Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan qeybəti

02 Fevral 2023, 12:47
02 Fevral
2023
12:47
61
Ermənistan nümayəndələri yenə yalan danışıb ağlaşdılar...
BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində (BƏM) Azərbaycanın və Ermənistanın qarşılıqlı şikayəti üzrə ictimai dinləmələr başlayıb.
İrqi Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Beynəlxalq Konvensiya (Azərbaycan Ermənistana qarşı) üzrə keçiriləcək ictimai dinləmələr Haaqadakı Sülh Sarayında baş tutub. Sessiyaya məhkəmənin sədri Coan Donoqyunun hakimlik edir.
Qeyd edək ki, Azərbaycan Ermənistanın azərbaycanlıların insan hüquqlarının məqsədyönlü şəkildə pozulmasına cavab olaraq, "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya (CERD) çərçivəsində təcili tədbirlər görülməsi məqsədilə Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
İlk olaraq Ermənistanın müraciətinə baxılıb.
"Beynəlxalq Ədalət Məhkəməsi təcili tədbir görməsə, Dağlıq Qarabağ erməniləri çətin seçim qarşısında qalacaq: ya ata-baba yurdlarını tərk edəcəklər, ya da orada qalıb aclıqdan öləcəklər”. Bunu Ermənistanın Azərbaycana qarşı qaldırdığı iddia üzrə dinləmə zamanı Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan deyib.
Yeqişe Kirakosyan ağlaşma quraraq deyib ki, guya tibbi yardım göstərilmədiyi üçün bir nəfər dünyasını dəyişib, mağazaların rəfləri boşdur, məhsullar kartlarla paylanır, dərman və digər tibbi ləvazimatların ciddi çatışmazlığı var. O iddia edib ki, Azərbaycan ekoloqlarının aksiyasına heç bir əsas yoxdur. Erməni "hüquq nümayəndəsi” deyib ki, Azərbaycanın bu aksiya ilə qarşısına qoyduğu əsas vəzifə erməniləri "öz torpaqlarından çıxarmaqdır”.
Kirakosyan Azərbaycan Prezidenti İlham Əliyevin çıxışını kontekstən çıxararaq "sitat gətirib”. "O deyib ki, əgər kimsə bizim vətəndaş olmaq istəmirsə, deməli, yol açıqdır, gedə bilər, heç kim onlara mane olmayacaq. Onlar ya sülhməramlıların himayəsi altında, ya da avtobusla gedə bilərlər”. Kirokosyan sonra "izahat da verib”: "Yəni etnik ermənilər Qarabağa girə bilməz, ancaq onu tərk edə bilər”. O, məhkəməni "Qarabağ ermənilərinin son ümidi” adlandırıb.
Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın maraqlarını müdafiə edən vəkil Lourens Martin də blokada ilə bağlı yalanları davam etdirib. Vəkil Qarabağ ermənilərinin Azərbaycan ərazilərindəki vandallıqlarına haqq qazandırmaq üçün deyib ki, azərbaycanlılar Xəzərin ekoloji problemləri ilə məşğul olmalıdırlar.
Yanvarın 23-də Azərbaycan hökuməti əsas iddia sənədini Beynəlxalq Ədalət Məhkəməsinə təqdim edib. Məhkəməyə təqdim edilmiş əsas iddia sənədi 30 illik ədalətsizliyi qeydə alan minlərlə səhifəlik dəlillərə əsaslanır. Sənəd Ermənistan tərəfindən ən dəhşətli aktlardan biri olan etnik və milli mənsubiyyətə görə təmizləmə nəticəsində qətlə yetirilmiş, didərgin salınmış və zərərçəkmiş azərbaycanlılar haqqında ətraflı məlumatları ehtiva edir.
