Həsən parlamentdə çıxışı zamanı vətəndaşları narahat edən problemlərdən danışıb
-
12:05Milli Hematologiya və Transfuziologiya Mərkəzinin kollektivi başsağlığı verir
-
11:11Hansı uçot növü daha önəmlidir? Maliyyə uçotu yoxsa Vergi uçotu - TƏHLİL
23 Yanvar 2025
21 Yanvar 2025
18 Yanvar 2025
17 Yanvar 2025
16 Yanvar 2025
07 Yanvar 2025
28 Dekabr 2024
27 Dekabr 2024
25 Dekabr 2024
23 Dekabr 2024
20 Dekabr 2024
19 Dekabr 2024
14 Dekabr 2024
12 Dekabr 2024
10 Dekabr 2024
08 Dekabr 2024
06 Dekabr 2024
05 Dekabr 2024
04 Dekabr 2024
03 Dekabr 2024
02 Dekabr 2024
29 Noyabr 2024
28 Noyabr 2024
Digər xəbərlər
-
SİYASƏT
"Yaşıl dünya naminə ECO summit" layihəsi həyata keçirilib
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
SİYASƏT
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
-
SİYASƏT
"Cəsarətiniz varsa, çıxın efirə, Azərbaycan xalqından üzr istəyin" - Səbuhi Abbasov
-
SİYASƏT
Millət vəkili Ramil Həsən ənənəvi "Həmrəylik" aksiyasına start verdi
-
MANŞET, SİYASƏT
Prezident təyyarə qəzası ilə bağlı müşavirə keçirdi
-
SİYASƏT
Hikmət Hacıyev Pakistan səfirini qəbul etdi
-
SİYASƏT
"Onların bizə batırmaq istədikləri dişləri artıq sınıb" - İlham Əliyev Fransa və Paşinyanın havadarlarına öz yerini göstərdi
-
MANŞET, SİYASƏT
Prezidentdən Heydər Əliyevin anım günü ilə bağlı paylaşım (FOTO)