Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib

04 İyun 2025, 14:03
04 İyun
2025
14:03
60
7NEWS.az xəbər verir ki, İyunun 3-də Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində "İnnovasiya və incəsənətin ustadları: Türk dünyasının dünya elminə və mədəniyyətinə töhfələri” adlı beynəlxalq konfrans keçirilib. Tədbir Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanın Almaniyadakı səfirliklərinin, TÜRKSOY-un və Yunus Emre İnstitutunun birgə dəstəyi və təşkilatçılığı, TİKA-nın tərəfdaşlığı ilə baş tutub.
Konfransın məqsədi türk xalqlarının zəngin elmi və mədəni irsinin təbliği və bu irsin bəşəriyyətə təsirini nümayiş etdirmək olub. Əvvəlcə konfrans çərçivəsində TÜRKSOY tərəfindən Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində təşkil edilən sərgilərin açılışı olub. İştirakçılar "İpək yolu” əl işləri, "Türk incəsənətində qadınlar” və türk dünyasından olan gənc rəssamların əsərlərindən ibarət "Türk ruhunun ifadəsi” adlı sərgilərə baxış keçiriblər.
Plenar sessiyada çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Almaniyada yaşayan türkdilli icmaların bu ölkənin ictimai, elmi və mədəni həyatına mühüm töhfə verdiyini qeyd edərək vurğulayıb ki, 179 milyon əhalisi və 2,1 trilyon dollarlıq iqtisadi gücü ilə türk dünyası qlobal arenada önəmli aktordur. Türk sivilizasiyası tarix boyu elm, incəsənət, memarlıq və ədəbiyyat sahələrində bəşəriyyətə dəyərli töhfələr verib. Səfir türk dünyasının birliyindən danışaraq deyib: "Azərbaycan üçün türk dünyasının birliyi bir güc mənbəyidir. Türk dövlətləri arasında əməkdaşlıq təkcə uğurumuz üçün deyil, həm də dəyərlərimizin və ənənələrimizin qorunması baxımından yüksək önəm daşıyır”.
Sonra çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev, Qırğızıstan səfiri Omurbek Tekebaev, Türkiyə səfiri Gökhan Turan, Özbəkistan səfiri Dilşod Axatov, Qazaxstanın müvəqqəti işlər vəkili Kadır Kassabulatov və Türkmənistanın müvəqqəti işlər vəkili Ovazgeldi Cumanəzərov türk sivilizasiyasının tarixdə və bu gün dünya elminə, fəlsəfəsinə, incəsənətinə verdiyi töhfələri diqqətə çatdırıblar.
Konfrans daha sonra iki panel sessiyası ilə davam edib. Mədəniyyətə həsr olunmuş birinci paneldə sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva Üzeyir Hacıbəylinin və digər görkəmli bəstəkarlarımızın dünya musiqisinə verdiyi töhfələr barədə danışıb.
Elmə həsr olunmuş ikinci paneldə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev Nəsirəddin Tusi, Bəhmənyar, Yusif Məmmədəliyev, Kərim Kərimov, Lütfi Zadə kimi Azərbaycan alimlərinin elmi irsini təqdim edib və onların dünya elminə verdiyi töhfələri vurğulayıb.
Sessiyalarda çıxış edən digər türk dövlətlərinin alimləri və mədəniyyətşünasları öz dövlətlərinin irsi və şəxsiyyətlərinin dünya mədəniyyətindəki və elmindəki yeri barədə geniş danışıblar.
Konfrans TÜRKSOY-un milli musiqi alətləri orkestrinin möhtəşəm qala konserti ilə yekunlaşıb. Konsertdə türk xalqlarının milli musiqisindən ibarət çıxışlar, o cümlədən azərbaycanlı ifaçıların – xanəndə Nisbət Sədrayeva və Səfalı Mirzəliyev, tarda Ruslan Zərbaliyev, kamançada Pərviz Fərhadovun ifaları böyük alqışlarla qarşılanıb.
Xəbər lenti
-
13:10ASGA Minsk şəhərində "Azərbaycan-Belarus Gənclər Forumu"nu reallaşdırdı - FOTOLAR
-
20:14Hikmət Hacıyevdən agent iddialarına sərt cavab
-
13:09Prezidentin sərəncamı ilə Təşkilat Komitəsi yaradıldı – Aygün Əliyeva da üzv təyin olundu
-
17:58“Qarabağa edilən səfərlər partiyalararası münasibətlərin inkişafına ciddi töhfə verir...” – Elşən Musayev
-
14:34Anonim qiymətləndirmə, biletli imtahan, kodlaşdırılmış cavablar – MDU-nun yeni imtahan modeli
-
14:03Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
12:56Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
17:28“Apinizer”lə rəqəmsal innovasiya: APİ-lərdə ağıllı və təhlükəsiz idarəetmə
-
13:49Ağ Evin qarşısında Azərbaycanın Dövlət Himni səsləndirildi — VİDEO
-
11:03İlham Əliyev Laçın Elektrik Şəbəkəsi Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib
-
13:49100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
22:19Mingəçevirdə katerdə nasazlıq - Turistlər təxliyə olundu
-
22:02“Bir vaxtlar həqiqətən “uşaq-muşağın” əlində qalmışdıq...”