Azərbaycan tərəfi təqdim edilmiş müfəssəl sübutlar əsasında azərbaycanlıların hüquqlarının geniş şəkildə pozulmasına görə Ermənistanın məsuliyyət daşıdığına dair vəsatətin təmin olunmasını məhkəmədən tələb edib. Xüsusilə etnik təmizləmə, o cümlədən qəsdən həyatdan və mülkiyyət hüququndan məhrumetmə, işgəncə, mədəni irsin məhvi, erməni əhalisi arasında azərbaycanlılara qarşı nifrətin təbliği və Ermənistanda nifrət zəminində yaradılmış silahlı qruplara dövlət yardımı ilə bağlı Ermənistan hökumətinin məsuliyyət daşıdığının bəyan edilməsi üçün müraciət ünvanlanıb.

Elşən Musayev
Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev Ermənistanın rüsvay olmamaq üçün bu cür yollara əl atdığını qeyd etdi: "Beynəlxalq Ədalət Məhkəməsində Ermənistan tərəfinin qaldırdığı iddia qabaqdangəlmişlikdən və riyakarlıqdan savayı bir şey deyil. Üstəlik, bunu özləri də yaxşı bilirlər, sadəcə, boyunlarına almırlar. Çünki arsızdırlar, utanmazdırlar, abırsızdırlar. 30 il ərzində Azərbaycanın əzəli torpaqlarını viran günə qoyanlar indi hansı sifətlə şikayət edirlər, nəyisə tələb edirlər? Haaqada Ermənistanın nümayəndəsi, hüququn "h" hərfindən anlayışı olmayan Yegişe Kirakosyan hansı üzlə ittiham səsləndirir və deyir ki, Ədalət Məhkəməsi tədbir görməsə, guya soydaşlarını ağır aqibət gözləyəcək? Niyə artistlik edir bu binəvalar, niyə yazıq sima alıblar yenə? Xocalı faciəsini törədən siz deyilsizmi? Ağdamın daşını-daş üstdə qoymayan siz yaramazlar deyilsizmi? 1 milyon insanı 30 il boyunca öz evindən, elindən-obasından didərgin salan siz deyilsizmi, sənin təmsil olunduğun yırtıcı, vandal dövlət deyilmi, ay Kirakosyan?
Məncə, bu iddiaları irəli sürməkdə Ermənistanın məqsədi odur ki, gələcəkdə onları gözləyən ağır aqibətdən yayınsınlar. Çünki gözəl başa düşürlər ki, Ermənistan günlərin birində Beynəlxalq Ədalət Məhkəməsində törətdiyi bütün cinayətlərə görə cavab verəcək və təzminat ödəyəcək. Bu səbəbdən də düşmən tərəf, vandal Ermənistan prosesi önləməyə, daha dəqiqi: az da olsa önləməyə çalışır. Amma alınmayacaq! Qanundan və ədalətdən qaçış yoxdur!"

Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayevin sözlərinə görə, BMT-nin ali ədliyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycan və Ermənistanın şikayətləri ilə bağlı ictimai dinləmələrin keçirilməsi əslində Azərbaycan tərəfinin ermənilərin iç üzlərini açması üçün əlavə bir tribunadır: "Burada məsələyə obyektiv qiymət verilməsi dinləmələri təşkil edənlərdən nə qədər asılıdırsa, bir o qədər Azərbaycan tərəfinin 30 ildən artıq bir dövrdə Ermənistanın terrorçu və işğalçı fəaliyyətini real faktlarla ortaya qoymasından da asılıdır. Dinləmələrin harada, kimlər tərəfindən keçirilməsindən asılı olmayaraq bütün hallarda kimsə Azərbaycanı milli, dini ayrı-seçkilikdə ittiham edə bilməz, çünki bunun üçün heç bir fakt yoxdur. Əksinə, Ermənistanı sadaladığım bütün sahələrdə faktlarla, sənədlərlə ittiham etmək mümkündür və bu ittihamın nəticəsi olaraq həm təzminat, həm də cinayətkarların cəzalandırılması tələblərini də irəli sürməliyik. Həyasızlığın son həddidir ki, öz ərazindən 200 mindən artıq soydaşımızı qovasan, sonra Azərbaycanın ərazilərinin təxminən 20 faizini işğal edib insanları əsir götürəsən, öldürəsən və nəticədə bir milyona yaxın insanı qaçqın halına salasan və sonra Azərbaycanı irqi ayrı-seçkilikdə ittiham etmək üçün cəhdlər edəsən. Dinləmələrdə Azərbaycanı təmsil edəcək rəsmilərin əllərində kifayət qədər sənədlər, arqumentlər, faktlar var ki, Ermənistanı insanlıq əleyhinə fəaliyyətdə ittiham etsinlər, irqi ayrı-seçkiliyin başında onların durduğunu göstərsinlər. Təkcə bir faktı - Ermənistanda digər millətlərin demək olar ki, yaşamamasını, bununla da mono-dövlət adını almasını göstərmək irqi ayrı-seçkiliyin nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycanda isə müxtəlif millətlərin, etnik qrupların, hətta ermənilərin yaşaması faktı isə bütün dünyaya məlumdur. Yəni istənilən halda dinləmələrdə Azərbaycan tərəfinin şikayətinin daha əsaslı və reallığı əks etdirən faktlarla müşayiət olunacağı şübhəsizdir. Ermənilərin isə Azərbaycanı ittiham edən şikayətinin şər-böhtan olmasını prosesləri az-çox bilən istənilən beynəlxalq mütəxəssis yaxşı bilir. Digər tərəfdən, xaricdə, o cümlədən BMT institutlarında müəyyən güclər var ki, onlar Azərbaycanı ittiham etmək üçün hər zaman müxtəlif səbəblər axtarışındadırlar və o səbəbdən ermənilərin yalanlarından belə istifadə edə bilərlər. Amma dediyim kimi, mövqelərimiz kifayət qədər güclü və aydın olduğundan belə dinləmələrlə heç nəyə nail ola bilməyəcəklər. Əvəzində Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi bütün cinayətləri belə situasiyalardan istifadə etməklə dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq”.
Xəbər lenti
-
13:55Zakir Həsənov ordu rəhbərliyini topladı, tapşırıqlar verdi
-
12:13“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
-
10:44Azərbaycan ilə Qazaxıstan arasında informasiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
-
23:05“Erməni millətçiləri tarixin müxtəlif dövrlərində soydaşlarımıza qarşı soyqırımlar həyata keçiriblər” - TƏHLİL
-
17:51Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
15:56Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
15:36"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
12:44Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
15:25İlham Əliyev Zaur Mikayılova yüksək vəzifə verdi
-
12:25Azərbaycanlı tədqiqatçı Pekində beynəlxalq konfransda iştirak edir
-
11:19Azərbaycanlıların kütləvi şəkildə deportasiya, təqib və soyqırıma məruz qoyulması faktları əsasında cinayət işi başlanıb
-
09:52“MEDİAlab” layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün infosessiya keçirilib
-
17:25XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
16:56“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
15:42“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
14:22Prezident Laçına xüsusi nümayəndə təyin etdi
-
11:38Bu gün Azərbaycan təhlükəsizlik orqanlarının yaranmasından 104 il ötür
-
11:31“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ
-
17:04"İnci" sirketler qrupu ve "KHURSIDE" restoranı Şəhid ailələri və Qazilər üçün iftar süfrəsi açdı
-
15:52"Bu faktor İrandakı rejimin nə qədər dinsiz olduğunun növbəti təsdiqidir" - DEPUTAT
-
11:23PA Qarabağın erməni ictimaiyyətinin nümayəndələri ilə ikinci görüşün Bakıda keçirilməsini bir daha təklif edib
-
11:12Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
-
12:14"Goranboy Meliorasiyya su təsərufatı idarəsinin “rəisi” İlqar Məhərrəmov əhaliyə zülm edir" - ŞİKAYƏT
-
12:07Deputatın təşəbbüsü ilə başlayan “Novruz” yardım aksiyası davam edir
-
17:30Deputatın təşəbbüsü ilə həyata keçirilən “Novruz” yardım aksiyası bayram günlərində də davam edəcək.