-
09:55QHT-lərə Dövlət Dəstəyi Agentliyi Özbəkistanda keçirilən beynəlxalq konfransda təmsil olunur
-
20:58Mingəçevir Dövlət Universiteti “CISCO Networking Acedemy”nin rəsmi tərəfdaşı statusunu qazanıb
-
18:31Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
14:41Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
10:25Siyasi hipnoz
-
17:53Milli Məclisin komitə sədri “7NEWS.AZ” saytını 10 yaşı münasibəti ilə təbrik etdi
-
12:447NEWS.az saytının 10 yaşı tamam oldu
-
10:15MDU-da “Cambridge Resurs Mərkəzi” yaradılıb
-
16:44Mingəçevir Dövlət Universitetində “Heydər Əliyev irsi Azərbaycan xalqının milli sərvətidir” mövzusunda Ulu Öndərin 102-ci ildönümünə həsr olunmuş Respublika elmi konfransı öz işinə başladı
-
19:51Dünyanı xilas edə biləcək çağırışlar
-
12:53Azərbaycanda yeni mühasibatlıq şirkəti fəaliyyətə başladı: HANSI XİDMƏTLƏR OLACAQ?
-
22:26Bakıda növbəti iftar süfrəsi təşkil olunub
-
10:53Təhlükəsizlikdir! - Bizi qoruyanlar 106 yaşında
-
17:44Deputat Ramil Həsən “Novruz və Ramazan” yardım aksiyasına start verib
-
17:19"Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” forumu keçirilib
-
17:04ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
12:31Qalib QHT layihələrinin prioritet mövzuları açıqlanıb
-
11:46ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın təqdimatını keçirdi - MİNGƏÇEVİRDƏN FOTOLAR
-
12:58QHT Agentliyi 2025-ci il Qrant müsabiqəsinin nəticələrini açıqladı - SİYAHI
-
16:12"Türk dünyasının gələcəyini təyin edən (f)aktorlar": İSTANBULDA KONFRANS KEÇİRİLDİ - FOTO/VİDEO
-
18:15Siyasi birlik və həmrəylik nümunəsi
-
18:13"Ən böyük casus kimdir?!" - Elşən Musayevin yazısı....
-
19:17100 nömrəli tam orta məktəbdə Xocalı soyqırımına həsr edilmiş bədii kompozisiya təqdim edilib
-
10:18Leyla Əliyeva 4-cü Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirak edir
-
10:04Bakıda “Yaradıcı Sənaye Nümayəndələrinin Netvorkinq Forumu” KEÇİRİLDİ – VİDEO/FOTO
-
13:35Ədliyyə Nazirliyinin və QHT-lərə Dövlət Dəstəyi Agentliyinin QHT-lərə birgə müraciəti yayıldı
-
13:29Səbuhi Abbasov: "Bütün tör-tüküntülər "Rus evi" kimi sökülüb atılacaq"
19 İyun 2025
13 İyun 2025
06 İyun 2025
04 İyun 2025
30 May 2025
28 May 2025
27 May 2025
26 May 2025
25 May 2025
24 May 2025
22 May 2025
21 May 2025
20 May 2025
09 May 2025
02 May 2025
24 Aprel 2025
17 Aprel 2025
31 Mart 2025
28 Mart 2025
18 Mart 2025
14 Mart 2025
11 Mart 2025
07 Mart 2025
03 Mart 2025
27 Fevral 2025
26 Fevral 2025
22 Fevral 2025
17 Fevral 2025
11 Fevral 2025
Digər xəbərlər
-
MƏDƏNİYYƏT
Berlində türk dünyasının elmi və mədəni töhfələrinə dair beynəlxalq konfrans keçirilib
-
MƏDƏNİYYƏT
Anar Ələkbərov Yaponiya Baş nazirinin müşaviri ilə görüşdü (FOTO)
-
MƏDƏNİYYƏT
100 nömrəli tam orta məktəbdə "İngilis dili gecəsi" keçirilib - FOTOLAR
-
MƏDƏNİYYƏT
Ankarada Qərbi Azərbaycana qayıdış mövzusunda beynəlxalq konfrans keçirildi - FOTO/VİDEO
-
MƏDƏNİYYƏT
Məlahət Abbasova Türkiyədə çəkiləcək bədii filmdə baş rolu oynayacaq
-
MANŞET, MƏDƏNİYYƏT
ASGA Mədəniyyət Nazirliyinin dəstəyi ilə yaratdığı saytın daha bir təqdimatını keçirdi - FOTOLAR
-
MƏDƏNİYYƏT
“Dilarənin monoloqları” kitabı ictimaiyyətə təqdim olundu (FOTO/VİDEO)
-
MƏDƏNİYYƏT
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
-
MƏDƏNİYYƏT
Türk Dövlətləri Təşkilatı güclənsin deyə, jurnalistika, ədəbiyyat və mədəniyyətin meydanını genişləndirək