-
00:22Əhməd İsmayılov MEDİA könüllüləri ilə görüşüb
-
12:02“Siz radikalların çörəyi anti-milli fəaliyyətdən çıxır!” - Deputatdan Gültəkin Hacıbəyliyə sərt sözlər...
-
11:53“Cənab Prezidentin Ankaradakı çıxışında bütün dünyaya gərəkli mesajlar verildi.” – Elşən Musayev
-
11:14Agentliyin nümayəndə heyəti BMT-nin Cenevrədəki bölməsinin baş direktorunun katibliyi ilə görüşüb
-
01:08Deputat Ramil Həsənin təşəbbüsü ilə yüzlərlə ailəni əhatə edən “Novruz” yardım aksiyası davam etməkdədir
-
23:05PAŞA Həyat və MEDİA tərəfindən media nümayəndələri üçün təlim təşkil olunub
-
18:09Bu faktor ölkəmizin dünya miqyasındakı nüfuzunu xeyli artırıb - TƏHLİL
-
17:22AZƏRBAYCAN KÖNÜLLÜLƏRİNİN TÜRKİYƏDƏKİ FƏALİYYƏTİNİN YEKUNLAŞMASI İLƏ BAĞLI MƏTBUAT KONFRANSI KEÇİRİLİB
-
16:44Avropa Parlamentinin qətnaməsi beynəlxalq hüquqa hörmətsizlikdir
-
16:35Avropa Parlamentinin qərəzli sənədi onun nüfuzuna ciddi kölgə salır
-
12:32Sabahdan Azərbaycanda 9 günlük Novruz tətili başlayır
-
12:29“Qarabağdan bütün Azərbaycana şölələnən Zəfər tonqalı” adlı tədbir keçirilib
-
10:08Deputatın təşəbbüsü ilə Ucarda daha bir yol gediş-gəliş üçün rahat vəziyyətə gətirildi
-
17:30"Almaniya Azərbaycanla strateji əməkdaşlıqda maraqlıdır" - DEPUTAT AÇIQLADI
-
15:02İki nəfər Yusifcanlı kəndi ərazisində minaya düşərək həlak oldular, istintaq başladı
01 Aprel 2023
31 Mart 2023
30 Mart 2023
29 Mart 2023
28 Mart 2023
27 Mart 2023
24 Mart 2023
23 Mart 2023
22 Mart 2023
19 Mart 2023
18 Mart 2023
17 Mart 2023
16 Mart 2023
Digər xəbərlər
-
SİYASƏT
“Toğrul Əsgərov çempion olanda, sevincimdən az qalırdım fəvvarəyə tullanım” – Elçin Zeynalovla MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
Bu tarix xalqımızın yaddaşından silinməyəcək
-
SİYASƏT
Khan Academy ilə praktik məşğələ və dərslər davam edir
-
SİYASƏT
"Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması..." - DEPUTAT
-
SİYASƏT
Nazir İnam Kərimov Şamaxıda vətəndaşları qəbul edib
-
SİYASƏT
XII Çağırış Kuboku: Final mərhələsi keçirildi - FOTOLAR
-
SİYASƏT
“Ağıllı Qarabağı tanıyaq” layihəsinin icrasına başlanılıb
-
SİYASƏT
“Biz olmalı olduğumuz yerlərdəyik” MÜSAHİBƏ
-
SİYASƏT, GÜNDƏM
“Radikal müxalifət bütün müqəddəs dəyərlərə qarşı gedir” - PARTİYA SƏDRİ